03 avq 17:47aktual

Yeni futbol mövsümünün püşkü atıldı

Yeni futbol mövsümünün püşkü atıldı
PFL-dən çempionluq sayı və icarə ilə bağlı vacib addımlar
Dünən AFFA-nın inzibati binasında 2017/18 mövsümünün püşkatma mərasimi keçirildi. Premyer-liqa klublarının da nümayəndələrinin qatıldığı tədbirdə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qonaqları salamladıqdan sonra söz qurumun prezidenti Ramin Musayevə verildi. Ramin bəy püşkatmadan öncə yeni “futbol ili”ndə tətbiq olunacaq yeniliklərə toxundu: “Əvvəlcə hamını təbrik edirəm. Gözünüz aydın, “Qarabağ” dünən tarixi qələbəyə imza atdı. Bu il premyer-liqada “Səbail” debüt edəcək. Onlara da uğurlar arzulayıram. İlk növbədə onu qeyd etməliyəm ki, yeni mövsümdə hər bir klubun formasında çempionluqla bağlı ulduzlar olacaq. Aparılan müzakirələrdən sonra qərara aldıq ki, 5 çempionluq bir ulduzda əksini tapsın. Əksər ölkələrdə bu təcrübədən yararlanırlar. Bundan sonra heç kim bu məsələdə bilidiyi kimi addım atmayacaq. Bu yerdə soruşa bilərsiz ki, “Qarabağ”la “Neftçi” arasında mübahisəli çempionluq necə olacaq? Bildiiniz kimi, həmin il sabiq AFFA rəhbərliyi çempion kimi “Qarabağ”ı qəbul etsə də, UEFA çempionatın qalibi kimi “Neftçi”ni tanıdı. Biz də qitə futbol qurumunun xətti ilə addım atdıq və mübahisəli “qızıl”ı paytaxt təmsilçisinin hesabına yazdıq. Limit ötənilki kimi qalacaq. Sadəcə, yaş məsələsində 1994-cü ildə doğulan futbolçuları 1996 təvəllüdlü oyunçular əvəz edəcək. Bu çempionatda da ötənilki toplardan istifadə olunacaq. Fürsətdən istifadə edib premyer-liqa klublarından bir xahiş etmək istəyirəm. Ötən il “Kəpəz”in stadionu ilə bağlı çox şikayət oldu. Hazırda Gəncə şəhər stadionunda böyük işlər görülür. Birinci dövrənin sonuna kimi arena təhvil verməlidi. Digər klublardan xahişimiz var ki, birinci dövrədə “Kəpəz”in qonağı olacaq komandalar güzəştə getsinlər. Onlar hansı stadionu seçəcəklərsə, məcburuq ki, oyunları orda baş tutsun. “Kəpəz” ev meydançası kimi ya Qazax, ya Tovuz stadionunu, ya da Bakıdakı arenalardan birini seçəcək. Qazax stadionunun durumu ürəkaçan olmadığına görə bu varinat qüvvədən düşür. Daha bir yenilik icarədə olan futbolçularla bağlıdı. Yeni mövsümdən etibarən hansısa klub oyunçusunu başqasına icarəyə verəndə daha onu özünə qarşı oynatmamaq tələbini irəli sürə bilməyəcək. Ya icarəyə vermə, ya da verirsənsə, onun sənə qarşı oynamasına mane olma. Həmin futbolçu kluba lazım deyilsə, icarəyə verirsə, qoy oynasın da. Yəni komandalarımızın elə bir tələblə bağlı məktubu biz tərəfdən qəbul edilməyəcək. Onsuz da başqa klubdan icarəyə futbolçu götürən komandalar futbolçu qıtlığı yaşayır. Bu üzdən icarə variantına əl atırlar. Qarşı tərəf də belə maneə yaradanda vəziyyət qəlizləşir”.
Musayev çıxışını başa vurandan sonra püşk atıldı. İlk turun mərkəzi oyunu, heç şübhəsiz, “Neftçi”ylə “Qarabağ” arasında olacaq. Tədbirə qatılan “Neftçi” rəsmisi şüşə kürədən ağdamlıların adı olan şarı çıxardıqda zalda biranlıq canlanma yaşandı. Bundan istifadə edən PFL prezidenti üzünü “ağ-qaralar”ın nümayəndəsinə tutaraq “qorxma, “Neftçi” udacaq” söylədi ki, bunu da hamı gülüşlə qarşıladı. Beləliklə, püşkatmanın nəticəsinə əsasən, 26-cı ölkə çempionatının açılış turunda “Neftçi” – “Qarabağ”, “Sumqayıt” – Kəpəz”, “İnter” – “Qəbələ”, “Zirə” – “Səbail” oyunları keçiriləcək. Birinci tur avqustun 11-də start götürüb, 13-də başa çatacaq. Növbəti turların, eləcə də çempionatın ümumi təqvimi cümə günü ictimaiyyətə açıqlanacaq. Tədbirdən sonra PFL rəhbərliyi media nümayəndələrini və klub rəsmilərini nahar süfrəsinə dəvət etdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar