03 avq 14:34aktual

Bordin məğlubiyyəti haqq etmədiklərini düşünür

Bordin məğlubiyyəti haqq etmədiklərini düşünür
Qurban Qurbanov: “Bu nəticəni çox arzulayırdıq”
Oyundan sonra baş məşqçilərin mətbuat konfransı keçirilib ki, “Şerif”in çalışdırıcısı Roberto Bordin qol vəziyyətlərinin reallaşdırılması baxımından problemlərdən gileylənib. İtalyan mütəxəssis “Qarabağ” haqda da ağızdolusu danışıb.
- İlk növbədə onu demək istəyirəm ki, biz bu məğlubiyyəti haqq etmirdik. Kifayət qədər qol vəziyyəti yaradırıq. Təəssüf ki, onları reallaşdıra bilmirik. İlk yarıda iki-üç imkan oldu, ancaq alınmadı. İkinci hissənin ilk 10 dəqiqəsini çox fəal keçirdik. Yenə deyirəm, çoxlu qol şansı qazandıq, amma reallaşdırmağı bacarmadıq.
- Rəqibi yaxşı təhlil etmişdiz?
- “Qarabağ”ı ilk oyundan sonra da yaxşı incələmişdik. Özünüz də gördüz ki, ilk yarıda topa nəzarət edən, daha çox hücum edən, qol imkanları yaradan tərəf biz olduq. İkinci yarıda isə oyun modelində dəyişiklik etmək məcburiyyətində qaldıq. Belədə Azərbaycan çempionu boş zonalar qazanmağa başladı. Böyük qüvvə ilə irəli atılmalı olduq ki, nəticədə rəqibə daha rahat oynamaq imkanı yaratdıq. Hər birimiz bilirik ki, “Qarabağ” texnikalı, hərəkətli, tərifəlayiq komandadı. Ancaq yəqin razılaşarsız ki, bu gün “Şerif” dominantlıq edən tərəf idi. Biz daha çox qol imkanı yaratdıq. Təəssüf ki, əldə etdiyimiz fürsətlərdən yararlana bilmədik.
- Benjamin Balimaya 85-ci dəqiqədə şans tanıdız. Düşünmürsüz ki, bu əvəzetmədə yubandız?
- Təbii ki, final fitindən sonra mülahizə yürütmək daha asandı. Çünki hadisə artıq yaşanıb və nəticə bəllidi. Bəli, Balima oyunu canlandırdı. Ancaq unutmayaq ki, həmin vaxt rəqib bir qədər yorulmuşdu. Biz üç hücumçuyla oynamağa başladıq ki, bu da “Qarabağ”ı qapısına sıxışdırmaq imkanı yaratdı.
- İlk 45 dəqiqənin müəyyən hissələrində komanda meydanın rəqibə aid hissəsində pressinq tətbiq edirdi və bu, oyuna nəzarəti əldə saxlamağa imkan verirdi. Bunu 90 dəqiqə ərzində niyə etmədiz?
- Siz nə danışırsız, “Qarabağ”a durmadan pressinq etmək olar?! Onlar topla möhtəşəm davranırlar! Razılaşıram ki, ilk 45 dəqiqədə daha aqressiv oynayırdıq. Hesabı açan tərəf biz olsaydıq, tam fərqli ikinci hissə görəcəkdiz. Lakin Azərbaycan çempionu fərqləndi və oyunu istədiyi məcraya yönəltdi.
Tarixi qələbənin sevincini yaşayan Qurban Qurbanov da təəssüratını bölüşüb, yetirmələrindən razı qaldığını bildirib.
- Çox ağır oyun oldu. Sevinirəm ki, qalib gəlməyi bacardıq. “Şerif” bizim üçün narahat rəqib idi. Hesab edirəm ki, avrokuboklardakı ən çətin oyunlarımızdan birini keçirdik. Rəqibin həm məşqçiləri, həm də futbolçuları qalib gəlmək üçün çox istəkli idi. Yetirmələrimi layiq olduqları qələbə və pley-off-a yüksəlmək münasibəti ilə təbrik etmək istəyirəm. Bu görüşdə bizə dəstək olan azarkeşlərimizə də minnətdarlığımı bildirirəm. Tiraspolda oyuna çıxmaq şəxsən mənim üçün xoş oldu. Tam başqa bir atmosfer var idi. Hər şey sakit, səviyyəli tərzdə idi. “Şerif”ə uğurlar arzulayıram. Komandanıza Avropa Liqasının pley-offunda azarkeşlik edəcəyik. Biz də tarix ərzində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmışıq və əlbəttə, sevincliyik. Həm oyunçular, həm məşqçi heyəti olaraq bu nəticəni çox arzulayırdıq. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. İndi növbəti rəqibi gözləyib, həmin görüşə hazırlaşacağıq.
- “Şerif”ə qarşı bugünkü matçda sizə ən çətin nə gəldi?
- Tiraspolda Moldova çempionu daha çox hücum edirdi. Oyunun əvvəlində planlaşdırılmayan əvəzetməyə əl atmalı olduq. Bu cür qarşılaşmalarda istənilən məşqçini belə hadisə narahat edər. Rəqib hücumlarını sürətli qururdu və bu, bizə çətinliklər yaşadırdı. Hesab edirəm ki, “Şerif”in oyunçuları topla Bakıdakından daha cəld rəftar edirdilər. Lakin uşaqlar bu təzyiqə tab gətirməyi bacardılar.
- “Şerif” 90 dəqiqə ərzində qapınıza yol tapa bilmədi. Belə çıxır ki, taktiki cəhətdən bütün tələbləriniz yerinə yetirildi?
- Biz müdafiədə səhvsiz oynamağa çalışırdıq. Ancaq etiraf edim ki, oyundan əvvəl verdiyim tapşırıların hamısı istədiyim şəkildə həyata keçmədi. Hər iki hissənin ilk dəqiqələri rəqibin hücumları şəraitində keçdi. Oyunun gedişində sistemdə müəyyən dəyişikliklər etməli olduq. Şükür Allah ki, uğur tərəfimizdə oldu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar