02 avq 20:32aktual

“Kamran Ağayev Çexiyada 7-8 min avro maaş alacaq”

“Kamran Ağayev Çexiyada 7-8 min avro maaş alacaq”
Erkin İbrahimov limiti və maliyyəni qabartdı
Növbəti mövsümdə qarşısına medalçılar sırasına düşməyi məqsəd qoyan “Neftçi” mövsümlərarası fasilədə Georgi Navalovski ilə yolları ayırdı. Daha doğrusu, təcrübəli gürcü müdafiəçi qarşlıqlı razılıq əsasında düşərgəni tərk edərək Rusiya premyer-liqasında mübarizə aparan “SKA-Xabarovsk”a üz tutdu. Gürcüstan yığmasının da şərəfini qoruyan Navalovskinin Xabarovsk təmsilçisi ilə anlaşması bizlər üçün həm sevindiricidi, həm də qanqaraldıcı. Sevindiricidi ona görə ki, son mövsümü Azərbaycan çempionatında keçirən arxa xətt oyunçusu daha güclü klubların çıxış etdiyi birinciliyə yollanıb. Deməli, bizim premyer-liqada da çıxış etməklə əcnəbi klubların maraq dairəsinə düşmək mümkündü. Qanqaraldıcı məqam isə odu ki, 31 yaşlı gürcü şimaldan təklif aldığı halda, bizim futbolçulara maraq göstərən yoxdu. Necə olur ki, karyerasının qürub çağına yaxınlaşan “Neftçi”nin sabiq oyunçusu rusların diqqətini özünə cəlb edə bilir, yerlilər isə bunu bacarmır? Burdan belə qənaətə gəlmək olur ki, ya ölkəmizdə top qovan futbolçuların agentləri güclüdü və onları irəli çəkə, daha səviyyəli klublara “ilişdirə” bilir, bizimkilərin əməkdaşlıq etdiyi agentlər isə bunu bacarmır. Ya da azərbaycanlı futbolçuların ustalıq səviyyəsi sərhəddi aşmağa imkan vermir. Qeyd etdiklərimizdən hansı daha düzgündü? Bu suala cavab tapmaq üçün Navalovskinin “Neftçi”yə keçidində və “SKA-Xabarovsk”a yollanmasında xidməti olan Erkin İbrahimovla danışmağı lazım bildik.
- Müştərin olan gürcü müdafiəçinin mövsümlərarası fasilədə Rusiya premyer-liqasına yollanması bir qədər gözlənilməz oldu. “SKA-Xabarovsk”ın rəsmiləri Navalovskini əvvəlcədən tanıyırdılar, yoxsa “Neftçi”dəki çıxışına əsasən rənglərinə bağlamağa qərar verdilər?
- Navalovski Xabarovsk təmsilçisinin hazırkı baş məşqçisi Aleksey Poddubski ilə vaxtilə bir yerdə çıxış edib. Yəni Georgi ona tanış simadı. Gürcü futbolçunun ötən mövsüm “Neftçi”də sabit çıxışı da keçiddə öz sözünü dedi. Baş məşqçi ilə futbolçu nə qədər yaxın olsa da, ikinci formada olmasa, heç bir məşqçi karyerasını sual altına qoyub bu addımı atmaz. Düzdü, “Neftçi” rəsmiləri müştərimlə yolları ayırmaq istəmirdi. Özünə deyirdilər ki, sən bu komandanın əsas üzvlərindən birisən. Lakin Georgi Rusiyaya yollanmağı çox istəyirdi. Buna qədər o Rusiyanın birinci dəstəsində oynasa da, heç vaxt premyer-liqa həyəcanı yaşamayıb. Bu fakt da az rol oynamadı. O yüksək dəstənin həyəcanını yaşamaq istəyirdi. Onu da xatırladım ki, müdafiəçi 2016-cı ildə bu komanda hələ “SKA Enerji” adı altında birinci dəstədə çıxış edən zaman düşərgədə olub və 12 oyuna çıxıb. Onun Azərbaycan premyer-liqasını Rusiya premyer-liqasına dəyişməsi çempionatımız üçün də bir reklamdı. Çox sevindirici haldı ki, mənim müştərim burda olduğu müddətdə özünü yaxşı tərəfdən göstərə bildi. Bu hər bir agent üçün xoşdu. Navalovskinin gedişindən sonra yaşanan boşluğu “Neftçi” rəhbərliyi Sloveniya çempionatında 7-ci yeri tutan komandanın xorvat müdafiəçisi ilə doldurmağa çalışır. Bu axı həmin səviyyə deyil. Ölkənin ən yaşlı klubu gedənin yerinə ən azı onun səviyyəsində və ya ondan güclü futbolçu ilə güclənməlidi.
- Çox maraqlıdı, 31 yaşlı Navalovski Rusiya premyer-liqasına yollana bilirsə, nəyə görə bizimkilər bunu bacarmır? Ustalıq səviyyələri aşağıdı, agentlər zəifdi? Nədi səbəb?
- Bizdə hazırda ölkə xaricində yüksək səviyyədə oynaya biləcək neçə futbolçu var? Özüm də bu suala cavab verim. Onların sayı o qədər çox deyil. Uzağı üç-beş oyunçunun adını çəkə bilərik. Onları da heç bir klub əldən vermək istəmir.
- Yaxşı təklif olsa, klublar niyə buna imkan verməsin ki?
- Birincisi ona görə ki, bizdə AFFA tərəfindən yerlilərlə bağlı limit tətbiq olunur. Təsəvvür edək ki, hansısa 21 yaşlı istedadlı futbolçumuza xaricdən təklif gəlib. Müqavilə ilə məxsus olduğu klub onu buraxar? Çətin məsələdi. Çünki hazırda səviyyəli gənc oyunçuların sayı azdı və hər bir klub limit səbəbindən həmin gənci özü oynatmaq istəyəcək. İkincisi maliyyə məsələsidi. Yaşı çox olan səviyyəli futbolçularımız da əsasən iki klubda – “Qarabağ” və “Qəbələ”dədi. Bu klublar ona yüksək maaş verirlər. Sizcə, Bədavi legioner həyatı yaşaya bilməz? Yaşayar, ancaq çətin “Qarabağ” onu əldən verə. Neçə illərdi ölkədə yüksək səviyyəli müdafiəçi yetişmir. Ağdamlılar onu xaricə yollayıb, əvəzində kimi rənglərinə bağlayacaq? Son 30 ildə Azərbaycanda sol kənar müdafiəçisi problemi yaşanır. Emin Ağayevdən sonra bu boşluğu doldurmaq müşkül məsələyə çevrilib. Budu bizim futbolun problemləri. Hazırda yerlilər arasında səviyəli oyunçuların sayı çox azdı, onlar da isti yerlərini qoyub, xaricə yollanmağa risk etmirlər.
- Ancaq ortada Kamran Ağayev nümunəsi var. Yığmanın qolkiperi bugünlərdə Çexiya təmsilçisi “Mlada Boleslav”la anlaşdı. Məgər Ağayev karyerasını Azərbaycanda davam etdirə bilməzdi?
- Ağayevin keçidində cüzi də olsa, mənim də xidmətim var. İyunda Çexiya və Slovakiyaya səfər etmişdim. Orda olduğum müddətdə bəzi klubların rəsmiləri ilə görüşlərimiz oldu. Həmin vaxt bir neçə futbolçumuzla yanaşı, Ağayevin də xidmətini Çexiya klublarına təklif etdim. Açığı, mənim danışıq apardığım klubdan dedilər ki, indi qolkiperə ehtiyacları yoxdu. Ancaq səviyyəli qapıçı axtarışında olan komandalar var ki, Ağayevlə bağlı onlara məlumat verərik. Və bu da nəticəsi. Milli üzvü pulu fikirləşmədən düzgün addım atdı. Kamran Çexiyada 7-8 min avro maaş alacaq. Ondan fərqli, Qara Qarayev eyni addımı atmadı. Bildiyiniz kimi, onu rənglərinə bağlamaq istəyən Rusiya klubu var idi. Qaranın “Qarabağ”la anlaşmasının müddəti də başa çatmışdı ki, keçidi real edirdi. Ancaq Qarayev müqaviləsini yeniləməklə “Qarabağ”da qalmağa üstünlük verdi. Bizim futbolçular üçün əsas məqsəd çox pul qazanmaqdı. Karyeranı fikirləşib, bir mövsüm bir qədər az məbləğə legioner həyatı yaşamaq onlara ağır gəlir. Navalovski məgər Rusiyada “Neftçi”dəkindən çox maaş alacaq? Sadəcə, insan şansı qaçırmaq istəmədi. Kim bilir, bəlkə növbəti “futbol ili”ndə ona daha yüksək şərtlərlə anlaşma təklif olunacaq. Hər şey oyunçunun özündən asılıdı. Bədavi 300 min manatı qoyub heç vaxt aşağı məbləğə xaricə yollanmaz.
- Bir neçə ölkədə legioner həyatı yaşayan Vaqif Cavadov bu gün klubsuz qalıb. Bəs ona xaricə yollanmağa nə mane olur?
- Bir neçə əcnəbi kluba onu da təklif etmişəm. Ancaq maraqlanan yoxdu. Ola bilsin, mən və ətrafımda olan agentlər Vaqifi həmin klublara yaxşı təqdim edə bilməmişik və bu üzdən ona maraq göstərən olmadı. Reallıq odu ki, Cavadovun xidmətinə ehtiyac duyan komanda tapılmadı. Slovakiyada olanda klub rəsmiləri məndən Ramil Şeydayev səviyyəsində yerli futbolçular istədilər. Utandığımdam demədim ki, Ramil azərbaycanlı olsa da, Rusiya futbol məktəbinin yetirməsidi. Hazırda bizdə onun kimi yerli yoxdu. Söz verdim ki, çalışacam sizin istəyinizə uyğun oyunçu tapım. İndi Çexiyanın və Slovakiyanın bəzi klubları ilə əlaqə saxlayıram. Ola bilsin, “transfer pəncərəsi”nin bağlanmasına kimi kimlərinsə ora yollanmasını həll edim. Ad çəkmək istəmirəm, danışıq apardığım futbolçular var.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar