01 avq 17:59aktual

“Qarabağ” tam heyətlə Tiraspoldadı

“Qarabağ” tam heyətlə Tiraspoldadı
Təyinatlar açıqlandı, oyunun yayını sual altındadı
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq "Qarabağ" dünən axşam çarter reysi ilə Tiraspola yollanıb. Komandada zədəli və cəzalı futbolçunun olmaması məşqçilər heyətini sevindirməyə bilməz. Kapitan Rəşad Sadıqov və "Şerif"lə ilk matçda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Yakub Jezniçak artıq kollektiv məşqlərə qatılırlar. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, onlar Tiraspoldakı qarşılaşmada çıxış edə biləcəklər.
Bu gün Moldovada Qurban Qurbanovun mətbuat konfransı, eləcə də “Qarabağ”ın açıq məşqi olacaq. Öncə "Şerif" İdman Kompleksinin konfrans zalında meydan sahiblərinin mətbuat konfransı baş tutacaq. Yerli vaxtla saat 14.00-da (Bakı vaxtilə 15.00-da) jurnalistlər qarşısına "Şerif"in italiyalı baş məşqçisi Roberto Bordinlə bosniyalı kapitanı Mateo Suşiç çıxacaqlar. Qurban Qurbanovun həmin məkanda Bakı vaxtilə 20.30-da mətbuat konransı keçiriləcək. Bundan 30 dəqiqə sonra matçın keçiriləcəyi "Şerif"in baş arenasında təmsilçimizin ilk 15 dəqiqəsi açıq olan məşqi baş tutacaq.
Artıq avqustun 1-də Bakı vaxtilə saat 21.00-da start götürəcək Tiraspoldakı qarşılaşmanın təyinatları da açıqlanıb. Cavab görüşündə ədaləti Roy Reynşreyberin başçılıq etdiyi israilli hakimlər briqadası qoruyacaq. Ona yan xətdə Amihay Yehoşua Mozeslı ilə Dan Ukenik, ehtiyat hakim kimi Daniel Bar Natan kömək edəcək. Hakimlərin işinə litvalı Paulius Maljinskas qiymət verəcək. UEFA nümayəndəsi funksiyasını isə latviyalı Edqars Pukinsks icra edəcək.
Qeyd edək ki, Roy Reynşreyber azərbaycanlı azarkeşlərə tanış simadı. 37 yaşlı FİFA referisi artıq bir dəfə təmsilçimizin oyununda baş hakim olub. Bu, 2015-ci il iyulun 2-nə təsadüf edib. Reynşreyber “Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Tiflisdə “Dinamo”ya məğlub olduğu (1:2) görüşdə ədaləti qoruyub. O, həmin matçda hər iki komandanın 2 futbolçusuna sarı vərəqə göstərib, gürcülərin 1 oyunçusunu meydandan qovub. Hakim "Qəbələ"nin ukraynalı müdafiəçisi Vitali Vernidubla rumın yarımmüdafiəçisi George Floreskunu cəzalandırıb. Reynşreyber AÇ-2016-nın seçmə mərhələ matçında Azərbaycan – Bolqarıstan (1:2) qarşılaşmasında da əlavə köməkçi-hakim funksiyasını yerinə yetirib. O, “Qarabağ”a da tanışdı. Belə ki, Avropa Liqasının 2016/17 mövsümündə Ağdam təmsilçisinin Bakıda Yunanıstan PAOK-nu üstələdiyi (2:0) görüşdə baş hakim Alan Yefetin köməkçisi olub.
Bu arada "Şerif" şənbə günü Moldova çempionatında növbəti oyuna çıxıb. Tiraspol təmsilçisi 4-cü tur çərçivəsində "Petrokub"un qonağı olub və səfərdə 2:1 hesabıyla qalib gəlib. Oyunda hesabı 61-ci dəqiqə Stefan Muqoşa aşb. Çernoqoriyalı hücumçu meydana çıxandan 11 dəqiqə sonra fərqlənib. Meydan sahibləri bundan 5 dəqiqə sonra hesabı bərabərləşdirib. Bununla belə, Vitali Damaşkan 82-ci dəqiqədə qələbə topunun müəllifi olub. "Şerif" bu qələbədən sonra 4 oyuna 8 xal toplayaraq, yenidən turnir cədvəlində vahid lider olub. Oyundan sonra Moldova mətbuatına açıqlama verən “Şerif”in baş məşqçisi “Qarabağ” haqda da danışıb: "İlk növbədə onu demək istəyirəm ki, "Qarabağ"la qarşı oynamış bir neçə futbolçunu bu gün meydana buraxdım. Qalanlarına istirahət verdim, çünki bizi çərşənbə axçamı vacib oyun gözləyir. Meydana çıxaraq belə nəticəni qazandıran futbolçularımızı təbrik etmək istəyirəm. Biz bu 3 xalla irəli gedirik. Əlbəttə, "Qarabağ"la matç finala bərabər olacaq. Bu qarşılaşma həm bizim, həm də rəqibimiz üçün çox önəmlidi. Kim uduzsa, Çempionlar Liqasından kənarda qalacaq, qalib gələn irəli gedəcək. "Qarabağ" çox güclü komandadı, topa yaxşı nəzarət edir, yaxşı hərəkət edir. Biz qarşıdakı matçda çox diqqəlti olmalıyıq. Necə ki, onların meydanında belə olmuşduq. Bu dəfə xeyrimizə olan məqam evdə oynamağımızdı".
Onu da qeyd edək ki, sabahkı oyunun yayınlanıb-yayınlanmayacağı hələ dəqiqləşməyib. Telekanallarımızdan nə “İdman Azərbaycan”ın, nə “CBC Sport”un, nə də başqalarının həftəlik proqramında oyunun yayını əks olunub. Həm klubdan, həm də Bakıdakı oyunu tamaşaçılara təqdim edən “İdman Azərbaycan”dan məlumat verildi ki, yayının təşkili ilə bağlı tərəflər arasında danışıq gedir. Məsələ bu gün həllini tapmalıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar