01 avq 17:10aktual

Mütəxəssislər Bezotosnını fərqləndirdi

Mütəxəssislər Bezotosnını fərqləndirdi
“Qəbələ”nin “Panatinaikos”u keçməsi möcüzə sayılmayacaq”

“Qəbələ” Yunanıstan səfərindən məğlubiyyətlə döndü. Özü də Roman Qriqorçukun yetirmələri “Apostolos Nikolaidis” stadionunda fərqlənə də bilmədi. Minimal hesablı qələbəyə (1:0) sevinən “Panatinaikos” pley-offa doğru önəmli addım atmış oldu. Bundan başqa, “qırmızı-qaralar” srağagünkü oyunda zəif təsir bağılşladı. Hesabın daha böyük olmamasında isə Dmitri Bezotosnının rolu danılmazdı. “Panatinaikos” – “Qəbələ” matçı ilə bağlı mütəxəssislərin fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar məğlubiyyətin səbəbini nədə görür? Təmsilçimizin pley-off şansı qalırmı?
Arif Əsədov: “Ümid sonda ölür. Fikrimcə, hesab elə də faciəvi deyil ki, hər şeydən əlimizi üzək. Oyunun axarı da göstərdi ki, “Panatinaikos” “Qəbələ”dən o qədər də üstün deyil. Hətta deyərdim ki, bərabər səviyyəli komandalardı. İlk hissənin əvvəllərində “qırmızı-qaralar”da müəyyən həyəcan hiss olunurdu. Bunun da səbəbi aydın idi. Komanda səfərdə oynayır, rəqib təzyiq edir. Odu ki, matçın əvvəllərində bir qədər çətinliklər oldu. Lakin tədricən vəziyyət dəyişdi, “Qəbələ” oyunu bərabərləşdirdi. Sadəcə, penalti qarşılaşmanın dönüş nöqtəsi oldu. Təmsilçimiz təzyiq edəndə onlar da səhvə yol verirdilər. Penaltiyə qədər olan müddətdə “Qəbələ” hücumlar da etdi, təhlükəli vəziyyət də yaratdı. Hətta vuracağımız bir qol vəziyyəti kökündən dəyişəcəkdi. Ancaq əksinə oldu və rəqib 11 metrlik cərimə zərbəsindən fərqləndi. Nəzərə alaq ki, “Panatinaikos” zəif rəqib deyil. “Qəbələ” isə ilk oyunu səfərdə oynayırdı. İlk dueldə risk etmək də düzgün deyil. Hardasa strateji cəhətdən də oyunu elə qurmalısan ki, cavab matçını da düşünməlisən. “Qəbələ”nin parlaq oyun göstərməməsinin səbəbini bunda görürəm. Vurulacaq 2-ci və 3-cü qol pley-off ümidlərinin sonu ola bilərdi. Ancaq 0:1 elə hesabdı ki, bunun əvəzini çıxıb, növbəti mərhələyə adlamaq da olar. Futbol elə bir oyundu ki, sən xeyli qol epizodu yarada bilərsən, amma fərqlənməyi bacarmazsan. Əksinə, rəqib əlinə düşən bir imkanı qola çevirər. Penaltiyə qədər Filip Ozobiçin zərbəsi qolla nəticələnsəydi, necə olacaqdı? Odu ki, bəxt amilinin üzərində çox da dayanmaq olmazdı. Amma Dmitri Bezotosnının möhtəşəm oyununu qeyd etməliyik. Ukraynalı qolkiper artıq ikinci oyundu ki, belə performans sərgiləyir. Cavab görüşündə “Qəbələ”nin necə oynamasına gəlincə, düzü, baş məşqçinin işinə qarışa bilmərik. Ancaq kənardan görünən budu, rəqibi keçmək olar. Yəqin ki, təmsilçimiz ilk dəqiqələrdən “Panatinaikos”a təzyiq edəcək. İlk 15 dəqiqədə qol vurmaq əla olardı. Bu alınmasa, komanda artıq tələsmədən növbəti hücumlar haqda düşünəcək. “Qəbələ” öz oyununu göstərsə, bu rəqibə 2 qol vura bilər. Hər halda, ilk dəqiqələrdən yunanlara səfərdə oynadıqlarını hiss etdirmək lazımdı. Qarşılaşmanın gedişində isə nəsə alınmayanda başqa variantlardan istifadə etmək olar. Bunu baş məşqçi daha yaxşı bilir. Mən əsas nəyi qeyd edərdim? Göründüyü kimi, “Qəbələ” 4-1-4-1 takitiki sxemi ilə oynayır. Bu sistemdə müdafiəçilərin önündəki dayaq yarımmüdafiəçi Endi Hallideyin üzərinə çox yük düşürdü. Ondan öncəki mərkəz yarımmüdafiəçiləri Cavid Hüseynovla Filip Ozobiç irəli gedəndə, arxada boşluqlar yaranırdı. Bu zaman şotland yarımmüdafiəçi tək qalırdı. Yunanlar isə boşluqlardan istifadə edib, həmlələrlə yadda qalırdılar. Ən çox o mövqedəki boşluqlar məhz “Qəbələ” hücuma çıxarkən yaranırdı. Cavidlə Filip vaxtında geri qayıtmayanda, problem özünü göstərirdi. “Qəbələ” əvvəllər daha çox iki dağıdıcı, bir yaradıcı orta xətt oyunçusu ilə oynayırdı. İndi isə bir dağıdıcı, iki yaradıcı ilə çıxış edir. Bu da bəzən həmin mövqedə boşluqların yaranması ilə müşayiət olunurdu”.
Yaşar Vahabzadə: “Pley-off mərhələsindən əlimizi üzmək söhbətini yaxına buraxmamalıyıq. Düzdü, Afinadakı görüşdə “Qəbələ”nin futbolçuları potensialından aşağı çıxış etdi. Baxmayaraq ki, təlim-məşq toplanışı zamanı yoldaşlıq oyunlarında qüvvəsini sınayıb, eləcə də Avroliqanın 2-ci mərhələsində 2 qarşılaşmaya çıxıblar. Lakin yoxlama matçları ilə rəsmi görüşləri eyni tutmaq olmaz. Nə qədər çox rəsmi oyun keçirsə, komandada bir o qədər çox uyğunlaşma gedir. Mən şəxsən “Qəbələ”dən çox şey gözləyirdim. Dediyim kimi, futbolçular imkanlarından aşağı oyun sərgilədilər. Yalnız Dmitri Bezotosnının çıxışını qeyd edərdim. İki təkbətək epizod zamanı rəqibin fərqlənməsinə imkan vermədi. Lakin hər şeyə rəğmən, bu rəqibi Bakıda udub, mərhələ keçə bilərik. Hər halda, ev oyununda “Qəbələ”nin qol imkanları daha çox olacaq. Baqali Dabo xeyli müddətdən sonra meydana çıxdı. Bu da hiss olundu. Həmçinin uşaqlar istəkli görünürdü. Ancaq rəqibin də gücünü unutmamalıyıq. “Panatinaikos” təcrübəli komandadı, topa yaxşı nəzarət edirdi, hazırlanmış hücumlar qururdular. İnanmıram ki, “Yagelloniya” üzərindəki qələbə futbolçularda arxayınlıq yaratsın. Oyunun gedişində onların sifət cizgilərindən də görünürdü ki, saymamazlıq anlamında heç nə yoxdu. “Panatinaikos” güclü komandadı. Xüsusən sol cinahları çox fəal idi. “Yagelloniya” ilə oyunlarda İlqar Qurbanovun hücumlara necə qoşulduğunun hamımız şahidi olduq. Lakin bu dəfə İlqara həmin imkanı vermədilər. “Qəbələ”nin önündəki də yaxşı rəqib idi. Buna baxmayaraq, Bakıda onlara qol vurmaq böyük problem olmamalıdı. Ən əsası ötürmələrdə dəqiqliyə fikir vermək lazımdı. “Qəbələ”nin futbolçuları çox top itkisinə yol verirdi. Özü də lazımsız anda. “Dayaq” elə mövqedi ki, ordakı istənilən itki qapıya təhlükəli həmlə deməkdi. Endi Hallidey mübarizələrdə yaxşıdı, ancaq çoxlu top itkiləri ilə yadda qaldı. Onun itirdiyi hər top rəqib hücumlarının sayının artması demək idi. Düşünmürəm ki, penalti komandanı “sındırdı”. Çünki fərq ondan sonra artmadı. Yenə də mübarizə apardılar, çalışdılar, oyunun axarını dəyişmək istədilər. Ancaq rəqib də “Qəbələ”yə o imkanı vermədi. Səfər oyunudu, meydan, azarkeş amili var. Biz də burda yunan azarkeşlərin verdiyi dəstəyi öz komandamıza verməliyik. Bakıda qol vurmaq lazımdı. “Qəbələ” fərqlənə bilsə, işi asan olacaq. Bunu da etməyə imkan, potensial var. Məncə, Afinadakı görüşdə hücumda bir qədər də effektli olsaydıq, qol vura bilərdik. “Qəbələ”nin bu rəqibi keçməsi möcüzə sayılmayacaq. “Qırmızı-qaralar” hücum futbolu sərgiləyir. Əsasən də ev oyunlarında. “Panatinaikos”a qarşı da Bakıda belə oynayıb, qol vurmaq lazımdı. Həm “Qəbələ”yə, həm də ÇL-də mübarizə aparan “Qarabağ”a uğurlar arzulayıram. İnanıram ki, hər iki təmsilçimiz bu mərhələni keçəcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar