30 iy 18:20aktual

Son 5 mövsümdə “Şerif”in Avropa macərası

Son 5 mövsümdə “Şerif”in Avropa macərası
Tiraspollular da ÇL-in pley-offuna həsrətdi

“Qarabağ”ı avqustun 1-də “Şerif”lə çox önəmli bir oyun gözləyir. Uğurlu nəticə qazanan tərəf adını ÇL-in pley-off mərhələsinə yazdıracaq. “Köhlən atlar” bunu bacarsa, ölkə futbolu tarixində ilkə imza atmış olacaq. İlk görüşdə qolsuz “sülh” qeydə alındığından, təkcə qələbə yox, həm də məhsuldar heç-heçə Qurban Qurbanovun yetirmələrini pley-offa daşıyacaq. Odu ki, “Şerif”in əvvəlki 5 mövsümdə avrokubok mübarziəsinə nəzər salmağı lazım bildik. Tiraspol təmsilçisinin bu mərhələdə, eləcə də həlledici anlarda nə ilə yadda qaldığı maraqlıdı.

ÇL – 2012/13
Ölkəsində çempion olan və ÇL-in 2-ci təsnifat mərhələsindən yola başlayan “Şerif”in rəqibi “Uliss” (Ermənistan) olub. Tiraspol təmsilçisi ermənilərə həm evdə, həm də səfərdə eyni hesabla (1:0) qalib gəlib. “Arılar”ın “doğma divarlar” arasındakı qolu penaltidən vurduğunu da bildirək. Lakin “sarı-qaralar” 3-cü mərhələdə “ilişib”. “Dinamo” (Zaqreb) moldovalıların ÇL sərgüzəştinin uzun sürməsinə imkan verməyib. Tiraspoldakı görüşdə minimal hesabla qalib gələn (1:0) xorvatlar evdə “Şerif”i darmadağın edib (4:0). Beləcə “sarı-qaralar” ÇL-in pley-offuna yüksələ bilməyib. Avroliqada isə “Marsel” (Fransa) tiraspolluların qrupa yolunu kəsib. “Arılar” evdə fransızlara uduzduğu (1:2) halda, səfərdə heç-heçə edib (0:0). Lakin nəticədə avrokubok həyəcanı “Şerif” üçün başa çatıb.

ÇL – 2013/14
Qitənin ən nüfuzlu klub turnirinin 2-ci mərhələsindən mübarizəyə start verən “Şerif”in rəqibi “Sutyeska” (Monteneqro) idi. Tiraspolda baş tutan ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqlənib. Cavab görüşündə isə, “sarı-qaralar” səfərdə oynamasına rəğmən, rəqibinə futbol dərsi keçib – 5:0. Bu böyükhesablı qələbədə “Sutyeska”nın 69-cu dəqiqədən etibarən azlıqda qalmasının elə də böyük önəmi olmayıb. Çünki həmin ana kimi “Şerif” artıq Monteneqro təmsilçisinin qapıpsından 4 top keçirmişdi. ÇL-in 3-cü təsnifat mərhələsində isə tiraspolluların qarşısına ciddi rəqib çıxıb. Söhbət yenə də Zaqreb “Dinamo”sundan gedir. Maraqlıdı ki, “Şerif” Xorvatiyanın paytaxtında baş tutan ilk dueldə daha yaxşı təsir bağışlayıb. Yalnız matçın son dəqiqələrində qapısında qol görən “arılar” evə minimal hesablı (0:1) məğlubiyyətlə dönüb. Ancaq “Şerif” bu rəqib önündə öz meydanında darmadağın olub - 0:3. Bu isə ÇL-lə sağollaşmaq demək idi. Ancaq komanda Avroliqada daha inamlı mübarizə aparıb. Pley-offda “Voyvodina”nı (Serbiya) yolundan kənarlaşdıran (1:1, 2:1) “Şerif” qrup mərhələsinə vəsiqə qazanıb. “Tottenhem” (Rusiya), “Anji” (Rusiya) və “Trömse” (Norveç) ilə eyni qrupda yer alan “sarı-qaralar” sonda 3-cü yeri tutub. Keçirdiyi 6 oyunun 1-də qalib gəlib 3-də heç-heçə edən, qalan 2 görüşdə isə uduzan “arılar” qrupdan çıxa bilməyib.

ÇL – 2014/15
Çempion kimi ÇL-də yarışmaq hüququ qazanan “Şerif” 2-ci təsnifat mərhələsindən yola çıxıb. Bu mərhələdə Tiraspol təmsilçisi bir il öncə olduğu kimi, “Sutyeska”nı yolundan kənarlaşdırıb. Evdə 2 cavabsız qolla qalib gələn “arılar” səfərdə daha böyük hesabla qələbə qazanıb – 3:0. Düzdü, “Sutyeska”nın cavab matçının 10-cu dəqiqəsindən etibarən azlıqda qalmasını da qeyd etməliyik. Bununla belə, həmin ana kimi “Şerif” artıq hesabı açmışdı. Beləcə hər iki oyunda “quru” qələbələr qazanan tiraspollular adını 3-cü mərhələyə yazdırıb. Lakin uğurun davamını gətirmək mümkün olmayıb. “Slovan”la (Bratislava) Slovakiyadakı qarşılaşma dramatik alınıb. Meydan sahibləri 42-ci dəqiqədə penaltidən hesabı açsa da, 61-ci dəqiqədə azlıqda qalıblar. “Şerif” isə 2 dəqiqə sonra 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib. Buna baxmayaraq, 74-cü dəqiqədə “status-kvo”nu bərpa etmək mümkün olub. Ancaq azlıqda qalmasına baxmayaraq, “Slovan” sona 5 dəqiqə qalmış qələbə qolunu vurub. Tiraspoldakı görüşdə isə “Şerif”in oyunçusu 56-cı dəqiqədə qırmızı vərəqə ilə cəzlaanıb. Həmin oyunda qol səsi çıxmayınca Moldova təmsilçisi ÇL-də mübarizəni dayandırıb. Komanda Avroliqanın pley-offunda da uğur qazana bilməyib. Səfərdə “Riyeka”ya (Xorvatiya) 0:1 hesabıyla uduzan “sarı-qaralar” evdə darmadağın olub (0:3).

AL – 2015/16
Ölkəsində “bürünc” qazanan “arılar” Avroliqada mübarizə aparmalı olub. Bu dəfə tiraspolluların beynəlxalq arenadakı macərası qısa sürüb. Qitənin ikinci dərəcəli klub turnirinin 1-ci təsnifat mərhələsi “Şerif” üçün keçilməz olub. Həmin mərhələdə “Odd” (Norveç) Moldova təmsilçisini mübarizədən kənarlaşdırıb. Tiraspolda keçirilən ilk oyunda norveçlilər 3 cavabsız qolla qalib gəlib. Bir həftə sonra “Odd”un meydanında reallaşan cavab görüşündə isə tərəflərdən heç biri fərqlənə bilməyib. Nəticədə “Şerif” ilk mərhələdəcə AL-lə vidalaşıb.

ÇL - 2016/17
Ötən avrokubok mövsümündə Moldova çempionu kimi ÇL-ə vəsiqə qazanan “sarı-qaralar” 2-ci təsnifat mərhələsindən mübarizəyə start verib. Tiraspolluların yolu elə də uzun olmayıb. İsrail “Hapoel”i (Beer Şeva) ilə oyunlarda məhz yəhudilər növbəti mərhələyə adlayıb. İlk qarşılaşma İsraildə gerçəkləşib və həmin görüşdə meydan sahibləri qalib gəlib (3:2). Maraqlıdı ki, həmin matçın 90-cı dəqiqəsinə kimi hesab bərabər olub və məhz əsas vaxtın son dəqiqəsində “Hapoel” penaltidən qələbə qolunu vurub. Özü də bu yəhudilərin 11 metrlik cərimə zərbəsindən vurduğu 2-ci qol olub. Beer Şeva təmsilçisinin oyunun 28-ci dəqiqəsində daha bir penaltidən yararlana bilmədiyini də qeyd edək. Daha bir diqqət çəkən məqam “Şerif”in həmin oyunun 26-cı dəqiqəsindən etibarən azlıqda qalmasıdı. Tiraspolda keçirilən cavab görüşündə isə qol səsi çıxmayıb. “Hapoel”in son saniyələrdə azlıqda qalması da vəziyyəti dəyişməyib. Beləcə “Şerif”in növbəti mərhələ arzusu “dəfn olunub”.

Son söz əvəzi
Göründüyü kimi, “Şerif” bundan öncəki 5 mövsümdə ÇL-in pley-offuna yüksələ bilməyib. Özü də bu müddətdə “sarı-qaralar” cəmi bir dəfə Avroliqanın qrupunda mübarizə aparıb. Halbuki “Qarabağ” son 3 mövsümdə bunu bacarıb. Odu ki, Tiraspol təmsilçisinin son illər beynəlxalq arenadakı çıxışını əldə əsas tutub öyünməyə haqqı yoxdu. Eləcə də yuxarıda sadaladıqlarımız “Qarabağ” üçün qorxulu göstəricilər deyil. Əksinə, bu mənada “köhlən atlar” rəqibdən bir addım öndədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar