27 iy 21:45aktual

“Qarabağ” UEFA nümayəndəsindən irad eşitməyib

“Qarabağ” UEFA nümayəndəsindən irad eşitməyib
İbrahimov: “Bu təcrübədən dünyanın hər yerində istifadə olunur”

Srağagün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Şerif”lə üz-üzə gəldi. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qol səsi çıxmadı. Halbuki mərkəzi arenaya təşrif buyuran, eləcə də ekran önünə keçən azarkeşlər “köhlən atlar”dan qələbə gözləyirdi. Qurban Qurbanovun yetirmələri rəqibdən üstün oyun sərgiləyib bir neçə qol vəziyyəti yaratsa da, fərqlənə bilmədi. Düzdü, evdə qapısını toxunulmaz saxlaması ağdamlıların üstünlüyüdü. Ancaq nəzərə alaq ki, “Şerif”in baş məşqçisi Reborto Bordin qolsuz heç-heçənin onları razı salacağını hələ oyundan öncə söyləmişdi. İtaliyalı çalışdırıcının düşüncəsi ilə “sarı-qaralar” Bakıdan istədiyi nəticə ilə ayrılıb. Cavab matçında qeydə alınacaq nəticənin hansı tərəfi sevindirəcəyini isə zaman göstərəcək. Lakin Moldovadakı duelə keçməzdən öncə ilk oyunla bağlı bəzi məqamlara, xüsusən təşkilatçılıq məsələlərinə bir daha nəzər salaq.
Məlum olduğu kimi, beynəlxalq oyunlardan sonra UEFA nümayəndəsi və meydan sahibi olan klubun nümayəndələrinin iştirakı ilə toplantı keçirilir. İclasda təşkilatçılıq məsələləri müzakirə olunur, müsbət və mənfi hallar qabardılır. Görəsən, “Şerif”lə matçdan sonra baş tutan toplantıda qitə futbol qurumunun əməkdaşlarının “Qarabağ” tərəfinə hansısa iradı olub? Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu dinləyək: “Hansısa nəzərəçarpan problem olmadı. Həm UEFA, həm də Moldova tərəfi “Qarabağ”ın təşkilatçılığını yüksək qiymətləndirdi. “Şerif”in nümayəndələri qonaqpərvərliyə görə də təşəkkürlərini dilə gətirdilər. Qitə futbol qurumunun təmsilçisi də təşkilatçılıqla bağlı xüsusi irad bildirmədi”.
Oyunda hakimə etirazlar da diqqəti çəkirdi. Əslində isə Sergey Tsinkeviç matçın əvvəlində “Şerif”in haqlı penaltisini verməmişdi. O başqa məsələ ki, səhvi səhvlə ört-basdır etmək olmaz. Meydan sahiblərinin əleyhinə verilən qərarlar azarkeşlər tərəfindən etirazla qarşılanırdı. Söhbət təkcə ədalət təmsilçilərinin fitə basılmasından getmir. Bir epizodda hətta meydana su butulkası da atıldı. Təbii, belə hallar UEFA tərəfindən cəzasız qalmır. Yalnız qitə futbol qurumunun nümayəndəsi protokolunda həmin məqamı qeyd etməsə, “Qarabağ” rahat nəfəs ala bilər. Qeyd edək ki, matçda UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov idi. Həmin məsələ ilə bağlı İbrahimov bunları dedi: “Yalnız bir epizodda stadiona su qabı atıldı. O da rəqib Dino Ndlovunu yıxdığı vəziyyətdə yaşandı. Hər kəs hakimdən sarı vərəqə gözləyirdi, lakin Tsinkeviç nəinki vərəqəyə əl atdı, oyunu belə saxlamadı. Ümid edək ki, UEFA nümayəndəsi bunu protokolunda qeyd etməyib”.
Məlum olduğu kimi, “Qarabağ” iyulun 18-də səfərdə “Samtredia” ilə cavab görüşünə çıxdı və 3-cü mərhələyə vəsiqəni rəsmiləşdirdi. Bir gün sonra isə Albaniyada “Kukesi”nin qonağı olan “Şerif” eyni tapşırığın öhdəsindən gəldi. Azarkeşlərin rahat bilet almasını təmin etmək üçün Ağdam klubu daha öncədən hərəkətə keçib, iyulun 21-dən etibarən Moldova təmsilçisi ilə biletlərin satışına start verdi. Bu üzdən biletlərin üzərində “Şerif”in adı və loqosu yox idi. Əslində bu haqda daha öncədən xəbər vermişdik. Sadəcə, bəzi azarkeşlər bu məqamın məhz oyun günü fərqinə vardığından, anlaşılmazlıq yaranıb. Odu ki, Nurlan bəydən bu məsələyə bir daha qayıtmasını istədik: “Şerif” “Kukesi” ilə cavab görüşünü çərşənbə günü keçirmişdi. Biz isə “Samtredia” ilə bundan bir gün əvvəl oynamışdıq. Biletlərin hazırlanma proseduru ən azı 4 gün vaxt alır. Çap edilməsi asan məsələdi. Ancaq sıra, yer söhbəti var, biletlərin üzərinə holoqramlar vurulur. Oyun isə həftənin ikinci günü olacağından, yəni önümüzdə cəmi 5 gün qaldığından belə addım atmağı lazım bildik. Bu təcrübədən dünyanın hər yerində istifadə olunur. “Ayntraxt”la səfər oyunumuzun biletlərində nəinki “Qarabağ”ın adı yox idi, heç saat da göstərilməmişdi. Bizdə isə təkcə rəqibin adı qeyd olunmamışdı. Deyək ki, hansısa klubun pley-offda oynayacağı bəllidi. Stadionu da böyük tutumludu. Rəqib bəlli olmasa da, biletləri hazırlayıb uyğun vaxtda satışa çıxarırlar. Məsələn, BATE Çempionlar Liqasında oynayanda bütün biletləri əvvəlcədən standart şəkildə hazırlamışdı. Biz rəqibin adı bəlli olan günün ertəsi biletləri artıq satışa çıxarmışdıq. Bu da azarkeşlərin rahat bilet ala bilməsi üçün idi. Fikir verdizsə, biletlərin satışı ilə bağlı böyük söz-söhbət olmadı. Dünya təcrübəsində də bundan istifadə edirlər”.
Sonda daha bir suala aydınlıq gətirdik. Belə ki, oyundan öncə media nümayəndələrinə təqdim olunan protokolda maraqlı məqam diqqəti çəkdi. Protokolda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla yanaşı, Zaur Tağızadənin də adı qeyd olunmuşdu. “Şerif”in isə yalnız baş məşqçisi göstərilmişdi. Maraqlıdı, Tağızadənin adının yazılması nədən irəli gəlir? Bu hansısa qaydadısa, niyə Roberto Bordinin köməkçilərindən heç biri göstəilməyib? İbrahimovun fikirləri belə oldu: “UEFA-nın reqlamentinə əsasən texniki zonada əyləşənlərdən birinin 4-cü hakimlə danışmaq ixtiyarı var. Əvəzetmələr və ya başqa bir məqamla bağlı fikir mübadiləsini ehtiyat referi ilə həmin adam aparır. Bizdə o işi Zaur Tağızadə görür. Media nümayəndələrinə təqdim olunan həmin protokolu UEFA əməkdaşları hazırlayır. Odu ki, “Şerif” tərəfindən belə birinin adının qeyd olunmamasının səbəbini mən deyə bilmərəm. Ola bilsin, texniki səhv olub”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar