28 iy 00:14aktual

Qriqorçuk yenə 5:0 arzulayır

Qriqorçuk yenə 5:0 arzulayır
“Qəbələ” yaxşı təşkilatlanmış, intizamlı komandadı”

Dünən “Panatinaikos” – “Qəbələ” oyunu ərəfəsində mətbuat konfransları keçirilib. Əvvəlcə meydan sahiblərinin baş məşqçisi Marinos Ozunidis jurnalistlər qarşısına çıxıb.
- Brayan Kabezas və Stefanos Çatzigiovannisin durumu nə yerdədi?
- Kabezas 90 dəqiqə oynaya bilməz. Ancaq qarşılaşmanın böyük qismində bizə kömək edə bilər. Çatzigiovannis isə bu gün özünü daha yaxşı hiss edir. O, dünənki məşqdə iştirak etmədi. Ümid edirəm ki, ciddi problemlə üzləşmərik və hər ikisi sabah meydana çıxacaq gücdə olacaq.
- “Panatinaikos” matça hazırdı?
- Belə vaxtlarda bütün məşqçilər komandalarının 100 faiz hazır olduğunu bildirir. Ancaq mən belə demirəm. Təlim-məşq toplanışı zamanı müəyyən problemlər yaşadıq. Bəzi futbolçular istədiyimiz qədər oynamaq imkanı əldə etmədi. Ancaq yaxşı hazırlaşmışıq. Bu problemin həlli üçün də iki yolunuz olur: birincisi, müntəzəm yaxşı oynamaq, ikincisi, yorğun olana dəstək vermək. Psixoloji cəhətdən 100 faiz hazırıq. Rəqibimiz isə yaxşı təşkilatlanmış, intizamlı komandadı. Onlar bəzən 7-8 oyunçu ilə hücuma keçirlər. Belə məqamlarda ağıllı oynamaq lazımdı. Çünki ayaqları o idarə edir. Mənim istəyim meydana çıxıb yaxşı futbol sərgiləməkdi. Hər iki oyun olduqca çətin keçəcək. Cütün taleyinin ilk görüşdə həll olunacağını düşünmürəm.
- Rəqib üçün “Panatinaikos” ən ciddi sınaq sayılır...
- “Panatinaikos” böyük klubdu və rəqiblər bizə hörmətlə yanaşır. Bir baş məşqçi kimi mən də əlimdən gələni edirəm ki, etimadı doğruldum.
- İki il əvvəlki uğursuzluğun qisası haqda düşünmürsüz?
- Bu hadisə 2015-ci ildə baş verib. Həmin vaxt müəyyən çətinliklər var idi. Bunun rəqiblə bir əlaqəsi yox idi. “Qəbələ” artıq yetərincə təcrübəli komandadı. Onların “Yagelloniya” ilə Polşadakı oyununa baxmışam. Əvvəlki illərdə “Lill”, “Maribor” kimi komandaları üstələyiblər. Bu turnirdə asan oyun yoxdu. Futbolçularımızın hazırlıq durumunu hələ tam yaxşı bilmirik. Rəqib isə güclüdü. Bu, intiqam məsələsi deyil. Sadəcə, onlardan daha yaxşı oynamağa məcburuq.
- Demək olarmı ki, cütün favoriti “Panatinaikos”du?
- Keyfiyyət bunu deyir. Ancaq bu da kifayət etmir. Daha güclü olduğumuzu sübut etməli və irəliləməliyik. Onu da unutmayaq ki, son bir ildə bizdə böhran yaşandı, rəqib isə daha uğurlu çıxış etdi.
Mətbuat konfransında çalışdırıcıyla birgə iştirak edən “yaşıllar”ın müdafiəçisi Niklas Huntun fikirləri isə belə olub: “Bilirik ki, “Qəbələ” yaxşı komandadı. Çünki “Panatinaikos” onlarla bir dəfə qarşılaşıb. 3-cü təsnifat mərhələsinə qədər irəliləyən hər bir komanda təhlükəlidi. Burda arxayınlaşmağa yer yoxdu. İsveç klubunun “Qalatasaray”la oyunlarını yadınıza salın. Futbolda hər şey ola bilər. Hesab edirəm ki, biz hazırıq. İki il əvvəlki ilə indiki durumu müqayisə etmək olmaz. Hər şey keçmişdə qalıb. Biz nə baş verdiyini yaxşı bilirik. Ancaq bu haqda heç nə hiss etmirəm. İki heç-heçə ilə komanda mübarizəni dayandırmışdı. İndi bu barədə düşünmürəm. Yalnız qarşıdakı yeni matçı düşünürük. Rəqibin güclü komanda olduğunu bilirik. Yəni artıq heç nə bizim üçün sürpriz olmayacaq. İlk oyunu evdə keçirməyin xeyrimizə olub-olmadığını demək çətindi. “Qəbələ” ilə iki dəfə üz-üzə gələcəyik və indi burdakı matça köklənməliyik. Sabah doğma arenamızda bizə qarşı oynamaq onlar üçün çətin olacaq”.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun oyun haqda söylədikləri isə belə olub:
- İki il əvvəl olduğu kimi, yenə “Panatinaikos”u mübarizədən kənarlaşdıra biləcəksiz?
- Həmin uğur 2 il əvvəldə qalıb. O nəticənin bugünkü mübarizəyə heç bir təsiri yoxdu.
- Bu oyunda hansı nəticə sizi qane edəcək?
- 5:0 hesabıyla qalib gəlsək, bu, bizim üçün yaxşı nəticə olar (gülür). Vəziyyətdən asılı olaraq nəticəyə münasibət formalaşacaq. Rəqib haqda çox şey bilirik.
- Bu məlumatlar nədən ibarətdi?
- Bilirik ki, 2 il əvvəllə müqayisədə rəqibin heyətində xeyli dəyişiklik baş verib. “Panatinaikos”un futbolçuları haqda mümkün qədər ətraflı məlumat əldə etməyə çalışmışıq.
- Püşk yenidən sizi “Panatinaikos”la üz-üzə qoyanda buna necə münasibət bəslədiz?
- Püşkün nəticəsini sakit qarşıladım. Bizim avrokubok təcrübəmiz zəngin deyil. Bu üzdən istənilən komanda bizim üçün çətin rəqib sayılacaqdı. “Panatinaikos” bir brenddi. Belə komandayla qarşılaşacağımıza görə məmnunam.
- İki il əvvəl ilk oyunu evdə, bu dəfə isə səfərdə keçirəcəksiz. Bunun nəticəyə hər hansı təsiri ola bilərmi?
- Bunun cütün taleyini həll edəcək amillərdən biri olduğunu düşünmürəm. İlk oyunu evdə və ya səfərdə keçirməyin üstünlüyü ilə bağlı məndən dəfələrlə soruşublar. Hər dəfə də demişəm ki, bunun nəticəyə heç bir təsiri yoxdu.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar