27 iy 23:20aktual

“Panatinaikos” itirə-itirə gedir

“Panatinaikos” itirə-itirə gedir
Fariz Nəcəfov yunanları favorit sayır

Bu gün “Qəbələ” ilə Avroliqanın 3-cü təsnifat mərhələsində qarşılaşacaq “Panatinaikos”da ayrılıq baş verib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, Afina təmsilçisi seleksiyaçı-məşqçi Xuan Ramon Roşa ilə vidalaşıb. Bunun səbəbi açıqlanmayıb. 1980-89-cu illərdə bu klubun formasını geymiş argentinalı 1994-96, 1999-2000 və 2012-13-cü illərdə komandanın baş məşqçisi olub. Daha sonra akademiyada fəaliyyət göstərən 63 yaşlı keçmiş yarımmüdafiəçinin əsas vəzifəsi seleksiya işi olub. O, xüsusən də Cənubi Amerika zonasında əsas komandaya oyunçu axtarışı ilə məşğul olub.
“Qəbələ” ilə qarşılaşma ərəfəsində afinalıların daha bir futbolçusu sıradan çıxıb. Yunanıstan mətbuatında yazılanlara inansaq, yarımmüdafiəçi Stefanos Çatzigiovannis məşqdə zədələnib. Yunan həmkarlarımız Ozunidisin bugünkü qarşılaşmada Brayan Kabezasa etimad göstərmək ehtimalını daha yüksək dəyərləndirir. Lakin “Alkmaar”la yoxlama görüşündə ekvadorlu futbolçunun hazır görünməməsi çalışdırıcını B variantı axtarışına vadar edir. Ozunidisin variantları arasında Gilyermo Molins və Dimitrios Emmanulidis də var. Bu arada “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Yunanıstan mətbuatına müsahibə verib: “Panatinaikos” təkcə Yunanıstanda yox, Avropada zəngin ənənələrə malik əla klubdu. İki il əvvəl bu komandanı mübarizədən kənarlaşdıra bildik. Bu nəticə bizim üçün həftənin hadisəsi idi. Ötən müddətdə hər iki klubun heyətində ciddi dəyişikliklər olub. Amma bizim komandada həmin qarşılaşmalarda iştirak etmiş futbolçular da var. Düzdü, son iki mövsümdə Avropa Liqasının qrupunda oynamışıq. Lakin cütün favoriti “Panatinaikos”du. “Qəbələ” inkişafda olan gənc komandadı. Avrokuboklardakı hər qarşılaşma bizim üçün böyük təcrübədi. Yenidən “Panatinaikos”u mübarizədən kənarlaşdırmağımız çətin olsa da, həmişə şans var. Biz də çalışacağıq ki, iki oyunun nəticəsinə görə qalib gəlib mərhələ adlayaq. Amma bu dəfə iki il əvvəlkindən daha çətin olacaq. Əminəm ki, futbolçularımız bunun üçün bütün bacarıqlarını ortaya qoyacaq”.
“Apollon”un yarımmüdafiəçisi Fotios Papulis isə bu duel haqda bunları deyib: “Hələ iki il əvvəl “Panatinaikos”la “Qəbələ” arasında baş tutan oyunlardan əvvəl də demişdim ki, rəqibi diqqətlə izləmək lazımdı. “Qəbələ”nin qüvvəsi artan temp üzrə gedir. Oyundan-oyuna daha yaxşı çıxış edirlər. Lakin bildiyimə görə, bu il komanda nisbətən zəifdi. “Panatinaikos”un futbolçuları hədəflərinə çatmağa daha yaxın görünür. Düşünürəm ki, Afina təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaq şansı daha yüksəkdi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar