26 iy 18:07aktual

Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir

Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir
Ağasəlim Mircavadov: “Xəbəri eşidəndə məəttəl qaldım”

İcitimaiyyətin diqqəti “Qarabağ”la “Qəbələ”nin avrokuboklardakı çıxışına yönəldiyi vaxtda Rəşad Sadiqovla bağlı xəbərin yayılması bir anda şok effekti doğurdu. “Zirə”ylə cəmi ayyarım öncə müqavilə bağlayan futbolçunun gərəksiz anda komandadan uzaqlaşdırılmasının səbəbi hələ də qaranlıqdı. Hansısa başqa biri olsaydı, dərdyarı. Ancaq söhbət Sadiqovdan gedirsə, ağılda yüz fikir dolaşır. Çiyinlərində illərin təcrübəsini daşıyan Rəşadın indiyə qədər şərəfini qoruduğu komandalarda hansısa intizamsız hərəkətə yol verdiyini xatırlayan varmı? Meydançada rəqiblə əlbəyaxa olduğunu, hakimlərə hədə-qorxu gəldiyini, özünü baş məşqçidən ağıllı saydığını, düzü, xatırlamırıq. Üstəlik, ortada çoxlarına məlum olmayan fakt var. Baş məşqçi Ayxan Abbasovla komandadan uzaqlaşdırdığı Rəşad Sadiqov uşaqlıq dostlarıdı. Aralarında cəmi 2 yaş fərq olsa da, Buzovna futbolunun yetirmələri sayılırlar. Vaxtilə Rəşad, qardaşı rəhmətlik Səbuhi, Aftandil Hacıyev, Ayxan Abbasov və Rail Məlikovun uşaqlıq illəri birgə keçib, futbolun sirlərinə birgə yiyələniblər. Belə olduğu halda, yetkin yaşa çatmış iki insanın sözünün çəp gəlməsi adamı çaş-baş salır. Rəşad zənglərə cavab vermir, Ayxan bəy isə “sandığın içindəkini” üzə çıxarmaq istəmir. Ona görə də kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindi.
Bu, Sadiqovun intizamsızlıq ucbatından komandadan uzaqlaşdırılmasına dair ilk belə faktdı. Bəlkə də daxildə nələrsə baş verib, mətbuata çıxmayıb, insanlar xəbər tutmayıb. Ona görə də vaxtilə Rəşada məşqçilik etmiş təcrübəli mütəxəssislərlə əlaqə saxlamağı vacib bildik. Onlardan cəmi ikisi ilə söhbətdə elə təriflər eşitdik ki, üçüncü şəxsi aramağa ehtiyac qalmadı.
Ağasəlim Mircavadov: “Rəşadla bağlı xəbəri eşidəndə, açığı, inanmadım. Sonra Ayxan Abbasovun açıqlamasını oxuyanda başa düşdüm ki, həqiqətdi. Rəşad rəhmətlik qardaşı Səbuhi ilə birlikdə “Neftçi”də rəhbərliyim altında çıxış edib. Yerini bilən, mədəni, ağzının danışığına fikir verən uşaq idi. Həmin müddət ərzində ondan intizamla bağlı bir dəfə olsun, problem görməmişəm. Başını aşağı salıb məşqini edər, futbolunu oynayardı. Ona görə də xəbəri eşidəndə məəttəl qaldım. Ayxan Abbasovla Rəşad Sadiqov Buzovnadandılar, bildiyimə görə, bir-birinə çox yaxındılar. Aralarında nə baş verdiyini bilmirəm. Amma Rəşad artıq sözə, hərəkətə yol veribsə, düzgün deyil. Dostluq, yaxınlıq işdə rol oynamır. Əksinə, hamıdan əvvəl adama dostu hörmət etməlidi ki, kənardakılar görsün. Baş məşqçi yaşca səndən balaca olsa belə, hörmətlə yanaşmalısan. Mütləq ki, hansısa səbəb olub... Mən özüm də intizam tərəfdarıyam. “Neftçi”nin baş məşqçisi olduğum dönəmdə Respublika stadionunda hansısa komandayla oynayırdıq. 1:2 hesabıyla geridəydik. Elşən Qəmbərova tapşırıqlarımı verib, meydana buraxdım. Sürətli cinah keçidləri ilə hücumu gücləndirməliydi. Baxdım ki, öz bildiyini edir. 10-15 dəqiqə nə qədər xəbərdarlıq etsək də, xeyri olmadı. Belədə oyun başa çatmamış onu əvəzlədim. Əvəzlənəndən sonra futbolkasını çıxarıb nümayişkəranə şəkildə yerə çırpdı. Elə həmin dəqiqə yanımda oturan köməkçim Samir Ələkbərova dedim ki, “Elşən paltardəyişmə otağına girməsin, ərizəsini al, yola sal”. Ramin Musayev o vaxt “Neftçi”də işləyirdi. Sağ olsun, mənə dəstək verdi. Dedi, doğru qərardı, yola salın, getsin”.
Vaqif Sadıqov: “Rəşadı lap yaxşı tanıyıram. O və onun kimi 1983 doğumluların yığma karyeraları rəhbərliyim altında keçib. Sadiqovu tərbiyəli, işgüzar, işinə peşəkar yanaşan insan kimi tanımışam, indiyə qədər də o cür xatırlayıram. Bu gün belə bir xəbər eşitmək xoşagəlməz oldu. Açığı, oxuduqlarıma, eşitdiklərimə inanmaq istəmirəm. O cür intizamlı birinin komandadan uzaqlaşdırıldığına inana bilmirəm. Rəşad hər zaman məşqçinin “sağ əli” sayılıb, lider xüsusiyyətlərini daşıyıb. Hər məşqçinin işə öz yanaşması var. Mən də sizin kimi problemin nədən ibarət olduğu bilmirəm. Ona görə də fikir bildirmək çətindi. Doğru, yoxsa yanlış addım olduğunu hamıdan yaxşı Ayxan Abbasov bilər. Çünki qərar onundu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar