26 iy 15:15aktual

Meydana yad əşya yağdı

Meydana yad əşya yağdı
Maksimlə Miçel arasında gərginlik yaşandı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsini uğurla keçən “Qarabağ”ın 3-cü mərhələdə “Şerif”lə keçirəcəyi ev oyununda Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq yaşanacağı gözlənilirdi. Ən azı rəqibin və mərhələnin ciddiliyi bunu tələb edirdi. Üstəlik, küləkli hava hərarəti aşağı salmışdı ki, bu da dənizə üz tutmaq istəyənlərin də futbola yollanması üçün önəmli stimul idi. Bir sözlə, oyunu canlı izləməmək üçün heç bir səbəb yox idi. Bir gün əvvəl 17 min bilet satılmışdı. Gözlənilirdi ki, ən azı daha 10 min bilet oyun günündə tükənəcək.

Tribunalar tam dolmadı
Həmişəki kimi, görüşün başlamasına 1 saat qalmış mərkəzi arenanın önündə insan seli müşahidə olunurdu. Tum, su, şirniyyat və “Qarabağ”ın atributlarını satışa çıxaranlar bu fürsətdən maksimum yararlanmağa çalışırdı. “Qarabağ”ın oyunu ola, “qara bazar” olmaya?! Mümkün deyil. İşbazlardan biri 1 manatlıq bileti 2 manata satırdı. O qoyduğu qiymətdən narazı qalan azarkeşə “kassa ordadı, get, ordan al” deməyi özünə borc bildi. Yeri gəlmişkən, kassaların önündə basırıq idi.
“Qarabağ” könüllülərin xidmətindən istifadə etmirdi. Bilet sahiblərini yoxlayanlar da, onları sektorlar üzrə istiqamətləndirənlər də asayiş keşikçiləriydi. Təəssüf ki, dəfələrlə müşahidə etdiyimiz hal yaşandı. Tamaşaçıların hamısı vaxtında tribunalarda yerini tutmadı. Start fitindən sonra arenaya daxil olan azarkeşləri başa düşmək mümkün deyildi. 7, 8, 21, 22 və 23-cü sektorlar tamaşaçı sarıdan korluq çəkirdi. Komandalar oyunöncəsi isinmə hərəkətlərini icra edərkən Qurban Qurbanov zədə üzündən görüşü buraxan Rəşad Sadıqovla söhbət edirdi. “Qarabağ”ın baş məşqçisi rəqibin hazırlığını da nəzərdən qaçırmadı.

Balima “yoxa çıxdı”
“Qarabağ”ın fanklubları ənənəvi yerində idi. “İmarət” 2-ci, “Qarabağ boys” 4-cü, “Qarabağ ordusu” isə 6-cı sektordan dəstək verirdi. Riçard Almeydanın xanımı və anası “Qarabağ”ın formasında media sektorunun yuxarısındakı “sky-box”dan oyunu izləyirdi. “Zirə”nin məşqçisi Elnur Codarov, Rəşad Sadıqovun qardaşı Kamran da media sektoruna yaxın yerdə əyləşmişdi. “Qarabağ”ın oyun üçün hazırladığı proqramda bir çatışmazlıq diqqətimizi çəkdi. Rəqibin heyətində Benjamin Balimanın adı yox idi.

Meydana yad əşya atıldı
Komandalar meydana çıxarkən telefonların işıqları işə düşdü. Futbolçular salamlaşdıqdan sonra “Qarabağ”lılar azarkeşləri salamladısa, qonaqlar xatirə şəkli çəkdirdi. Bundan narazı qalan futbolsevərlər moldovalıları fitə basdı. Matç başlayan kimi irəli atılan “Qarabağ” azarkeşləri həyəcanlandıra bildi. Bir dəqiqə ərzində bir neçə dəfə rəqib qapısına zərbə endirən “köhlən atlar” hesabı aça bilməsə də, tribunaları coşdurdu. Bir qədər sonra Yakub Jezniçak zədələndi. Polşalı müdafiəçi klubun həkimiylə paltardəyişmə otağına yollanıb, keyidici iynə vurdursa da, tibbi müdaxilənin də xeyri olmadı. Hissənin ortalarında Qurban Qurbanov legioner stopperi Elvin Yunuszadəylə əvəzləmək məcburiyyətində qaldı. Azarkeşlər Jezniçakı alqışla ehtiyat oyunçular skamyasına yola saldı.
Elə bu dəqiqələrdə arenada hərarət yüksəldi. Hakimin Dino Ndlovuya qarşı aşkar qayda pozuntusu zamanı fitini səsləndirməməsi azarkeşlərin qəzəbinə səbəb oldu. 35-ci sektorda əyləşən tamaşaçılardan biri meydana “Fanta” butulkasını fırlatdı. Yəqin ki, buna görə UEFA “Qarabağ”ı cərimələyəcək.
İkinci hissədə 28-ci sektor xeyli fəallaşmışdı. Xüsusən “Qarabağ”ın daha aqressiv futbol sərgiləməsindən sonra tribunalar susmaq bilmirdi. İslandiya azarkeşlərinə xas ritm, “Meksika dalğası”, “Qarabağ”, “Qələbə bizimdi, bizim olacaq” şüarları hissənin ortalarında müşahidə etdiklərimizdi. Qonaqların tez-tez yerdə qalıb, vaxt udmağa çalışması onsuz da qaçırılan imkanlara görə əsəbləri tarıma çəkilmiş azarkeşləri daha da qəzəbləndirirdi.

“Qarabağ”ın futbolçuları arasında insident
85-ci dəqiqədə Maksim Medvedevin yaxınlıqdakı Miçelə ötürmə vermək əvəzinə qapı qarşısına uğursuz asma etməsi həm baş məşqçini, həm də ispan futbolçunu əsəbləşdirdi. Rəşadın yoxluğunda kapitan sarğısını qoluna taxmış sağ cinah müdafiəçisi ona etirazını kəskin şəkildə bildirən Miçeli itələdi. Onların bir-birini hədələməsi də diqqətimizdən yayınmadı. Bədavi Hüseynovun əla qol şansını qaçırması tükənən son ümid idi. “Qarabağ” qalib gəlməsə də, fanklublar futbolçuları səsləyib, baxımlı oyuna görə onları alqışladı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar