19 iy 19:26aktual

“Qəbələ” Polşada dəstəksiz qalmayacaq

“Qəbələ” Polşada dəstəksiz qalmayacaq
Polşalılar yorğunluqdan gileylənir

Polşaya Avroliqanın 2-ci təsnifat mərhələsinin cavab oyunundan 4 gün əvvəl yollanan “Qəbələ” dünən axşam Varşavada 2-ci məşqinə çıxıb. Bu gün komanda avtobusla “Yagelloniya” ilə görüşün keçiriləcəyi Belostoka yollanacaq. Sabah “qırmızı-qaralar” qarşılaşmanın keçiriləcəyi stadionda oyun vaxtında - Bakı vaxtı ilə 22.30-da məşqə çıxacaq. Bundan yarım saat əvvəl isə baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı start götürəcək.

“Qəbələ” dəstəksiz qalmayacaq
Polşalıların komandalarına necə çılğın dəstək verdiyini bilirik. “Yagelloniya”nın evdə əsas üstünlüyü də “12-ci azarkeş” olacaq. Ancaq “Qəbələ” də səfərdə dəstəksiz qalmayacaq. Əldə etdiyimiz məlumata görə, Polşada yaşayan həmvətənlərimizin bir qismi “qırmızı-qaralar”a dəstək vermək üçün stadiona yollanacaq. Amma onların dəqiq sayı bilinmir.

Asif Məmmədovla üz-üzə gələn hakim
İndi isə keçək bu ağır matçın təyinatlarına. UEFA bu oyuna Rumıniyadan olan hakimlər briqadasını təyin edib. Baş hakim funksiyasını Konstantin Sebastyan Koltesku yerinə yetirəcək. Ona Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika kömək edəcək. Dördüncü hakim George Katalin Qaman olacaq. Rumıniyalıların işinə monteneqrolu hakim-inspektor Qoran Mihayleviç qiymət verəcək. Belçikalı Jan Pol Mievis isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Koltesku bizim üçün tanış hakimdi. Çünki bu referi 2 dəfə komandalarımızın görüşünə təyinat alıb. 40 yaşlı hakim ilk dəfə 10 il əvvəl U-21-in AÇ-2009-un seçmə mərhələsi çərçivəsində Xorvatiyadan olan həmyaşıdlarıyla keçirdiyi oyununu idarə edib. Zapreşiç şəhərində baş tutan qarşılaşmada xorvatlar 3:2 hesabı ilə qalib gəlmişdi. Koltesku 70-ci dəqiqədə artıq karyerasını başa vurmuş Namiq Yusifovu ikinci sarı vərəqə ilə meydandan qovub. Maraqlıdı ki, həmin qarşılaşmada dubl edən Asif Məmmədov hazırda məhz “Qəbələ”nin formasını geyir.
Koltesku yaxın tarixdə Bakıya da səfər edib. 2015-ci ildə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu rumıniyalı hakim idarə edib. Konstantin “Qarabağ”ın “Rudar”la qolsuz bitən görüşündə ədaləti qoruyub. Həmin qarşılaşmada Ağdam klubundan yalnız Qara Qarayevə sarı vərəqə göstərib. 2006-cı ildə FİFA referisi adını daşıyan Koltesku indiyə qədər beynəlxalq arenada 23 qarşılaşmada idarəçilik edib. Bunlar arasında İntertoto Kuboku, UEFA Kuboku, Avropa Liqası və Çempionlar Liqası matçları var. U-17, U-19 və U-21-lərin seçmə mərhələ oyunlarında da ədalət təmsilçisi olmuş Kolteskunun ən böyük uğuru kimi 2013-də U-19-ların Avropa çempionatının elit mərhələsində idarə etdiyi 2 görüşü qeyd etmək mümkündü. Əsas yığmalar arasında keçirilmiş 2 yoldaşlıq matçında (İrlandiya – Gürcüstan 4:0, Serbiya – İsrail 3:1) da fit çalmış referi üçün “Yagelloniya” – “Qəbələ” qarşılaşması yeni mövsümün ilk təyinatıdı. Koltesku idarə etdiyi beynəlxalq oyunlarda 12 dəfə penalti təyin edib ki, bunlar da tən bölünüb. 89 sarı vərəqədən 45-i və 9 “qırmızı”dan 6-sı qonaqların payına düşür. Göründüyü kimi, rumıniyalı qonaqlara münasibətdə daha sərt mövqe tutur. Bu üzdən “Qəbələ”nin çılğın futbolçuları mümkün qədər emosiyalarını qorumalı, hakimlə kəskin mübahisə etməməli, sərt mübarizəni kobudluğa çevirməkdən qaçmalıdı. Əks halda, təmsilçimizin ağır səfər oyununda azlıqda qalmaq ehtimalı yüksəkdi. Bu isə heç də xoş sonluq vəd etmir.

Polşalılar yorğunluqdan şikayətlənir
Bakıdakı oyunda “Yagelloniya”nın fiziki cəhətdən daha “diri” olduğunu gördük. Ancaq “Qəbələ”nin bir üstünlüyü var. Çünki iki qarşılaşma arasındakı birhəftəlik intervalı təmsilçimiz məşqlərlə yola verəcək. “Yagelloniya” isə çempionat oyununa çıxıb və ilk tur çərçivəsində baş tutan “Termalika” (1:0) ilə görüşdə güc itirdiyini söyləyə bilərik. Aradakı 4 gündə komandanın toparlanıb-toparlanmayacağını isə iyulun 20-də biləcəyik.
Ancaq qarşı tərəf açıqlamalarında yorğunluqdan şikayətlənib. “Yagelloniya”nın baş məşqçisi İreneuş Mamrot bunları deyib: “Bizim üçün çox çətin oyun oldu. Azərbaycandan qayıtdıqdan sonra hazırlıq üçün vaxtımız olmadı. Futbolçularda yorğunluq hiss olunurdu. “Qəbələ” ilə çətin səfər qarşılaşmasından cəmi iki gün sonra yenidən meydanda olduq. Buna baxmayaraq, qalib gələ bildik. Üç gündən bir oyun keçiririk. Bu da öz təsirini göstərir. Qısa zaman kəsiyində eyni heyətlə mübarizə aparmaq çox çətindi. Təəssüf ki, zədəli futbolçularımız da var. Onlar sıraya dönsə, işimiz asanlaşacaq. Ancaq bizə qoşulmaları üçün müəyyən vaxta ehtiyac var. Bütün bunları nəzərə alsaq, “Qəbələ” ilə oyun çətin keçəcək”.
Bakıda hesabı açan Taras Romançuku da fikirlərini bölüşüb. Rəqibin kapitanını dinləyək: “Yorucu Azərbaycan səfərindən sonra çətin qarşılaşma oldu. Buna baxmayaraq, Belostoka qalibiyyətlə dönməyi bacardıq. Avrokuboklarda çox oyunda iştirak etmirik. Bu üzdən beynəlxalq arenadakı hər matçın qiymətini bilməliyik. Avroliqada yaxşı çıxış etmək üçün bütün gücümüzü meydanda qoymalıyıq. İndi diqqətimizi ayın 20-də “Qəbələ”yə qarşı keçirəcəyimiz qarşılaşmaya yönəltmişik. Avropa Liqasına qələbələrlə başladıq. Ardından Azərbaycan səfərindən sərfəli nəticə ilə döndük və üstəlik, ölkə çempionatında uğurlu start götürdük. Bu ənənənin davamını gətirmək istəyirik”.

Yunanlar cəsus rolunda
“Yagelloniya” – “Qəbələ” oyununu bu duelin qalibiylə 3-cü təsnifat mərhələsində qarşılaşacaq “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis və köməkçisi Kristofer Kola da tribunadan izləyəcək. Onlar yeni rəqiblə bağlı öz qeydlərini götürəcək, güclü və zəif tərəfləri aşkarlamağa çalışacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar