19 iy 19:14aktual

Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü

Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü
“Neymarla çay süfrəsi arxasında əyləşmək cəmi 3 media mənsubuna qismət oldu”

Ötən həftə “Barselona”nın hücumçusu Neymarın şərəfinə adlanan “Neymar Junior Five” turnirinin final mərhələsi baş tutub. Turnir Neymarın vətəni Praya-Qrandidə yerləşən "Instituto Projeto Neymar Jr" stadionunda reallaşıb. Yarışı işıqlandırmaq üçün dünyadan 150-dən çox jurnalist qeydiyyatdan keçib. Onlardan biri də azərbaycanlı olub - həmkarımız Sənan Şəfizadə.
Qərara aldıq ki, ATV-nin əməkdaşı ilə danışıb, Braziliya səfərinin təfərrüatını öyrənək. Onun sözlərinə görə, turnir yüksək səviyyədə təşkil olunub: “Bu çox məşhur turnirdi. Bu ilin martında Azərbaycan mərhələsi da baş tutmuşdu. Braziliyada isə final gerçəkləşdi. Yəni həlledici mərhələ Neymarın doğulduğu Praya-Qrandidə baş tutdu. Azərbaycanda keçirilən zaman mən “Neymar Junior Five” turnirinin Təşkilat Komitəsinin üzvləri ilə yaxından tanış idim. Bakıda keçirilən yarışın işıqlandırılması yönündə işlər görürdüm. Yəni yazışmalarda iştirak edirdim, reportajlar göndərirdim. Bir sözlə, bu turnirin təşkilatçıları ilə sıx əlaqə qurdum. Bütün səfər xərclərimi “Neymar Junior Five” turnirinin Təşkilat Komitəsi qarşıladı. Üstəlik, turnirin Bakı mərhələsinin əsas sponsorlarından olan “Red Bull”a təşəkkürlər düşür. Çünki mənim səfərimdə onların da əməyi oldu. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Özümüzü dünya, Avropa və ya Çempionlar Liqasının hansısa matçına getmiş kimi hiss edirdik. Bizi hava limanında qarşılayıb, otelə apardılar. Futbolçuları da eyni şəkildə. Üstəlik, komandaların hamısına formalar verildi, xatirə şəkilləri çəkdirildi. “Neymar Junior Five” turnirinin saytı 8 dildə fəaliyyət göstərir, onlayn formada işləyirdi. Yəni hər şey ən yüksək səviyyədə idi. Peşəkarlığa söz ola bilməz. Sadəcə, məəttəl qaldım. Bilirsiz, belə turnirlər zamanı media olaraq qeydiyyatdan keçmək asan deyil. Orda BBC, CNN, “Reuters” kimi telekanalların əməkdaşları var idi. Təşkilatçılar beynəlxalq agentliklərlə əlaqə saxlayıb, mənim iş fəaliyyətimlə maraqlanmışdılar. Bu da çox mühüm rol oynadı”. Həmkarımız deyir ki, turnirə 53 komanda qatılmışdı: “Hər ölkədən biri olmaqla 53 komanda turnirə qatılmışdı. Hər qrupda 6 komanda mübarizə aparırdı. Yalnız bir qrupda 5 komanda yer almışdı. Finalda Rumıniya ilə İngiltərə oynadı. Hamı gözləyirdi ki, ingilislər qalib gələcək. Amma rumınlar taktika işlədib, qalib oldular və Neymarın komandasına qarşı oynamaq şansı qazandılar. Azərbaycan isə Anqolaya uduzub, 1/16 finalda mübarizəni dayandırdı. Rumıniya komandası Neymarın komandası ilə 2 dəfə oynadı. İlk oyunda rumınlar 2:0 öndə idilər, amma rəqib ardıcıl 5 qol vurdu. İkinci oyunda da Rumıniya 2:1 qalib gəldi. Neymarın komandası məhəllə uşaqlarından təşkil olunmuşdu. Rumıniya qələbə qolunu vuranda özü də rəqibi alqışladı və meydandakı yerini başqa oyunçuya verdi. Həm də oyunlarda qonaq kimi gələn həmyerlisi, hazırda “Mançester Siti”də oynayan gənc ulduz Qabriel Xesus və veteran futbolçu Cibril Sisse də iştirak etdi. Braziliyada böyük futbol küçədən başlayır. Bu turnir də küçə futbolunun inkişafı üçün nəzərdə tutulub”.
Şəfizadə bildirdi ki, Neymardan müsahibə də ala bilib: “Səfərə getməkdə əsas məqsədlərimdən biri də elə Neymarla görüşmək idi. Bəli, getdim, onu da görə bildim. Final ərəfəsində braziliyalı helikopterlə həmin stadiona gəldi. Özü də tək deyildi. Neymarın atası və yaxın qohumları da ordaydı. Həmin həftə Neymarın Yaponya və Çində də tədbirləri var idi. Buna baxmayaraq, o öz adı ilə bağlı yaradılmış turnirə qatıldı. Çox sadə oğlandı. Bütün media üçün müsahibə almaq şansı yaradılmışdı. Neymarla çay süfrəsi arxasında əyləşmək cəmi 3 media mənsubuna qismət oldu. Biri də mən oldum. Digərləri isə CNN və “Euronews”un əməkdaşları idi. Qalan jurnalistlər üçün ayrıca konfrans təşkil olundu. Onların hərəsinə iki sual ünvanlanmaq şansı verildi. Müsahibəni yaxın günlərdə “feysbuk” səhifəmdə yerləşdirəcəm. Müsahibələrdən sonra mükafatlandırma mərasimi oldu. Qalibləri Neymar özü şəxsən mükafatlandırdı”.
Həmkarımız Braziliyaya səfər zamanı Pelenin muzeyində də olub: “Səfər zamanı yalnız futbola baxmadıq. Təbii ki, gedib gəzdik. Çox əla yerlərdi. Orda həm də Pelenin ev muzeyində olduq. Bütün eksponatlarla tanış olduq. Sadəcə, fantastika idi. Muzey 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının başlamasına 3 gün qalmış açılıb. Ümumiyyətlə, San Pauluya gedən hər kəs həmin muzeyə baş çəkir”.
ŞƏFİ ŞƏFİYEV
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar