18 iy 02:38aktual

Millimizdə yeni braziliyalı

Millimizdə yeni braziliyalı
Alesio iyulun 23-də Bakıya gələcək
Bu yaxınlarda yenidən “Araz”ın və millimizin “sükanı arxasına” keçən Joze Alesio da Silvanın Bakıya gəlişi yubanır. Braziliyalı mütəxəssisin ölkəmizə dünən gələcəyi gözlənilirdi. Ancaq onun gəlişi bu bazara qədər təxirə salınıb. “Araz”ın düşərgəsindən verilən bilgiyə görə, Alesio iyulun 23-də düşərgəyə təşrif buyuracaq. Əslində isə komandanın təlim-məşq toplanışı ayın 20-də start götürəcək. Braziliyalı gələnə qədər məşqlərə köməkçi-məşqçi Ağakərim Həsənov rəhbərlik edəcək. Təlim-məşq toplanışının ilk həftəsi legionerlərsiz keçəcək. Belə ki, komandanın “milliləşdirilən” braziliyalıları hazırlığa ayın 26-dan qoşulacaqlar.
“Araz”a 3 yeni legioner qoşulacaq ki, onlardan biri haqda bilgi vermişdik. Alesionun ilk transferi həmyerlisi Valelyadı ki, 1992 təvəllüdlü futzalçı hücum xəttini gücləndirməlidi. Tam adı Valela dos Santos olan braziliyalı Avropada legioner həyatı yaşayıb. Belə ki, onun sonuncu klubu Latviya "Nikars"ı olub. Digər transferlərin adı hələlik rəsmən açıqlamasa da, artıq onların kimliyini də öyrənmişik. Naxçıvan təmsilçisinin, dolayısı ilə millinin ikinci legioneri müdafiəçidi. Tam adı Bastos Nasimento Qabriel olan, qısaca Biel kimi tanınan cənubi amerikalı Valelya ilə müqayisədə daha tanınmışdı. 27 yaşlı futzalçı ölkəsinin milli liqasında (MFL) çıxış edib. Sonuncu klubu isə “Kopaqril” olub ki, Biel Rondon şəhərini təmsil edən komandanı iyunun 23-də tərk edib. Həmin gün “Ney Braqa” salonunda “Atlantiko” ilə baş tutan qarşılaşmanın iştirakçısı olan müdafiəçi sonuncu dəfə meydana çıxdığı oyunda 4:1 hesablı qələbəyə sevinib.
Bielin “Kopaqril”dən ayrılması ilə bağlı xəbər Braziliya klubunun rəsmi saytında da təsdiqlənib: “Komandamızın əsas üzvlərindən olan Qabriel Nasimento Bastos rəsmi olaraq elan edib ki, karyerasını “Kopaqril”də davam etdirməyəcək. O, Azərbaycanın “Araz” klubu ilə müqavilə imzalayandan sonra məşqçilər heyətinə və rəhbərliyə məlumat verib. Qeyd edək ki, futzalçı 2015-ci ildən komandamızın şərəfini qoruyurdu. O, öz oyunu ilə azarkeşlərin rəğbətini qazana bilib. Qabriel 77 nömrəli forma ilə 2015-ci ildə Paraniense kubokunu qazanıb, 2016-da milli liqada 3-cü yeri tutaraq, bürünc mükafata sahib çıxıb”.
Klubun saytında həmçinin futbolçunun fikirləri, belə desək, vida açıqlaması yerləşdirilib: “Mənim üçün çox böyük təcrübə oldu. Burda uğurlu-uğursuz günlər keçirdim. “Kopaqril”də iki məşqçiylə işlədim və hər ikisindən çox şey öyrəndim. Burda keçirdiyim 3 il ərzində öz oyun keyfiyyətlərimi artırdım. Eyni zamanda, heyətdəki yerimi qorumaq üçün çox güclü futzalçılarla rəqabət apardım. Bu da mənim karyerama müsbət təsir göstərdi”.
Biel vida çıxışında ona göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib: “Azarkeşlərimiz haqda danışmağa söz tapmıram. Həmişə onların dəstəyini hiss etmişəm. Eləcə də komandamın texniki heyət üzvlərinin. Mənim üçün vidalaşmaq asan deyil. Seçimim komandanı pis vəziyyətdə qoyub getmək kimi anlaşılmasın. Bu, işimizin bir hissəsidi. Oyunçuların karyerasını bu gün bir, sabah digər klubda davam etdirməsi normal qarşılanmalıdı. Mən də karyeramla bağlı yeni çağırışa səs verməyə, Avropaya getməyə qərar vermişəm. “Kopaqril”i və Rondon şəhərini heç vaxt unutmayacam. Burda həmişə özümü sanki evdəki kimi hiss etmişəm. Ona görə bu şəhər və komanda ilə həmişəlik vidalaşmıram və “hələlik” deyirəm. Burdan ayrılandan sonra bir müddət ailəmlə vaxt keçirəcək, istirahət edəcəm və gələn ay Azərbaycana yola düşəcəm”.
“Araz”a keçən və böyük ehtimalla “milliləşdiriləcək” “sambaçı”nın “Kopaqril”də 27 oyun keçirdiyini, müdafiəçi olmasına rəğmən, 7 qola imza atdığını da əlavə edək.
Rusiyada legioner həyatı yaşayan həmyerlilərimizin axtarışına çıxan federasiya, nəhayət, istəyinə çatıb. Xatırladaq ki, ilk danışıqlar uğursuz alınmışdı. KPRF-də top qovan Ruslan Qurbanov Futzal Federasiyasının “Araz”da və millidə oynamaq təklifindən imtina etmişdi. O, imtinasını belə izah etmişdi: “Qardaşım bu il ali məktəbə qəbul olunub. Moskva universitetlərinin birində oxuyacaq. Buna görə onu orda tək qoya bilmərəm. Çünki valideynlərim Rusiyada yaşamırlar, Azərbaycandadılar”.
Yığmanın Rusiya superliqası təcrübəsi olan gənc futzalçıyla güclənmək planı, nəhayət, baş tutub. Əldə etdiyimiz bilgiyə görə, rəhbərlik “Tümen”də çıxış edən Ramil Quliyevlə anlaşıb. 1997 təvəllüdlü futzalçı Rusiya klubunun əvəzedicilərinin üzvüdü. Onunla rəsmi müqavilə imzalanmayıb. Ramil ayın 19-da Bakıya gələcək və bir müddət məşqlərdə iştirak edib Alesionun rəğbətini qazanmağa çalışacaq. Bir sözlə, 20 yaşlı futzalçı baxışa dəvət olunub.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Dünən, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Dünən, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Dünən, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Dünən, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Dünən, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Dünən, 11:34 Mövsümün ən məhsuldar həftəsi Dünən, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar