17 iy 23:19aktual

“Zirə” – “Astra” matçı üçün 6400 bilet

“Zirə” – “Astra” matçı üçün 6400 bilet
Elman Himayətoğlu: “Qarşı tərəfdən bizə jurnalist və azarkeşlərlə bağlı müraciət olmayıb”

Avroliqada mübarizə aparan “Zirə” artıq ikinci təsnifat mərhələsinin cavab matçına hazırlaşır. İlk mərhələdə Lüksemburqun “Differdanj” klubunu iki oyunun nəticəsinə görə 4:1 (2:0, 2:1) hesabı ilə məğlub edən təmsilçimiz ikinci raundda daha ciddi komandaya rəqib olub. Qəsəbə klubu növbəti mərhələyə vəsiqə uğrunda Rumıniya “Astra”sı ilə yarışır. Ötən cümə axşamı səfərdə baş tutan ilk qarşılaşmada “qartallar” rəqibinə 1:3 hesabı ilə uduzaraq, mərhələ adlamaq şanslarını nəzərəçarpan dərəcədə azaltdı. Amma bu hələ tamam demək deyil. Qarşıda cavab matçı var və hər şeyə Bakıda aydınlıq gələcək. “Astra” nə qədər ciddi rəqib olsa da, futbol ictimaiyyəti, “Zirə”nin məşqçilər korpusu və azarkeşlər komandanın rəqibin qapısından 2 cavabsız top keçirəcəyinə, mərhələ adlayacağına inanır. Təki olsun. “Ümid sonda ölür” deyirlər.
“Zirə”nin cavab qarşılaşması ərəfəsində planları ilə maraqlanmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxladıq. O, Rumıniya təmsilçisinin Bakıya çərşənbə axşamı gələcəyini bildirdi: “Astra”nın öz planları var. İlkin məlumatlara görə, qonaqlar ikinci gün səhər saatlarında Bakıda olacaqlar. Rəqib komanda “Hyatt Regency” otelində məskunlaşacaq. Oyundan sonra isə vətənlərinə qayıdacaqlar”.
Elman bəyin sözlərinə görə, 6400-dən çox bilet satışa çıxarılacaq: “Oyuna maraq böyükdü. Biz bunu sosial şəbəkələrdən də görürük. Biletlərimiz artıq hazırdı. Sabah (bu gün) satışa çıxarılacaq. Ümumi sayı isə 6400 olacaq. Qiymətlər əvvəlkindən fərqlənmir. Adi sektorlar üçün 1, 2, 3, 5 manat, VİP-yerlər üçün isə 30 manatdı. Biletlər Zirə Olimpiya Kompleksinin, “Dalğa Arena”nın kassalarında, şəhərdə isə “Azfar”ın stadionlarında satışda olacaq. O cümlədən Qala, Türkan və Pirallahı qəsəbələrində də bilet satışı təşkil edəcəyik. Çünki “Zirə” qəsəbə klubudu. Əsas azarkeş kütləsi də Bakı kəndlərindən olacaq”.
Himayətoğlu deyir ki, hələlik “Astra” rəhbərliyi Bakıya qonaq jurnalistlər və azarkeşlərin gələcəyi ilə bağlı kluba müraciət etməyib: “Qarşı tərəfdən bizə jurnalist və azarkeşlərlə bağlı müraciət olmayıb. Hələ vaxta var. Çox güman ki, kimsə gələcək. Biz onları yüksək səviyyədə qəbul etməyə hazırıq. Heç bir problem yoxdu”.
Klub rəsmisi komandaların baş məşqçilərinin oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərin vaxtlarının dəqiqləşmədiyini də söylədi: “Bu haqda danışıq gedir. Biz “Astra”dan cavab gözləyirik. Vaxtı özümüzdən təyin edə bilmərik. Onların məşqinin və mətbuat konfransının vaxtı dəqiqləşən kimi, biz də özümüzkünü açıqlayacağıq. Əsas üstünlüyü qonaqlara verəcəyik. Biz də onlardan bunu xahiş etmişdik, sağ olsunlar, müsbət cavablamışdılar. Mətbuat konfransları və məşqlərlə bağlı klubun rəsmi saytında məlumat yerləşdiriləcək”.
Yeri gəlmişkən, “Astra” dünən ilk çempionat oyununa çıxıb. Evdə “Sepsi”ni sınağa çəkən rəqib Markinyosun 50-ci dəqiqədə vurduğu qol sayəsində 3 xala sevinib.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar