16 iy 19:23aktual

Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir

Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir
“Futbolçular çox güc sərf etdiklərindən əsəbləşməyə başladılar”

Ardınca media nümayəndələrinin önünə “Qəbələ”nin çaışdırıcısı Roman Qriqorçuk çıxdı. O, yetirmələrinin ilk dəqiqələrdən lazımsız top itkilərinə yol verdiklərini gizlətmədi: “Hər şey nə yaxşı, nə də pis alındı. Başa düşürük ki, asan deyil. Rəqib güclü komandadı. Yaxşı təşkilatlanıblar. İntizamlı futbol oynayırlar. İlk dəqiqələrdən oyuna nəzarət etmək istəsək də, bu bizdə alınmadı. Əksinə, oyunun əvvəlində daha çox top itkisinə yol verdik. Ancaq sonradan uşaqlar nəzarəti ələ aldılar”.
- Bu gün inamsız təsir bağışlamağınız nədən qaynaqlanırdı?
- Təkrar edirəm, rəqib intizamlı komandadı. Onlarda hər şey qaydasındadı. Onlar heyətlərinin özəyini qoruya biliblər. Üstəlik, artıq bir mərhələ adlayıblar. Qarşılaşma gözlədiyimiz kimi keçdi. Bizə nəzarəti ələ almaq lazım idi. Ancaq bunu bacarmadıq. Ardıcıl top itkilərinə yol verirdik. Futbolçular çox güc sərf etdiklərindən əsəbləşməyə başladılar.
- İlqar Qurbanov əvəzlənməzdən əvvəl özünü sanki meydandan kənarda hiss edirdi. Yəni topa qaçmırdı. Həmin epizodda bəxt sayəsində qol buraxmadıq. Onun bu qeyri-peşəkar hərəkətini necə dəyərləndirirsiz?
- Bu barədə İlqarla danışmamışam. Amma İlqar əvəzlənməsini istəyirdi. Ancaq dəyişiklik üçün hazırlıq lazımdı. Artıq onun yerinə oyunçu da hazırlamışdıq. Bəlkə də onun qıcolması tutmuşdu. Bu haqda özü ilə söhbət edərəm.
- “Qəbələ”nin fiziki cəhətdən çatdırmadığını əvvəldən də görürdük. Bu nə ilə əlaqədardı, komadada fiziki hazırlıq üzrə məşqçi yoxdu?
- Fikirləşirsiz ki, bundan əvvəl də belə hal olub? Sizinlə mübahisə etməyəcəm. Amma məncə, düz fikirləşmirsiz. Düşüncələrinizə hörmətlə yanaşıram. Biz həmişə fiziki cəhətdən güclü olmuşuq.
- Cavab matçına necə hazırlaşmağı düşünürsünüz?
- Çalışacağıq bugünkündən daha yaxşı oynayaq. Ümid edirəm ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyik. Futbolçular daha yaxşı formada olacaqlar. Bu gün hər iki komandanın qol vurmaq şansları oldu. Hər şey qaydasındadı.
- Araz Abdullayev bu gün harda idi?
- Arazın adı bu gün “18-liy”ə salınmamışdı.
- Müdafiənin sol cinahında problem hiss olunurdu. Ürfan Abbasovun yerinə həmin mövqeyə alternativiniz varmı?
- Düzdü, bu gün yaxşı olmayan oyun vəziyyətləri oldu. Ancaq konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Kim daha hazırlıqlıdısa, o da meydana çıxır. Növbəti qarşılaşmada da ən yaxşılar meydana çıxacaq. Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidi. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar