16 iy 15:17aktual

“İmarət” Daxili İşlər Nazirliyinə müraciət etdi

“İmarət” Daxili İşlər Nazirliyinə müraciət etdi
Elnur Quliyev: “İmarət”in hansısa üzvü xarici kəşfiyyata işləyirsə, bunu aydınlaşdırsınlar”

Çərşənbə axşamı Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutan “Qarabağ” – “Samtredia” matçı təmsilçimizin parlaq qələbəsi (5:0) ilə yanaşı, xoşagəlməz olayla da yadda qaldı. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmadan öncə Ağdam klubunu dəstəkləyən “İmarət” azad azarkeş qrupu bir neçə gün əvvəl erməni hərbçiləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra ilə pankart hazırlamışdı. Lakin polis əməkdaşları pankartı stadiona buraxmamış, buna görə də “İmarət”in üzvləri matçı boykot etmişdi. Təbii ki, polis əməkdaşlarının həmin pankartda siyasi motiv olduğu üçün bu cür addım atması gözlənilən idi. Amma paknart tribunada açılsaydı belə, UEFA ən pis halda “Qarabağ”a cərimə kəsəcəkdi. Yəni klub ziyana düşəcəkdi. Amma bu ziyanın daha çox xeyri olacağı dəqiq idi. Çünki ən azı erməni vəhşiliyini həm oyunu televiziya qarşısında izləyən minlərlə tamaşaçı, həm də arenaya toplaşan azarkeşlər görəcəkdi. Pankart oyun zamanı açılsaydı, indi, demək olar ki, bütün dünyanın diqqəti həmin şəkildə olacaqdı. Nədənsə, bizim polislərimiz ya bunu düşünməyib, ya da ümumiyyətlə, istəməyib. Çox maraqlı situasiyadı. İnsan hətta şərh bildirməkdə çətinlik çəkir.
Bu bir yana, Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama da verib. DİN-in mətbuat xidmətinin şöbə rəisi İlham Babayev müsavat.com portalına bildirib ki, həmin adamlar faciədən öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərən ünsürlərdi. Hətta azarkeşlər Azərbaycanı istəməyən bəzi xarici kəşfiyyat orqanlarının həbsdə olan nökərlərinin azadlığa buraxılmasını tələb edən siyasi məzmun daşıyan şüarlar da səsləndirəcəkmiş. DİN rəsmisi bundan sonra da bu cür halların qarşısını alacağını bildirib. Görürsüz, vətəni, torpağı, xalqı sevmək, dünyanı ədalətdən xəbərdar etmək istəyi nə qədər çətindi? Həmin azarkeşlər sadə insanlar olublar. İnanmıram ki, onların arasında kimsə vətən xaini olsun. Əminliklə söyləmək olar ki, bu belə deyil.
Məsələ ilə bağlı “İmarət” azarkeş qrupunun rəhbəri Elnur Quliyevlə danışdıq. O, DİN-in açıqlamasını anlaşılmazlıq kimi qiymətləndirdi: “Bəli, həmin açıqlamanı oxumuşuq. Onu azarkeş qrupunun idarə heyətində müzakirə etmişik. Məlum oldu ki, anlaşılmazlıq olub. Bəli, bəzi azarkeşlər bir müddət öncə həbs olunmuş AXCP üzvü Gözəl Bayramlı ilə bağlı pankart keçirmək istəyiblər. Həmin şəkil də bizdə var. Yəni həmin adamlar bizim azarkeş qrupunun üzvləri olmayıblar. Lakin özlərini fanklub üzvləri kimi təqdim ediblər. Biz bununla bağlı DİN rəhbərliyinə müraciət etmişik ki, anlaşılmazlıq aradan qaldırılsın. Belə bir hal varsa ki, “İmarət”in hansısa üzvü xarici kəşfiyyata işləyirsə, bunu aydınlaşdırsınlar, məlumat versinlər. Onu dərhal azarkeş qrupundan uzaqlaşdıracağıq. İndi DİN-dən cavab gözləyirik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar