14 iy 15:03aktual

“Pole çudes”in fenomeni “Qarabağ”ın oyununu izlədi

“Pole çudes”in fenomeni “Qarabağ”ın oyununu izlədi
Futbolu sevirəm, ancaq heç kimə azarkeşlik etmirəm”

“Qarabağ” – “Samtredia” oyununu izləyənlər arasında xeyli tanınmış sima vardı. Onlardan biri tanınmış rusiyalı teleaparıcı, aktyor, ssenarist, yazıçı, hamının “Pole çudes”dən tanıdığı Leonid Yakuboviç idi. Yakuboviç ölkəmizə "Qarabağ"ın baş sponsoru olan “Azərsun Holdinq”in milli markası “Azərçay”ın dəstəyi ilə səfər edib. Bildirək ki, “Azərçay” artıq 6 aydan çoxdu “Pole çudes” verilişinin sponsorudu. İşgüzar səfər çərçivəsində paytaxtımızda olan Yakuboviç fürsətdən istifadə edib “Qarabağ” - “Samtredia” matçını tribunadan izlədi. Matç başlar-başlamaz bir neçə həmkarımızla Yakuboviçə yaxınlaşıb söhbətləşməyə də macal tapdıq.
- Azərbaycana xoş gəlmisiz. Sizi səmimi qəlbdən salamlayırıq. Belə məşhur simanı Bakıda, özü də Çempionlar Liqasındakı təmsilçimizin oyununda stadionda görmək bizim üçün xoş sürpriz oldu. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Özümü burda evdəki kimi hiss edirəm. Azərbaycana ilk dəfə gələndə Bakının “Şən və Hazırcavablar Klubu” vardı. Biz onlarla yarışırdıq. Onda komandanıza Yuli Qusman kapitanlıq edirdi. Buna görə bu şəhərlə çoxlu xoş görüşüm olub.
- Sonuncu dəfə nə vaxt Bakıda olmusuz?
- Səhv etmirəmsə, 2 il əvvəl.
- Nəsə dəyişiklik var?
- Möhtəşəm bulvar, fenomenal binalarınız var. Yaxşı mənada həsəd aparıram. Ümumiyyətlə, ətrafda hər şey əsrarəngizdi. Zövqlə yaradılıb, çox xoşuma gəlir.
- Bəs "Qarabağ" haqda nə deyə bilərsiz?
- Məsələ ondadı ki, mən azarkeş deyiləm. Futbolu sevirəm, ancaq heç kimə azarkeşlik etmirəm.
- Belə demək olar ki, Azərbaycanda, Bakıda ilk dəfə futbol matçındasız...
- Bəli.
- Tofiq Bəhramov adına Respublika stadionu böyük tarixə malikdi, hələ SSRİ dövründə Vladimir Leninin adını daşıyıb. Bu haqda nə deyə bilərsiz?
- Tam fərqli təəssüratdı. Televizorda bir cürdü, burda isə tam başqa ab-havadı.
- Keçmiş postsovet məkanı təmsilçiləri Azərbaycanla Gürcüstan klublarının qarşılaşmasını izləməyə gəlmisiz. Kimə azarkeşlik edirsiz?
- Futbola. Bu baxımlı idman növüdü. İstərdik ki, incəsənət olsun. Mən gözəlliyi, peşəkarlığı sevirəm. İstəyirəm ki, oyun tribunalarda əyləşənlər üçün əla olsun. Daha futbol matçı pul qazanmaq və stadionda qaçmaq olmasın. Bura çoxlu insan gəlib ki, futbol izləsin, sevinsin, azarkeşlik etsin. Buna səbəb olmalıdı. Baxın, futbolçular əla oyun sərgiləyir.
- Aparıcısı olduğunuz "Pole çudes"in "Azərçay"la əməkdaşlığı haqda nə deyə bilərsiz?
- Mən heç vaxt reklamla məşğul olmazdım. Ümumiyyətlə, bunu nadir hallarda edirəm, bu məsələdə sərtəm. Çünki təbliğ etdiyim şeyin məsuliyyəti mənim üzərimə düşür. Yalnız çay içirəm, başqa heç nə. Özü də çaydan çox yaxşı başım çıxır. Burda istehsal edilən çaydan daddım, həmin dəqiqədən ailəmdə hamı yalnız "Azərçay" içir. Bunu hamıya deyirəm. Hər dəfə deyirəm ki, dostlar, bu o çay deyil ki, içirsiz. "Azərçay"ı için, onda başa düşəcəksiz ki, çay nədi. Möhtəşəm dad, ətir. Bu, sevgiylə hazırlanan məhsul kateqoriyasıdı. Bilirsiz, kulinariyada bir resept var, bunu nə vaxtsa özüm üçün müəyyənləşdirmişəm – məhsulu böyük sevgiylə hazırlamaq. Başqa resept yoxdu. İstənilən resept yaza bilərəm. Ancaq bunu sevgiylə etmirsənsə, səndə alınmayacaq. "Azərçay"ı istehsal edənlər də bunu belə sevgiylə hazırlayırlar. Afərin!
- Gələcəkdə də "Azərçay"la əməkdaşlıq etmək istərdiz?
- Əlbəttə. Buna şübhəniz olmasın. Çünki xoşuma gəlir. İnanılmazdı. Yəqin ki, gözlərimdən oxunur. Gözlər isə yalan deyə bilmir.
- Azərbaycan mədəniyyətinin postsovet məkanında təbliğində "Azərçay"ın rolu nə dərəcədədi?
- Belə demək olmaz. Yaxşı edilən şey millətin qürur mənbəyidi. Bu adət-ənənə saxlanılırsa, millətə hörmətə söykənir. Hörmət sevgi yaradır. Başqa cür olmur. Sevgi uzun müddətli şeydi. Çay içmək ənənədi. Əvvəlki vaxtlarda dağlarda yaşayan qocalar pis çay verilsəydi, bundan narazı qalardılar. Həmin insan daha onlara heç vaxt çay gətirməzdi. "Azərçay"ı istehsal edənlər evə, ailəyə, uşaqlara, qocalara hörməti təbliğ edirlər. Bax, bu xoşuma gəlir.
- Azərbaycana, futbolumuza, "Qarabağ"a və "Azərçay"a arzularınız...
- Yalnız bir şeyi arzulaya bilərəm - sülh. Ən qorxulu, ölümcül xəstəlik müharibədi. Sülh olsun, siz özünüzə yaxşı, gözəl həyat qurun. Təki sülh olsun. Bunu bütün xalq başa düşür, qərar rəhbərə məxsusdu. Hazırki prezidentinizin (İlham Əliyev) atası ilə tanış idim. Heydər Əliyev çox dəyərli şəxsiyyət idi. Onunla 3 saatlıq söhbət həyatım boyunca yadımda qaldı. Sadəcə, fenomenal şəxsiyyət! Hazırki prezidentlə də qısamüddətlik tanış oldum. Allah ona ömür versin ki, atasının yolunu davam etdirsin. Çünki atası dahi insan idi. Bunu ona görə demirəm ki, burda anadan olub, böyüyüb. Yox, tarixdən 10, praktikadan 5 adam deyə bilərəm ki, belə dövlət başçıları olub. Başa düşürsüz, Çörçill, De Qol, Ruzvelt kimi insan idi. Böyük tarixi şəxsiyyət, siyasi xadim idi. Mən onunla keçirdiyim dəqiqələrə görə xoşbəxtəm.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar