12 iy 16:42aktual

Elxan Məmmədov “Qarabağ”ın sayılmayan qolunu yada saldı

Elxan Məmmədov “Qarabağ”ın sayılmayan qolunu yada saldı
“Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var”

AFFA-nın baş katibi Elxan Məmmədov son günlər müzakirələrə səbəb olan videotəkrarla bağlı mövqeyini ortaya qoyub. FİFA tərəfindən ilk dəfə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda sınaqdan keçirilən yenilik haqda Elxan bəy bunları qeyd edib.
Son günlər dünya futbolunda daha çox diqqət mərkəzinə düşən məsələlərdən biri Konfederasiyalar Kubokunda videotəkrarların test olaraq tətbiqidi. Texnoloji yeniliklərin futbola sirayət etdiyini nəzərə alaraq, mövzu ilə bağlı fikirlərimi bölüşmək qərarına gəldim.
Konfederasiyalar Kuboku zamanı azarkeşlər futbolu yeni baxış bucağından görə bildilər. Bu rakurs videotəkrarların tətbiqi ilə bağlıdı. Hələ 30 il əvvəl mətbuat, futbol mütəxəssisləri və başqaları videotəkrarlarla bağlı danışsalar da, funksionerlər bu yeniliyə münasibətdə bir qədər məsafəli davranırdılar. Bunun bir neçə səbəbi var idi. İlk növbədə funksionerlər futboldakı dinamik intriqa və emosiyaların itiriləcəyindən çəkinirdilər. Eyni zamanda, o dövrdə texniki tərəqqinin indiki kimi yüksək səviyyəyə çatmamasını, həmçinin texnoloğiyaların futbolda tətbiqinin istənilməməsini qeyd etmək olar.
Lakin budu, İFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) VAR-ın (videotəkrarlar) pilot layihə kimi tətbiqi barədə qərar qəbul etdi. Əvvəlcə bu sistemin necə çalışdığına baxaq:
A. Komandaların videotəkrar tələb etməyə ixtiyarı yoxdu. Yalnız qarşılaşmanın baş hakimi mübahisəli epizodu aydınlaşdırmaq məqsədilə oyunu dayandırmaq və videoassistentlərdən videoyazıya baxmağı xahiş etmək hüququna malikdi. Həmçinin videoassistentlərin oyunun taleyinə təsir edə biləcək hər hansı epizodla bağlı (penalti, meydandan kənarlaşdırma, oyunçuların dəyişik salınması və nəhayət, qol) oyunu dayandırmaq təklifini irəli sürmək səlahiyyəti var. Yekun qərarı oyunun baş hakimi verir. O qərarında əmindisə və köməkçilərinə inanırsa, videotəkrar sistemi tətbiq olunmur.
B. Konfederasiyalar Kubokunda şahidi olduğumuz daha bir məqam var. Hadisədən bir neçə saniyə sonra referi oyunu dayandırır və videotəkrar sisteminin işə qoşulması qərarını verirdi. Bu o deməkdi ki, ayrıca otaqda ekran qarşısında əyləşən videoassistentlər həmin fasilənin yaranmasını istəyiblər. Bu halda baş hakim jestləri ekran və ya kvadratı xatırladan işarə verməlidi ki, oyunu izləyənlər yaranmış fasilənin səbəbini anlasınlar. Əksər hallarda bu cür fasilələr ofsaydın olub-olmaması, topun ələ dəyib-dəyməməsi və qayda pozuntusunun olub-olmaması ilə bağlı məqamların aydınlaşdırılması üçün yaranır.
C. Referinin meydanın kənarında quraşdırılmış monitora baxmaq hüququ var. Yeri gəlmişkən, Konfederasiyalar Kuboku zamanı biz hakimin epizodu bir daha dəyərləndirmək məqsədilə meydanın kənarındakı monitora baxmasının bir neçə dəfə şahidi olduq.
VAR pilot layihəsinin testi zamanı videoassistent funksiyasını yalnız hazırda fəaliyyətini davam etdirən, eləcə də sabiq hakimlər yerinə yetirə bilər. Videotəkrarlarla bağlı ayrıca mütəxəssislər olmadığı üçün videoassistentlər mütləq qaydada təkrar hazırlıq prosesinə cəlb olunurlar.
Videoyazını çox geriyə çəkməyə icazə verilmir. Hakimlər yalnız sonuncu epizodu izləmək hüququna malikdi.
Bugünlərdə oxudum ki, layihənin testi ABŞ, Avstraliya, Braziliya, Almaniya, Portuqaliya və Hollandiyada davam etdiriləcək.
İtaliya A seriyası da bütün avadanlıqların operativ şəkildə quraşdırılması və 2017/18 mövsümünün startından etibarən videotəkrar pilot layihəsinin tətbiqi barədə qərar verib.
İngiltərə premyer-liqasında videotəkrarlara 2018-ci ilin yayından etibarən baxılacaq. Təbii ki, 2018-də keçiriləcək dünya çempionatı da bu baxımdan istisna olmayacaq.
Bundesliqada artıq maraqlı statistika dərc olunub. Ötən mövsümün ilk yarısında hakimlər 59 ciddi səhvə yol veriblər ki, videotəkrarlar tətbiq olunacağı halda, bu yanlış qərarların 45-ni düzəltmək olardı.
Bizim Hakimlər Komitəsinə də səhvlərin statistikasını və videotəkrar sistemini öyrənməyi tövsiyə edirəm. Testlərin nəticəsi növbəti il təhlil olunmalıdı. Yekun qərar 2019-cu ildə qəbul olunacaq. Hakimlərimiz hazır olmalıdı.
Əminəm ki, Azərbaycan futbol ictimaiyyətində təbii olaraq belə bir sual ortaya çıxacaq ki, niyə premyer-liqada VAR sistemi test olaraq tətbiq edilməsin?!Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var. Sözün açığı, bu sistemə mən də skeptik münasibət bəsləyirdim, lakin Konfederasiyalar Kubokundan sonra testin davam etdirilməsinə rasional yanaşıram. Konfederasiyalar Kuboku onu göstərdi ki, videotəkrar sisteminin tətbiqi ilə də futbol öz dramatikliyini və emosionallığını qoruyub saxladı və əlbəttə, bu sistem sayəsində daha da şəffaf olacaq. Videotəkrarlar proqramının rəhbəri Devid Ellereyin bir sitatını xatırlatmaq istərdim: “Əsas məqsədimiz budu ki, futbolda daha Anrinin əllə qoluna və “Tanrının əli”nə rast gəlməyək”. Bu sıraya “Qarabağ”ın Milan “İnter”inə vurduğu qolu da əlavə edərdim...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar