12 iy 16:25aktual

Qurban Qurbanova gürcü jurnalistdən gözlənilməz hədiyyə

Qurban Qurbanova gürcü jurnalistdən gözlənilməz hədiyyə
“Komandadan istədiyim oyunu bu gün tələb etməyim düzgün deyil”

Bu gün “Qarabağ” avrokuboklarda yeni mövsümə start verir. Ağdamlılar Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia”nı qəbul edəcək. Dünən hər iki komandanın baş məşqçiləri oyunöncəsi mətbuat konfransına çıxdı. Öncə media nümayəndələrinin suallarını meydan sahiblərinin çalışdırıcısı Qurban Qurbanov cavabladı. Təcrübəli çalışdırıcının mətbuat konfransı “Azərsun Arena”da gerçəkləşdi. O hər kəsi salamladı və oyunla bağlı qısa danışdı: “Sizi uzun müddət sonra yenidən görməyimə şadam. Hamımız üçün uğurlu olsun. Oyuna gəlincə, çox vacib matça hazırlaşırıq. Bəzi problemlərimiz var. Bunu yaxşı dərk edirik. Lakin sabahkı oyuna köklənmişik”.
- Yeni transferlər sabah start heyətində meydana çıxacaqmı?
- Yox. Hələ tezdi. Onlar sabah start heyətində oynamayacaqlar.
- Riçard Almeyda meydana çıxacaqmı?
- Almeydanın iştirakı sual altındadı. Çox güman, yox.
- Yoldaşlıq oyunlarındakı məğlubiyyətlərdən sonra psixoloji cəhətdən komandanı hazırlaya bilmisizmi?
- Komandamız təcrübəli futbolçulardan qurulub. Belə hallarla çox üzləşmişik. Ümid edirəm ki, sabah oyun vaxtı səhvlərimizin sayı az olacaq.
- Sabahkı oyuna tam hazırsız?
- Tam hazır deməzdim. Komandadan istədiyim oyunu bu gün tələb etməyim düzgün deyil. Amma toplanışdan bəri çox dəyişiklik olub. Düşünürəm ki, Bakıda olduğumuz müddət pis alınmadı.
- Dani Kintananın durumu necədi?
- O hələ bizimlə məşq etmir.
- Bu “Samtredia” ilə “Qəbələ”nin qarşılaşdığı “Samtredia” arasında nə kimi fərqlər var?
- Tam fərqlidi. Bugünkü “Samtredia” ilə həmin vaxtkı komandanı müqayisə etmək düzgün deyil. Futbol gündən-günə dəyişir. Tam fərqli “Samtredia” görürük. Bu il oyun sistemlərində üç dəfə dəyişiklik ediblər. Bu onu göstərir ki, hər an fərqli sistemlə oynaya bilərlər.
- “Transfer pəncərəsi” sizin üçün bağlanıb? Bəzi məlumatlar gəzir ki, növbəti mərhələyə adlasaz, daha bir neçə oyunçu ala bilərsiz.
- Transferin mərhələ adlamaqla əlaqəsi yoxdu. Transfer etmək elə də asan deyil. Bəlkə də bu il ən çox futbolçunun videoyazısına baxdığımız il oldu. Təəssüf ki, hər oyunçunu almaq olmur. Transfer məsələsi getdikcə çətinləşir. İstədiyimiz futbolçuları 5 gündən və ya 1 aydan sonra da ala bilərik.
- Son məlumatlara görə, 9 mindən çox bilet satılmışdı. Sizcə, azarkeşlərin oyuna marağı necədi?
- Azarkeşlərin arasında olmamışam. Amma bir şeyi dəqiq deyə bilərəm ki, bizim oyunlarla maraqlanırlar. Kimin imkanı var, stadionda olacaq, olmayan da bizimlə olacaq, qələbəmizi arzulayacaq.
- Sabah heyətlə bağlı problem olmayacaq?
- Təəssüf ki, heyətlə bağlı hər zaman problem olur. Futbolun qaydası belədi. Bəzən hansısa futbolçu hazırlıqsız, bəzən də zədəli olur. Bunu aradan qaldırmağa çalışırıq. Hər bir futbolçu barədə düşünürük ki, kim nə qədər meydanda olsa, komandaya faydalı olar?
- Hazırlıq dönəmində nəticə önəmli olmasa da, 4 yoxlama görüşündəki məğlubiyyət sizə necə təsir göstərdi?
- Əslində hər bir nəticə bizim üçün önəmlidi. Məğlub olmuşuqsa, deməli, nəyisə səhv etmişəm. Mən sizdən daha çox narahatam. Bu belə də olmalıdı. Niyə belə arxayınam? Toplanışda buraxdığımız səhvləri tez aradan qaldırmaq mümkündü. Həmin texniki, epizodik səhvləri ilboyu edirik və onların qarşısını alırıq. Sadəcə, yoxlama görüşlərində daha çox özünü büruzə verdi. Düşünürəm ki, həmin səhvlər bu dəfə təkrarlanmayacaq.
- Gürcüstan komandaları, adətən, hücumameyilli oynayırlar və müdafiədə səhvlər edirlər. Bunun üzərində çalışmısız?
- Bu elə bir turnirdi ki, bütün komandalar daha az səhv etməyə çalışırlar. İnanmıram ki, çempionatda gördüyümüz “Samtredia”nı görəcəyik. Əksinə, daha güclü rəqiblə üz-üzə gələcəyik.
- Avroliqadakı komandalarımızı izləmisizmi? “Qəbələ”, “İnter” və “Zirə”nin şanslarını necə dəyərləndirirsiz?
- Həm “İnter”in, həm də “Zirə”nin oyunlarını izləmişəm. Çox yaxşı təsir bağışlayıblar. Komandalarımızın avrokuboklardakı uğurlu çıxışı indiki məqamda bizim üçün olduqca vacibdi. Onlara, o cümlədən “Qəbələ”yə uğurlar arzulayıram. “Qəbələ” 2-ci mərhələdən başlayacaq ki, bu da böyük üstünlükdü. Bu qələbələrlə azarkeşləri stadionlara cəlb edə bilərik.
Mətbuat konfransının gedişində maraqlı hadisə də yaşandı. Belə ki, Bakıda səfərdə olan Gürcüstanın georgiaonline.ge saytının əməkdaşı Tengiz Paçkoriya Qurban bəyi Azərbaycan dilində salamlayaraq, ona hədiyyə təqdim etdi. Maraqlıdı ki, jurnalist 45 yaşlı mütəxəssisə şərab uzatdı. Bundan əlavə, badə və qələm hədiyyə etdi. Lakin şərabı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov aldı.
Əcnəbi jurnalistə təşəkkür edən Qurban Qurbanov inanclı insan olduğunu və şərab içmədiyini bildirdi. Üstəlik, ona Gürcüstana hədiyyə gətirəcəyinə də söz verdi.
Ardınca isə “Qarabağ”ın açıq məşqi başladı. Köməkçi meydanda baş tutan 15 dəqiqəlik məşq zamanı futbolçular ancaq kiçik fiziki hazırlıq hərəkətləri etdi. Komandanın kapitanı Rəşad Sadıqov isə kollektivdən ayrı maneələri dəf edə-edə qaçmaqla məşğul idi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar