12 iy 19:20aktual

“Qarabağ”ın fanatları ilk döyüşə hazırdı

“Qarabağ”ın fanatları ilk döyüşə hazırdı
“İmarət” Tiflisə getmək üçün avtobus sifariş edib

Ölkə çempionu “Qarabağ” bu gün cari avrokubok mövsümündə ilk oyuna çıxır. Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən Qurban Qurbanovun komandasının bu yolda ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia”dı.
Ötən həftədən satışa çıxarılan biletlərə tələbatdan belə qənaətə gəlmək olar ki, həmişəki kimi “köhlən atlar”ın oyununda tribunalarda anşlaq olacaq. Azarkeşlər bu dəfə də “Avropa fatehi”ni dəstəksiz qoymayacaq. Heç kimə sirr deyil ki, tribunalara gələn tərəfdar da iki qrupa bölünür. Bir var sadə azarkeş, bir də var fanatlar. Birinci qrupa aid olan şəxslər əsasən 90 dəqiqəni sakit tərzdə izləyir, yalnız dəstək verdiyi komanda fərqlənəndə emosiyalarını büruzə verir, qol sevincini səs-küylə qeyd edirlər. Fanatlar isə bütün matçboyu dayanmadan sevimlilərini irəli səsləyir, şəninə təzahüratlar səsləndirir, müxtəlif pankartlar qaldırmaqla futbolçuları qələbəyə ruhlandırırlar. Məhz fanklub üzvləri isti-soyuq bilmədən, yağışda, qarda könül verdikləri komandanın yanında olurlar. Azərbaycan klubları arasında ən çox fanatı olanlardan biri, bəlkə də birincisi elə “Qarabağ”dı. “İmarət”, “Qarabağ ordusu”, “Qarabağ boys”, “Qarabağ ledis” kimi fanklublar istər çempionat, istərsə də beynəlxaq matçlarda “köhlən atlar”ı yalqız buraxmırlar.
Bəs görəsən, “Samtredia” ilə oyunda ağdamlı fanatlar nə ilə yadda qalacaqlar? Gürcüstan çempionu ilə oyunda tribunalarda hansı maraqlı mənzərəyə şahidlik edəcəyik? Bu suallara aydınlıq gətirmək üçün fanklublarla əlaqə saxladıq. Öncə “İmarət”in rəhbəri Elnur Quliyevlə danışdıq: “İmarət”çilər həmişəki kimi bu oyunda da 2-ci sektorda yerini tutacaq. Təxminən 600-ə yaxın fanklub üzvü “Qarabağ”a dəstək verəcək. Əslində biz Bakıdakı matça çox diqqət ayırmaq istəmirdik. Bütün fikrimizi bir həftə sonra Gürcüstanda keçiriləcək cavab görüşünə yönəltmişdik. Bildiyiniz kimi, qonşu ölkədə xeyli erməni yaşayır və buna görə də komandanı orda tək qoymaq istəmirik. Onu da qeyd edim ki, artıq Tiflisə yollanmaq istəyən 50 azarkeş bizə müraciət edib, avtobusu da danışmışıq. Ola bilsin, gələn həftəyə qədər sıralarımız bir qədər də genişləndi. Bu məsələdə klub rəhbərliyi bizə kömək etməyə hazır olduğunu bildirib. Lakin fanklubun İdarə Heyəti bütün xərcləri öz üzərinə götürüb. Ancaq son günlər cəbhədə yaşananlar, körpə Zəhranın ölümü bizi vadar etdi ki, sabah (bu gün) baş tutacaq qarşılaşmaya da önəm verək. İndidən bütün kartları açmaq istəmirəm. Lakin fikrimiz var ki, hansısa formada erməni faşizmini dünya ictimaiyyətinə çatdıraq. Bu yöndə müəyyən fikirlər var və çalışacağıq düşündüklərimizi həyata keçirək”.
“Qarabağ ordusu”nun rəhbəri Elvin Süleymanov da fanklub üzvlərinin “Tofiq Bəhramov”da olacağını bildirdi: “Qarabağ ordusu” 650 nəfərlə komandaya dəstək olacaq. Artıq biletlərimiz də hazırdı. Komanda avrokuboklarda bu yay ilk oyuna çıxdığından ona güclü dəstək lazımdı. Fanklub üzvləri matça ciddi hazırlaşır. Müxtəlif pankartlar hazırlamışıq, yeni-yeni şüarlar düşünmüşük. Allah qoysa, stadionda hamısını görüb-eşidəcəksiz. Fikirmiz var idi ki, Füzuli rayonunun Alxanlı kəndində düşmən gülləsinə tuş gələn iki yaşlı Zəhra üçün də pankart hazırlayaq. Ancaq fikirləşdik ki, onsuz da həmin pankartı açmağa imkan verməyəcəklər. UEFA bu cür məsələlərə xüsusi önəm verir. Bu üzdən Zəhra balanın xatirəsinə şüarlar səsləndirməyi planlaşdırmışıq”.
“Qarabağ boys” fanklubu isə 500 nəfərlə “köhlən atlar”a dəstək verəcək. Bu haqda bilgini fanklubun rəhbəri Ramiz Bayramovdan aldıq: “Biz 2-ci sektorda yer alacağıq. Düzdü, hələ biletləri götürməmişəm. Sabah (bu gün) biletləri əldə edib paylayacağıq. Müxtəlif plakatlar hazırlamışıq. Əsas gücümüzü ötən həftə cəbhə bölgəsində dünyasını dəyişən iki yaşlı Zəhraya aid olan pankartlara yönəltmişik. Başqa şüarlarımız da olacaq. Bir sözlə, bacardığımızı ən yaxşı formada nümayiş etdirməyə çalışacağıq. Gələn həftə Tiflisdə keçiriləcək cavab görüşünə də yollanmağı planlaşdırırq. İndidən səfərə neçə nəfərin çıxacağını deyə bilmərəm. Hər şey qarşıdakı günlərdə məlum olacaq. Klub tərəfindən azarkeşlərə Gürcüstan paytaxtına getmək üçün nəqliyyat vasitəsi ayrılmasa belə, səfərə öz hesabımıza getmək fikrimiz var”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar