12 iy 16:14aktual

“Zirə” Rumıniya yığmasının bazasında məskunlaşıb

“Zirə” Rumıniya yığmasının bazasında məskunlaşıb
Rəşad Sadiqov: “Nə qədər futbolçuları getsə də, “Astra” elə “Astra”dı”

“Zirə” artıq Rumıniyadadı. Kollektiv növbəti oyuna köklənib və hər kəs “Astra” ilə oyunun başlama saatını gözləyir. Lüksemburqda “Differdanj”ı məğlub edən təmsilçimiz eyni uğura Rumıniyada da imza ata bilər. Hər halda, rəqibin əvvəlki xoş günlərindən uzaq düşməsi belə düşünməyə əsas verir. “Zirə” hər nə qədər beynəlxalq təcrübə baxımından korluq çəksə də, mübarizlik və əzmkarlıq sonda sözünü deyə bilər. Ən vacibi, kollektivin qələbəyə, ən pis halda heç-heçəyə inanmasıdı. Həmin kollektivin ən stajlı üzvü isə Rəşad Sadiqovdu. Belə məqamda 34 yaşlı futbolçunu sorğu-suala çəkmək maraqlı deyilmi?
- Lüksemburqdan Belçikaya yollanmışdız. Ordan da Rumıniyaya getməliydiz. Bu dəqiqə hardasız?
- Oyundan sonra Lüksemburqda qalıb bir gün dincəldik, həm də bərpa məşqi keçdik. Ordan Belçikaya yollanıb, bir gün də orda qaldıq. Bu gün artıq Rumıniyadayıq, oyuna hazırlaşırıq.
- Yetərincə təcrübəli futbolçusan deyə, neçə-neçə belə səfərlər görmüsən. Matçdan 3-4 gün əvvəl rəqibin təmsil etdiyi ölkəyə yollanıb, orda hazırlıq keçmək risk deyil?
- Burda hansısa risk görmürəm. İndiyə qədər o qədər komanda olub ki, bizimkilərlə oyundan 2-3 gün əvvəl Bakıya gəlib, hazırlıq keçib. Biz burda taktiki gedişlərimizi, planlarımızı məşqdə ortaya qoyan deyilik. Taktiki tapşırıqlar iclasda başa salınır, yollar göstərilir. Məşqlərdə isə əsasən ənənəvi çalışmaları yerinə yetiririk. Hətta kimsə baxsa da, heç nə anlamayacaq. Bir də ki baxmaları mümkün deyi. Hazırda Buxarestdə, yığmaların təlim-məşq bazasında toplaşmışıq. Yığmanın bazasına icazəsiz girmək, gizli çəkiliş etmək mümkün deyil. Mühafizəçilərə lazımi tapşırıqlar verilib. “Zirə”nin əməkdaşları da nəzarət edəcək. Meydançalar bazaya yaxındı, şərait də əladı.
- O cür ağır oyundan sonra Differdanjdan Lüksemburq şəhərinə, ordan Belçikaya, ordan da Rumıniyaya. Yorğunluq olmamış olmaz.
- Qarşılaşmanın ertəsi dincəlmək imkanımız oldu. Həm də Lüksemburqdan Belçikaya məsafə uzaq deyil. Artıq Rumıniyadayıq. Qarşıda 3-4 gün vaxtımız var. Hansısa yorğunluqdan söhbət gedə bilməz. Mövsüm indi başlayıb, nə yorğunluq?! (gülür)
- Viktor İbokoyi komandaya qoşulub? “Astra” ilə görüşdə komandaya kömək edə biləcək gücdədi?
- Viktor bu gün məşqdə iştirak edəcək. Oynayacaq, ya yox – buna baş məşqçi qərar verəcək. Bu haqda nəsə deyə bilmərəm.
- “Astra” ilə bağlı hansı məlumatlara sahibsiz?
- Açığı, bütün diqqətimizi “Differdanj”la oyuna yönəltmişdik. Ona görə də “Astra”dan məlumatsızam. Bu gündən etibarən məşqçilər heyəti apardığı təhlillər əsasında tapşırıqlarını verəcək. Qarşılaşmaya qədər bütün bilgilərə sahib olacağıq.
- Rəqib çətin dövr keçirir. Lanq, Sapunaru, Budesku, Teyşeyra, Seto – bunlar “Astra”nı tərk edən olduqca vacib fiqurlardı. Daha bir neçə nəfər də komandadan ayrılıb. Səncə, bu məqam “Zirə”nin xeyrinə ola bilər?
- Hansısa futbolçular gedibsə, yenilər gəlib. Futbolçuları olmasaydı, dərdyarı. Rumıniya futbolu daim futbolçu yetişdirməklə yadda qalıb, “qab”larında var. Ona görə də ad-sana baxmağın tərəfdarı deyiləm. Yeni gələnlər də özlərini klub rəhbərliyinə, azarkeşlərə, məşqçilərə göstərməyə çalışacaq. Guya biz özümüz “oturuşmuş” komandayıq? Ötən yay “Qəbələ”də köklü dəyişikliklər olanda, bəlkə də rəqiblər bundan rahatlaşmışdı. Lakin zaman göstərdi ki, məsələ heç də adlarla bağlı deyil. Onlardakı dəyişiklikləri sadalayanda “Zirə”dəki yenilərin də sayına baxmalıyıq. Bu məqamın həlledici olduğunu düşünmürəm. Nə qədər futbolçuları getsə də, “Astra” elə “Astra”dı.
- Qarşılaşmanın taleyini nə həll edəcək?
- Çox şey ola bilər. Psixoloji cəhətdən daha hazırlıqlı olan və rəqibini düzgün təhlil edən tərəf uğura sevinəcək. “Astra”dan danışırıqsa, avrokubok təcrübəsi mütləq qeyd olunmalıdı. Biz istək, əzmkarlıq sayəsində nəsə etməyə çalışacağıq. Əsas odu ki, uşaqlarda yüksək motivasiya var.
- Səfərdə “Zirə”ni hansı nəticə qane edəcək? Ya da Rumıniyaya hansı nəticənin dalınca getmisiz?
- Mümkün olsa, qələbə qazanmalıyıq. Ən pis halda qollu heç-heçə. Evdə daha rahat oynamaq üçün səfərdən azı heç-heçə ilə dönməliyik. Əks halda, Bakıda tələskənlik işimizi bir az da çətinə salacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar