12 iy 15:52aktual

"Zirə" “Astra” ilə oyunun yayınlanmasına çalışır

"Zirə" “Astra” ilə oyunun yayınlanmasına çalışır
Yordanesku: “Mərhələ keçməyə qadir komandamız var”

Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində “Astra” ilə qarşılaşacaq “Zirə” iyulun 9-dan Rumıniyadadı. Təmsilçimiz dünən Moqaşayada Rumıniya yığmasının bazasında ilk məşqinə çıxıb. Bugünkü məşq də həmin məkanda baş tutacaq. Sabah isə oyunun keçiriləcəyi “Marin Anastasoviç” arenasında ilk 15 dəqiqəsi açıq olan məşq baş tutacaq. “Astra” – “Zirə” oyunundan bir gün əvvəl hər iki komandanın baş məşqçilərinin mətbuat konfransının və açıq məşqlərinin vaxtı bəlli olub. Media mənsublarının önünə əvvəlcə meydan sahiblərinin baş məşqçisi çıxacaq. Eduard Yordanesku Bakı vaxtı ilə saat 19.30-da sualları cavablayacaq. 20.00-da isə “Astra”nın ilk 15 dəqiqəsi mətbuata açıq məşqi olacaq. Ayxan Abbasov saat 21.00-da media nümayəndələri ilə görüşəcək. Yarımsaat sonra isə “Zirə” oyunöncəsi son məşqini edəcək.
“Astra” – “Zirə” görüşünün təyinatları açıqlanıb. UEFA oyunu Belarusdan olan hakimlər briqadasına həvalə edib. Baş hakim bizə tanış simadı. Sergey Sinkeviç 3 dəfə ölkəmizdə səfərdə olub. Belaruslu referi “Qarabağ”ın 2014/15 mövsümündəki iki matçında iş başında olub. Çempionlar Liqasında “Valletta” ilə Respublika stadionundakı görüşdə baş hakim olan Sinkeviç ağdamlıların 4:0 hesablı qələbəsinə şahidlik edib. O həmin oyunda qonaqlara iki qırmızı vərəqə göstərib. “Qarabağ”ın qrupda “İnter”lə İtaliyadakı matçına da təyinat alan referi həmin görüşdə əlavə köməkçi-hakim kimi qapı arxasında durub və milanlıların qələbəsini görüb – 2:0.
Sinkeviç ötən mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin “Samtredia” üzərində böyükhesablı qələbə qazandığı matçda dördüncü hakim olubsa, iki həftə sonra 2-ci mərhələ çərçivəsində keçirilən “Neftçi” – “Şkendiya” qarşılaşmasında fit çalıb. “Bakcell Arena”da baş tutan oyunda hesab açılmayıb. Bu il 41 yaşını qeyd edəcək referi 2010-cu ildən FİFA hakimidi.
Onu da əlavə edək ki, Rumıniyadakı oyunun hansı telekanaldan yayınlanacağı hələ dəqiqləşməyib. “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu böyük ehtimalla yayının baş tutacağını, kanallarımızla bu yöndə danışıq aparıldığını, ancaq hələ məsələnin dəqiqləşmədiyini bildirdi.
Bu arada Yordanesku ölkəsinin mətbuatına komandasının hazırlığı barədə açıqlama verib: "Zirə" ilə oyuna hazırlaşmağa az vaxtımız oldu. Vacib oyundan əvvəl yoxlama matçı keçirməyimizə şadam. "Snaqov"la matçda 8:0 hesabl qələbə bizim üçün əhəmiyyətli idi. Komandama inanıram. Amma aydın məsələdi ki, bəzi futbolçuların tam hazır olması üçün daha iki-üç həftəyə ehtiyacı var. Komandada çox müsbət məqamlar gördüm. Mərhələ keçməyə qadir komandamız var. Ümid edirəm ki, “Zirə” ilə matçda stadiona çoxlu azarkeş gələcək. Futbolçular belə qarşılaşmalarda dəstək hiss etməlidi".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar