28 dek 13:20aktual, manset

Oyun alğı-satqısı məsələsində yenilik yoxdu

Oyun alğı-satqısı məsələsində yenilik yoxdu
Elvin Əliyev: “Məni çağıran olmayıb, heç kimlə görüşməmişəm”

Sonuna sayılı günlər qalan 2016-cı ildə ölkə futboluna damğa vuran hadisələrdən biri, bəlkə də birincisi oyun alğı-satqısı ilə bağlı İntizam Komitəsinin (İK) qərarı oldu. Belə ki, İK noyabrın 22-də birinci divizionda qarşılaşmaların alğı-satqısında şühəli bildiyi 22 futbolçu, bir inzibatçı və bir hakimi AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırdı. 20 gün davam edən araşdırmadan sonra isə İK qərarında dəyişkilik etdi, 24 nəfərdən 16-na bəraət verdi, siyahıya isə iki nəfərin adı əlavə olundu.
Hazırda aşağı dəstədə oyunları qumara qoymaqda şübhəli bilinənlərin siyahısında 10 nəfər yer alıb. İlk siyahı açıqlanandan bir neçə gün sonra çempionatın təşkilatçısı olan PFL-in prezidenti Ramin Musayev qəzetimizə müsahibəsində bildirmişdi ki, ilin sonuna kimi hər şeyə aydınlıq gələcək. Həmin açıqlamadan bir neçə gün sonra isə AFFA-nın baş katibi Elxan Məmmədv mətbuat nümayəndələrinə prosesin marta kimi uzana biləcəyini çatdırmışdı. İki futbol rəsmisinin fərqli fikirləri heç də yaxşı şeylər vəd eləmir. Bundan əlavə, bu məsələni araşdıran komissiyanın tərkibi də müəyyən söz-söhbətə səbəb olmuş, ciddi narazılıqlar yaratmışdı. Çünki futbol ictimaiyyətinin nümayəndələri Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Haciyev, Şakir Qəribov, Xaqani Məmmədov, Məlik Həsənov və Rəmiş Malıyevin bu problemi lazımınca araşdıracağına inanmır. Çünki insanlar adı çəkilən şəxslərdən bəzilərinin keçmişindən yaxşı xəbərdardı.
Bəs məsələdə yenilik varmı? İş gedirmi? Futbolçuları harasa dəvət edib, söhbət ediblərmi? Bu və başqa sualları şübhəlilər sırasında olan bir neçə oyunçuya ünvanladıq.
İqrar Səmədov, “Şahdağ”ın oyunçusu: “Bəli, bir neçə gün əvvəl AFFA-ya getmişdik. Orda İK üzləri ilə görüşdük. Ağasəlim Mircavadovla söhbət etdik. Ordan-burdan suallar verdilər. Şübhəli epizodlarla bağlı məqamlara toxundular. Bizə həmin kadrları göstərdilər. Başqa bir yenilik yoxdu. Dedilər ki, araşdırmaları davam etdiririk”.
Elvin Əliyev, “Rəvan”ın oyunçusu: “Hələ ki heç bir yenilik yoxdu. Biz də sizin kimi gözləyirik ki, ədalət öz yerini tapar. Bizi yenidən futbola qaytaracaqlarına ümid edirik. Yəqin ki, araşdırma gedir. Məni çağıran olmayıb, heç kimlə görüşməmişəm. Amma demişdilər ki, çağıracağıq, danışacağıq”.
Kamran Lalayev, “Energetik”in oyuçusu: “Mən bir dəfə AFFA-ya getmişəm. Orda hüquqşünas Rəmiş Malıyevlə görüşmüşəm. Demişdilər ki, araşdırırıq. Hələ heç nə xəbər etməyiblər. Araşdırma davam edir. Günahım varsa, cəza almağa hazıram. Ciddi səbəb olmadan məni futboldan uzaqlaşdırsalar, göydən Allah baxır. Artıq futboldan iyrənmişəm. Tək istəyim bu məsələnin tez bitməsi, adımın təmizə çıxmasıdı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar