07 iy 05:24aktual

Rzejniçak bu gün gəlir, Haiti yığmasının üzvü yolüstədi

Rzejniçak bu gün gəlir, Haiti yığmasının üzvü yolüstədi
“Samtredia” ilə oyunun biletləri sabah satışa çıxarılacaq

İyulun 3-də Avstriyadan dönən “Qarabağ” birgünlük istirahətin ardından yenidən bir araya gəldi. Ağdamlılar dünən “Samtredia” ilə oyunun hazırlıqlarına start verdi. Son bir həftədə 5-6 gün ərzində toplanış müddətində “yığdığı yükü boşaltmağa” çalışacaq komanda ÇL-in startına qədər tam hazır olacaq.

“Qarabağ”ın milyonluq transferi: Gerryer
İndi əsas məsələ yeni transferlərin vaxtında düşərgəyə qoşulmasıdı. Yakob Rzejniçakın bu gün Bakıya təşrif buyuracağı gözlənilir. Yeri gəlmişkən, "Qarabağ"la anlaşan polşalı müdafiəçi uzun illər kapitanı olduğu "Legiya"nın bazasına baş çəkib, məşqçi heyəti və futbolçular ilə sağollaşıb. Klubun rəsmi saytının yaydığı xəbər, video və şəkillərdən də görünür ki, təcrübəli müdafiəçi üçün 13 il formasını geydiyi düşərgəni tərk etmək asan olmayıb. Belə ki, o, klubun televiziyasına müsahibə verərkən göz yaşlarını saxlaya bilməyib. Qeyd edək ki, Rzejniçakın "Qarabağ"la ikiillik müqavilə imzalayacağı gözlənilir.
Ağdam klubu daha bir legionerlə anlaşıb. Çempionun hazırda danışıq apardığı əcnəbi “Alanyaspor”da forma geyən Vayld-Donald Gerryerdi. Əslində onun“Qarabağ”a keçidi razılaşdırılıb. Ağdamlılar Haiti yığmasının üzvünün viza məsələsini yoluna qoymağa çalışır. Prosedur belədi ki, qısa müddətdə Bakıdan ikinci ölkəyə (Gürcüstana) getməli olan yarımmüdafiəçinin vizasında Azərbaycana iki giriş qeydi olsun. Qeyd edək ki, 28 yaşlı futbolçu universiallığı ilə seçilir. O həm yarımmüdafiənin, həm müdafiənin cinahında çıxış etməyi bacarır. Gerryer 2016/17 mövsümündə superliqada 24 oyunda meydana çıxıb. Mövsümün əvvəllərində əsas heyət üzvü olsa da, məşqçilər korpusu sonralar nədənsə ona az güvənib. Nəticədə qış fasiləsindən sonra cəmi 11 çempionat matçında şans qazanıb ki, bunun yalnız 3-də start heyətində yer alıb. Mövsümün əvvəllərində “Antalyaspor”, “Trabzonspor” və “Adanaspor”u məyus edən 28 yaşlı yarımmüdafiəçi son qolunu ötən il noyabrın 5-də “Qaziantepspor”un qapısına vurub. Yəni 242 gündü qola həsrət olan Gerryer cəmi 2 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə kubokunda da bir görüşdə 23 dəqiqə meydanda olub.
“Alanyaspor”a gedənə qədər Gerryer “Visla”da forma geyib. O, 2010-cu ildən formasını geydiyi Haiti yığmasında 37 oyuna çıxıb. Yarımmüdafiəçi “Qarabağ”a hardasa 1 milyon manata başa gələcək. Ağdamlılar Gerryerin klubuna 100 min avro transfer haqqı ödəyəcək. Futbolçunun özüylə 2 illik müqavilə imzalanacaq ki, yarımmüdafiəçi hər ili üçün “Qarabağ”dan 250-300 min dollar maaş alacaq. Bu isə o deməkdi ki, bu transferə görə çempion 1 milyon manatdan çox xərcə düşəcək.

Biletlər sabah satışa çıxarılacaq
"Qarabağ" "Samtredia" ilə ilk oyun üçün biletlərin satışa çıxarılacağı tarixi və qiymətləri açıqlayıb. Azarkeşlər iyulun 7-dən etibarən biletləri əldə edə biləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 manat arasında dəyişir. VİP-biletlərin dəyəri isə 30 manat təşkil edir.

Cavab oyunu eyni vaxtda başlayacaq
On gündən artıq vaxt qalmasına baxmayaraq, “Samtredia” ilə cavab görüşünün başlama saatı da bəllidi. İyulun 11-də Bakıda üz-üzə gələcək komandalar ayın 18-də Tiflisdə cavab görüşünə çıxacaqlar. Gürcüstandakı qarşılaşmanın da Bakıdakı kimi saat 21.00-da start götürməsi qərara alınıb. Oyun Boris Payçadze adına “Dinamo” stadionunda keçiriləcək.

Datunaşvili: "Qarabağ”ın çıxışını izləyirik”
Bu arada “Samtredia”nın üzvü Georgi Datunaşvili “Qarabağ”la bağlı növbəti açıqlama verib. Rəqib komandanın kapitanı Qurban Qurbanovun yetirmələrinin Avstriyada baş tutan yoxlama görüşlərindəki uğursuz nəticələrinə toxunub: "Qarabağ”ın çıxışını izləyirik. Yoxlama görüşləri onsuz da hər zaman aldadıcı ola bilər. Məncə, "Qarabağ” yenə də güclü komandadı. Amma biz heç bir komandadan çəkinmirik. "Qarabağ”a hörmətlə yanaşırıq və meydana çıxıb gücümüzü göstərməyə çalışacağıq. İlk görüşün harada olmasının əhəmiyyəti yoxdu. Onsuz da iki dəfə qarşılaşmalıyıq. Biz əvvəlki oyunlarımızdan da yaxşı oynamalıyıq ki, uğurlu nəticə qazana bilək. Amma favorit "Qarabağ"dı".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Dünən, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Dünən, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Dünən, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Dünən, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Dünən, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Dünən, 11:34 Mövsümün ən məhsuldar həftəsi Dünən, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar