07 iy 01:24aktual

İlham Əzizzadə Belarusdakı turnirdən razı qalıb

İlham Əzizzadə Belarusdakı turnirdən razı qalıb
Klublar AFFA-nın çimərlik futbolu ilə bağlı təklifini bəyənib

Məlum olduğu kimi, çimərlik futbolu yığmamız Belarusda turnirə qatılmışdı. “Dostluq kuboku” adlanan yarışda iştirak edən İlham Əzizzadənin yetirmələri 3-cü oldu. Xatırladaq ki, millimizdən başqa turnirdə meydan sahibləri, Türkiyə və Litva da mübarizə aparırdı. Əzizzadənin komandası Türkiyə (1:2) və Belarusa (3:4) uduzdusa, Litvanı məğlub etdi (7:3). Turnirin qalibi isə meydan sahibləri oldu. Qardaş ölkənin yığması 2-ci yeri tutdu, litvalılar yarışı sonuncu pillədə bitirdi.
Qeyd edək ki, milli həftənin ilk günündə vətənə dönüb. Dünən komandanın baş məşqçisi ilə əlaqə saxlayıb, turnir haqda fikirlərini öyrəndik: “Bu dostluq turniri idi. İştirakçı sayı ildən-ilə dəyişə bilir. Ötən il komandada əsas güc 10 nəfərin üzərinə düşmüşdü. İki nəfər isə az şans qazanmışdı. Onu bildirim ki, seçmə mərhələdə 10 nəfərlə oynamağa icazə verirlər. Məhz bu sayda sifariş edirsən. Final mərhələsində isə 12 nəfər oynaya bilər. 10 nəfərlə oynamaq çətindi. Dediyim kimi, keçən il A seriyasında 10 nəfər çox, 2 nəfər isə az oynamışdı. İlkin Hacıyevi nəzərdə tuturam. Əsas heyət üzvlərindən biri hazırda zədəlidi. Əməliyyat olunub, bərpa prosesi keçir. Ola bilər, qarşıdakı toplanışda bizə qoşulsun. Vəziyyətinə baxacağıq. Belarusdakı turnirdə az oynayan 2 oyunçuya daha çox şans yaratdıq. Bundan başqa, komandaya yeni qapıçı cəlb etmişdik. “Qaradağ Lökbatan”ın üzvü Anar Məhərrəmov təxminən bir ay olar ki, komandadadı. Əvvəllər çimərlik futbolunda olmayıb. Qapıçımız Vaqif Şirinbəyovu saxlayıb, ona şans verdik. Keçən il az oynayan Ramin Əliyevlə Emin Quliyevi bütün oyunlarda meydana buraxdıq. Anarı isə ikinci matçda oynatdıq. Hətta kapitan Hikmət Bağırzadəni də saxlamışdıq ki, az şans qazananlar daha çox mübarizə aparsın. İstəyirdim ki, bu uşaqların çətin oyunda necə təsir bağışladıqlarını görüm. Məşqlə oyunu eyni tutmaq olmaz. Qarşılaşmalarda görürsən ki, oyunçular necədi, nəyi dəyişmək lazımdı, nəyi düz, nəyi səhv edirik? Səviyyəli turnir idi. Belarus təxminən 5-6 ildi A seriyasında oynayır. Ötən il Rusiyanı, Portuqaliyanı, Yunanıstanı udub, qrupda birinci yerə çıxmışdı. Çox yaxşı komandadı. Bəzi oyunçuları Rusiya klublarında oynayır. Türkiyə də pis komanda deyildi. Hiss olunur ki, bu il onların A seriyasına çıxmaq şansı var. Belarusla yaxşı oynadıq, mübarizə apardıq. Üç qol vurduq, bir neçə imkanımız oldu. Türkiyə ilə görüşdə isə hesab 1:1 idi. Əlavə vaxtda mərkəzdən başlayanda qol buraxdıq. Türkləri udmalıydıq, ancaq istədiyimiz kimi getmədi. Burda əsas məqsəd birinci yeri tutmaq deyildi. Əsas odu ki, oyunçuların nəyə qadir olduğunu görək, səhvlərimizdən nəticə çıxaraq. Turnir komandaya çox faydalı oldu. Zəif və güclü tərəflərimizi bildik. Tutaq ki, mərkəzdən başlayanda 3 qol buraxdıq. Bu bizim üçün bir siqnal idi. Yaxud da qapıçının ayaqla oynaması üzərində çalışmalıyıq. Həmçinin rəqibə təzyiq lazımdı, gecikmələri aradan qaldırmalıyıq. Lakin yaxşı tərəf o idi ki, standart vəziyyətlərdən qollar vurduq. Bu da məni sevindirir. Kornerlər zamanı düşündüyümüzü reallaşdıra bildik. Futbolçulardan kimin nəyə qadir olduğunu gördük. Ancaq ad çəkmək istəmirəm. Hesab edirəm ki, yoxladığımız 3 oyunçudan birini qazandıq. Qapıçı da pis deyil, ikinci oyunda şans vermişdik. Əslində bu vaxta qədər sınadığımız qapıçıların arasında ən yaxşısıdı. Amma onu gələn il üçün düşünürük. Çimərlik futbolu elədi ki, qapıçının ayaqla oynaması böyük önəm daşıyır. Qolkiper 5-ci oyunçu kimi çıxış etməlidi. Anar bir qədər ayaqla oynamağa hələ tam uyğunlaşmayıb. Ancaq “çərçivə”də yaxşı təsir bağışladı. Ramin Əliyev də pis təsir bağışlamadı, 3 qol vurdu”.
İlham bəy qarşıdakı planlardan da danışdı: “Uşaqları 4-5 günlük istirahətə buraxmışam. İyulun 8-də yığışırıq. Əvvəlcə yüngül məşq olacaq. Ayın 10-dan isə qumda məşqlərə start verəcəyik. Yəqin ki, seçmə mərhələyə qədər toplanış davam edəcək. 15 nəfərlə məşq edəcəyik, ola bilər, əlavə bir-iki nəfər də dəvət edək. Bundan başqa, bu ayın ortalarında AFFA-nın təşəbbüsü ilə klublararası çempionat da başlaya bilər. Elita klublarına assosiasiya tərəfindən müraciət olunub, onlar da bəyənib. Ola bilər, 15-dən sonra klubların çimərlik komandaları yaradılsın və çempionat keçirilsin. Blədə biz oyunçularımızı komandalar arasında paylaşarıq. Plan belədi, təşəbbüs AFFA-nındı. Yəqin ki, klublarda belə komandalar yaradılsa, aşağı yaş qruplarından, əvəzedicilərdən oyunçular cəlb edərlər. İkidövrəli çempionat nəzərdə tutulub”.
Əzizzadə futbolçuların ötən toplanışdakı gündəlik pullarının verildiyini də söylədi: “Sizə əvvəl də dediyim kimi, həmin hazırlıq prosesinin gündəlik pulları Belarusa getməmiş verildi. Hətta səfərə getməmiş rəhbərlik Ramazan bayramı ilə bağlı iyunun maaşının yarısını da verdi. Halbuki iyunun pulunu iyulda almalıydıq. Belarusdakı gündəlik pullarını isə qarşıdakı günlərdə verəcəklər. AFFA-da belə bir problemin olması mümkün deyil”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar