07 iy 01:15aktual

“Slovan” rəhbərliyi Folprextin “Neftçi”yə keçmək arzusunu gözündə qoyub

“Slovan” rəhbərliyi Folprextin “Neftçi”yə keçmək arzusunu gözündə qoyub
“Transfer qiymətim hardasa 100 min avro civarındaydı”

Qış fasiləsində “Neftçi”yə cəlb olunan legionerlərdən biri də Zdenek Folprext idi. 2016/17 Avroliqa mövsümündə qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan”a məxsus futbolçu qısa zamanda nəyə qadir olduğunu göstərdi. Əsas heyətdə yerini möhkəmləndirən çexiyalı yarımmüdafiəçi oyunu ilə azarkeşlərin də etimadını qazanmağı bacardı. Odu ki, baş məşqçi Elxan Abdullayevin israrla sərəncamında görmək istədiyi adlardan biri də Folprext idi. İcarə nüqaviləsi bitəndən sonra “Slovan”la “Neftçi” arasında uzun müddət danışıqlar davam etsə də, ortaq məxrəc əldə olunmadı. Belədə Zdenek karyerasını yenidən Liberets təmsilçisində davam etdirməyi qərara aldı. Tərəflər arasında anlaşma baş tutmasa da, söhbətin dərinliyindən xəbərimiz yoxdu. Ya “Slovan” Folprexti buraxmaq niyyətində olmayıb, ya da “ağ-qaralar”ın şərtləri çexləri razı salmayıb. Başverənləri səbəbkarın özündən yaxşı bilən olmaz. Odu ki, Folprexti arayıb bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
- Hardasan, özünü necə hiss edirsən?
- “Slovan”ın düşərgəsindəyəm, Liberetsdə yeni mövsümə hazırlaşırıq. Özümü necə hiss etməyimə gəlincə, pis deyiləm.
- Düzünü de, Bakıda özünü yaxşı hiss edirdin, yoxsa Liberetsdə?
- Arzum karyeramı “Neftçi”də davam etdirmək və Bakıda olmaq idi. Lakin bəzən hər şey istədiyimiz kimi olmur. Bundan sonra “Slovan”ın uğurları üçün tər tökməliyəm.
- Elxan Abdullayev səni komandada görmək istəsə də, keçidin alınmadı. Nə baş verdi?
- Klublar öz aralarında razılığa gələ bilmədilər. Mənlik bir şey yox idi.
- Orası məlumdu. Hansı məqamda fikir ayrılığı yarandı?
- “Slovan”la 2018-ci ilin yayına qədər müqaviləm var. Mənim istəyimdən asılı olmayaraq, son söz məxsus olduğum klubun idi. Bunun üçün isə “Neftçi” “Slovan”ın tələbləriylə razılaşmalıydı. Açığı, “Neftçi”nin məni alacağını düşünürdüm. Klublar arasında üç-dörd dəfə razılığa cəhd olsa da, sonda nəticəsiz qaldı.
- Fikir ayrılığı nədəydi?
- Təbii ki, pulda. “Neftçi” birdəfəlik transfer hüququma yiyələnmək üçün pul ödəməliydi.
- Söhbət böyük məbləğdən gedir?
- Rəqəm açıqlaya bilməyəcəm. Ancaq az məbləğ də deyildi.
- Məsələn, 200-300 min avro (təxminən 400-600 min manat)?
- Dəqiq rəqəm söyləyə bilməyəcəm.
- Təxmini rəqəm soruşuram. Yəni 200-300 min avro civarındaydı?
- Hardasa 100 min avro (200 min manat) civarında, bəlkə də bir az çox. Bu təkcə “Slovan”a ödənilməli olan pul idi. Bundan əlavə mənim illik maaşım da olmalıydı.
- “Neftçi” nə qədər təklif edirdi?
- Orasını bilmirəm. Mövsüm başa çatandan sonra “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb.
- “Neftçi” səni icarəyə götürə bilməzdi?
- “Neftçi”nin bu istəyi var idi. Sadəcə, mən razılaşmırdım. Çünki “Slovan” qarşıma şərt qoymuşdu. İcarə müqaviləsi imzalayacağım halda, “Slovan”la yenidən uzunmüddətli anlaşmaya qol çəkməliydim. Yəni qarşıma qoyulan şərt bu idi. Belə təklif isə mənə sərf etmirdi. Hər bir halda “Neftçi”yə keçidimdən pul qazanmaq istəyirdilər.
- “Neftçi”yə keçidin üçün vəsaitin müəyyən hissəsini öz cibindən ödəyə bilməzdin?
- Etmək olardı. Ancaq bunun üçün “Neftçi”dən kiminləsə danışmalıydım. Müqavilənin maliyyə tərəfi və müddətiylə maraqlanmalıydım. Məsələn, illik məvacibim məni qane etsəydi, anlaşmanın müddəti 2-3 ili əhatə etsəydi, hansısa addım atmaq olardı. Özbaşına hərəkət edə bilməzdim axı. “Neftçi”dən mənimlə əlaqə saxlayan olmadı deyə, dediyiniz variant ağlımdan keçmədi. Bu cür qərar qəbul etməyim böyük risk olardı.
- “Slovan”ın prezidenti, yaxud baş məşqçisi ilə söhbətin oldu? “Neftçi”yə yollanmaq istəyində olduğunu onlara dedin?
- Əlbəttə, danışdım. Özlərinə də bildirdim ki, “Neftçi”də oynamaq istəyirəm. Onların cavabı qısa oldu: “Neftçi” də səni istəyirsə, keçidinə görə tələb etdiyimiz pulu ödəsin”. Bu cavabdan sonra deməyə sözüm qalmadı. Çünki deyiləcək söz də yox idi.
- Ürəyi “Neftçi”də, cismi “Slovan”da olan futbolçu onların nəyinə lazımdı?
- Rəhbərliyin və baş məşqçinin peşəkar olmağıma şübhəsi yoxdu. Özləri də bilir ki, meydana çıxdımsa, geydiyim formanın qarşılığını verməyə çalışıram. Bəli, “Neftçi”də hər şey ürəyimcə idi, karyeramı Azərbaycanda davam etdirmək istəyirdim. Lakin sabah meydana “Slovan”ın formasında çıxsam, komandamın uğuru üçün can qoyacam. Klubla müqaviləmin müddəti bir ildən sonra bitəcək. Gələn yay nə olacağını indidən deyə bilmərəm.
- Elxan Abdullayev Zdenek Folprext məsələsinin qapandığını bildirdi.
- Bu gün üçün qapanıb, bunu mən də bilirəm. Mən sizə növbəti yaydan danışıram (gülür).
- Bir ara adın “Qarabağ”la yanaşı hallanırdı. O nə məsələ idi?
- Bu haqda mətbuatdan oxudum. Daha doğrusu, dostlarım xəbər verdi. Ancaq mənimlə əlaqə saxlayan, maraqlanan olmayıb.
- Bəlkə kimlərinsə yanında “Qarabağ”ı tərifləmisən, bu komandada oynamaq istədiyini demisən?
- Məgər hansısa komanda haqda xoş söz söyləmək həmin klubun mənimlə maraqlanması deməkdi? Sabah “Real”ı, yaxud “Barselona”nı tərifləsəm, deməli, adım bu klublarla yanaşı çəkiləcək? “Qarabağ”ın güclü rəqib olduğunu dilə gətirə bilərəm. Amma kiminsə yanında deməmişəm ki, “Qarabağ” məni istəyir. Əsası olmayan şayiə idi.
- 3-5 il sonra kimsə yanında Azərbaycanın, Bakının, “Neftçi”nin adını çəkəndə, nələri xatırlayacaqsan?
- Olduqca mülayim, xoşxasiyyət insanların yaşadığı müasir şəhər, inkişaf etmiş ölkə gələcək gözlərimin önünə. Azərbaycanda və “Neftçi”də mənə göstərilən münasibəti heç vaxt unutmayacam. İndinin özündə də qız dostumla tez-tez Bakı xatirələrini yada salırıq. Legioner həyatı yaşamaq mənim üçün böyük təcrübə oldu. Əlimə fürsət düşsə, ilk imkandaca yenidən Azərbaycana dönəcəm.
- Azərbaycan və Çexiya futbolunu müqayisə edə bilərsən?
- Sizdə daha çox texnikalı futbola üstünlük verilir. Bizdə isə fiziki hazırlıq və taktika ön plandadı. Belə deyim, Azərbaycan futbolunda ağıl, Çexiya futbolunda güc öz sözünü deyir.
- Bəs çempionatların səviyyəsi?
- Fikrimcə, çempionatların səviyyəsi aşağı-yuxarı eynidi. Kənardan Azərbaycan çempionatının zəif olduğunu düşünənlərə orda oynamağı arzulayıram. “Qarabağ”, “Qəbələ”, “İnter”, hətta indiki “Neftçi”nin özü Çexiyanın yüksək dəstəsində çıxış edə, mükafatçı yerlər uğrunda mübarizə apara bilər. Xoşuma gəlməyən yeganə cəhət azarkeşlərin futbola maraq göstərməməsidi. Məsələn, turun ən maraqlı qarşılaşmasında azarkeşlərin sayı 3-4 mini ötmürdü. Ölkənin ən köklü klubu sayılan “Neftçi”nin oyunlarına 1000-1500 azarkeş gəlirdi. Azərbaycanda insanların futbola maraq göstərməməsinin səbəbini öyrənə bilmədim. “Slovan” Çexiyada ortabablardan sayılır. Lakin ev oyunlarımızda tribunalarda azı 5 min azarkeş toplaşır.
- “Slovan” – “Qarabağ” qarşılaşmasını stadionda canlı izləyirdim. Öz aramızdı, tərəfdarların sayı 3 mini ötməzdi.
- Həmin dönəmi yadıma salmayın. Ən pis vaxtlarımız idi. Həm çempionatda, həm də Avroliqada uğursuz nəticələr bir-birini əvəz edirdi. Ona görə də azarkeşlər bizdən incimişdi. “Qarabağ”la oyunda saylarının 3 min olması belə ciddi göstəriciydi.
- Oktyabrın 5-də Azərbaycan millisi Çexiyanı qəbul edəcək. Bakıya gəlmək niyyətin var?
- Böyük sevgiylə gəlmək istəyərdim. Ancaq həmin vaxt Çexiya çempionatı başlayacaq, mən də “Slovan”ın sıralarında olacam. Azərbaycana yollanmağıma icazə verməzlər. Ancaq televizorda mütləq baxacam. Əvvəl Azərbaycan yığmasına rəqib kimi baxırdımsa, bu dəfə dostlarımın və tanıdığım futbolçuların yer aldığı komanda kimi yanaşacam.
- Sonuncu sualı verim, bitirək. Azərbaycan pivəsi dadlıdı, yoxsa çex pivəsi?
- (gülür) Çex pivəsinə çatan yoxdu. Bizim pivə dünyada adla tanınan pivələr sırasındadı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar