05 iy 18:32aktual

“Aqrarkredit”in “İnter”i stadiondan çıxarmaq hüququ yoxdu

“Aqrarkredit”in “İnter”i stadiondan çıxarmaq hüququ yoxdu
Bəxtiyar Ağayev: “Bu proseslə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi məşğul olacaq”

Azərbaycan Beynəlxalq Bankının (ABB) başına son illər ərzində gələnlər ölkədə böyük ajiotaja səbəb oldu. Bankdan sovrulan pulların badına çox adam “ilişdi”. Ən böyük cəzanı isə bankın sədri Cahangir Hacıyev aldı. O, 15 illiyə azadlıqdan məhrum olundu və adına 63 milyon 80 min manat cərimə yazıldı. Bu məbləğ Hacıyevin dönəmində ABB-yə dəyən ziyan olub. ABB-nin iflasa uğraması bu bankdan maliyyələşən iqtisadi, sənayə, tikinti, kənd təsərrüfatı sektorları kimi, futbol sahəsindən də yan keçmədi. Belə ki, uzun illər məhz ABB-nin sponsorluq etdiyi “İnter” ağır maliyyə problemləri ilə üzləşdi, eyni mənbədən “qidalanan” “Simurq” isə fəaliyyətini dayandırdı. Paytaxt klubu ABB-nin törəmə müəssisəsinə çevrildi. Yəni ABB-nin aktivinə.
2015-ci il iyulun 15-də prezident İlham Əliyev ABB ətrafında başverənlərlə bağlı sərəncam imzaladı. Daha doğrusu, bu sərəncam "Aqrarkredit" QSC barədə idi. Belə ki, Maliyyə Nazirliyinə ABB-yə məxsus problemli aktivləri müəyyən etmək və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit"in idarəçiliyinə verilməsi üçün tədbirlər görməsi tapşırılıb. Bu fərmanda nəzərdə tutulmuş aktivlərin "Aqrarkredit" tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin olunur. "Aqrarkredit" tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri ABB-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılmalı və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınmalıydı.
ABB-yə məxsus “İnter”in və həmçinin klubun stadionu “İnter Arena”nın da dövlətə kifayət qədər borcu var. Ötən sayımızda yazdığımız kimi, hazırda “İnter” ətrafında cərəyan edən hadisələr məhz bu borca görədi. ABB klubun sponsorluğundan imtina etdikdən sonra “İnter” AFFA-nın himayəsinə keçdi. Yəni idarəçilik assosiasiyaya tapşırıldı. Amma hazırda AFFA klubun 33 milyon manatlıq borcunu bağlamaq iqtidarında deyil. Nəticədə “Aqrarkredit" stadionu klubun əlindən ala bilər. Ya da QSC-nin arenanı satışa çıxarıb, “yeyilən” pulu dövlət büdcəsinə qaytarmaq imkanı var. Bu halda isə “İnter” stadionsuz qalacaq. Düzdü, hazırda düşünə bilərik ki, “İnter” onsuz da AFFA-ya məxsusdu və rahat “Dalğa Arena”da yerləşdiriləcək. Lakin bunun da xərci az deyil.
Ötən sayımızda “İnter” rəhbərliyinin məsələyə münasibətini öyrənməyə çalışmışdıq. Amma cəhdlərimiz uğursuz alınmışdı. Srağagün olduğu kimi, dünən də paytaxt klubunun rəhbərliyi ilə danışa bilmədik. Ardınca isə “Aqrarkredit"lə əlaqə saxladıq. Görəsən, həqiqətənmi QSC “İnter Arena”ya tam sahib çıxıb? Doğurdanmı “Aqrarkredit"in işçiləri stadiona gedərək, klub əməkdaşlarına arenanı tərk etmələrini məsləhət görüb? Bu suallara cavab tapmaq üçün “Aqrarkredit"in İdarə Heyətinin üzvü Bəxtiyar Ağayevlə danışmağı lazım bildik. Danışmağına danışdıq. Lakin cənab Ağayev onun dediklərini yazmamağı tapşırdı. Özü də bildirdi ki, yazsaq, bizi məhkəməyə verəcək. Biz Bəxtiyar bəyi yaxşı başa düşürük. Ola bilər ki, o məsuliyyəti öz üzərinə götürmək istəmir. Amma biz peşə fəaliyyətimizi yerinə yetiririk və istənilən rəsmidən açıqlama alıb, onu dərc etməyə haqqımız var. Odu ki, Bəxtiyar bəylə söhbətimizi diqqətinizə catdırırıq.
- “Futbol+” qəzetindən Şəfi Şəfiyevdi. “İnter”lə “Aqrarkredit” arasındakı anlaşılmazlığa aydınlıq gətirmək istəyirik. “İnter Arena” sizin balansınızdadı?
- Xeyr. Stadion bizdə deyil. Biz, sadəcə, borcu qəbul etmişik. ABB-nin toksit kreditlərini öz üzərimizə götürmüşük. Bu iş hələ tam yekunlaşmayıb. Yavaş-yavaş iş gedir.
- Yəni yavaş-yavaş pulu götürürsüz.
- Biz pulu götürmürük. Sadəcə, bu haqda cənab prezidentin sərəncamı var. Toksit kreditləri yığırıq. O pul bizim yox, dövlətindi.
- Mətbuatda yazılır ki, siz işçilərinizi “İnter Arena”ya göndərib, klub əməkdaşlarının oranı tərk etməsini istəmisiz.
- Xeyr, belə şey olmayıb. Kim onu deyirsə, şərdi, böhtandı. Bizim heç bir əməkdaşımız “İnter Arena”da olmayıb.
- Sizin klubu stadiondan çıxarmaq hüququnuz varmı?
- Yox. Bizim elə bir hüququmuz yoxdu. Yarananda biz ona müvafiq addımlar atacağıq. Amma bu gün elə hüququmuz yoxdu.
- Belə hüququnuzun olmamasına səbəb nədi?
- Siz niyə bunları soruşursuz ki? Telefonla müsahibə götürürsüz? Sualınız elə alındı ki, sanki hakimsiz, mən də müttəhim.
- Biz məsələnin hüququ tərəflərini öyrənmək istəyirik.
- Bunun üçün məni aramaq lazım deyil. Bir nəfər hüquqşünas çağırın, nə qədər istəyirsiz, ona sual verin. Məndən niyə soruşursuz?
- Qarşı tərəflə danışıqlar gedirmi?
- Heç kimlə danışıq getmir. Biz, sadəcə, toksit kreditlərinin qəbulunu davam etdiririk. Ondan sonra məsələyə baxılacaq ki, bunun nəyi var, nəyi yox. Nəyə görə bu qədər borc üst-üstə yığılıb? Bu pullar hara gedib? Bu prosesdə cinayət əməlləri varmı? Bu proseslə ölkənin Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi məşğul olacaq. Çünki ortada dövlətin pulu batıb. Yalandan suyu bulandırmaq lazım deyil. Dövlətin vəsaiti yerinə qayıtmalıdı. Bu gün dövləti, dövlətçiliyi tutan insanlar harda olmalarından asılı olmayaraq, yalnız buna çalışmalıdı. Kimsə suyu bulandırıb ortadan çıxmaq istəyirsə, bunu heç ağlına da gətirməsin. Onsuz da alınmayacaq.
- Klub AFFA-nın himayəsindədi. Deməli, bu pulu assosiasiya ödəməlidi?
- Bütün bu məsələlər işin texniki tərəfləridi. Klub və ya stadion AFFA-nın himayəsindədi və ya AFFA-nın kimləsə müqaviləsi var və başqa məsələlər. Bunlar o qədər önəmli deyil. Bu borc qayıtmalıdı, balansa oturmalıdı, sonra bu işlər araşdırılacaq. İstənilən halda, bu pul dövlət büdcəsinə qayıtmalıdı. Kimlər əvvəl nələr edibsə, cəzalarını da alıb.
- Ümid edirsiz ki, həmin məbləğ qayıdacaq?
- Qardaş, biz maksimum dərəcədə buna çalışmalıyıq. Bayaq da dedim, dövlət və dövlətçilik vacibdi. Ortada ölkə başçısının sərəncamı var. Biz ona əməl etməliyik. Bütün hüquqi vasitələrdən istifadə olunacaq ki, dövlətin pulu qayıtsın. Heç kim heç kimə haq verməyib ki, dövlət büdcəsini mənimsəsin.
- Bu ajiotaj onunla bağlıdı ki, deyirlər klub “İnter Arena”dan çıxarılacaq.
- Yenə deyirəm, “Aqrarkredit”ə verilən hüquqlar prezidentin sərəncamında göstərilib. Biz ona əməl etməliyik. Biz hansısa əlavə işlərlə məşğul olmuruq. Sərəncamda deyilir ki, toksit kreditlər yığılsın. Bunun üçün müvafiq komissiya yaradılıb. “İnter”in harda olacağı bizim üçün maraqlı deyil. Orda olmayacaq, başqa yerdə olacaq.
- Bir məsələ var ki, AFFA 33 milyonu ödəyib, stadionu özünə saxlaya bilər.
- Deyəsən, siz məndən bunları soruşub, material hazırlamaq istəyirsiz. Biz bir dost kimi söhbət elədik. Məndən telefonla açıqlama almaq lazım deyil. Bu dediklərim mətbuata çıxsa, mən sizi məhkəməyə verəcəm. Birinin üstünə beş qoyub yazırsız. Rəhbərliyiniz sizə nə istəsə, deyə bilər. Söhbətimizin əvvəlində dedim ki, biz hələ toksit kreditləri qəbul etməmişik. Hazırda təhvil-təslim gedir. Siz də mənə başqa suallar verirsiz. Bu məsələlərin mətbuata çıxması hələ çox tezdi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar