Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
05 iy 18:29aktual
“İnter” jurnalistlər və azarkeşlər üçün avtobuslar ayıracaq

5000-ə yaxın bilet satışa çıxarılıb
Avroliqanın birinci təsnifat mərhələsinin “İnter” – “Mladost” oyunu ilə bağlı detallar dəqiqləşib. Hər iki komandanın baş məşqçisi qarşılaşmadan bir gün əvvəl jurnalistlər önünə çıxacaq.
İyulun 5-də “Dalğa Arena”ya əvvəlcə meydan sahibləri ayaq basacaq. Saat 18.30-da baş məşqçi Zaur Svanadzenin mətbuat konfransı təşkil olunacaqsa, bundan yarımsaat sonra komanda məşqə çıxacaq.
“Mladost”un çalışdırıcısı Nenad Milovanoviç isə media önünə saat 20.00-da çıxacaq. Serbiya klubu 20.30-da matçöncəsi son məşqini keçəcək. Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Artıq dünəndən bu qarşılaşmanın biletləri də satışa çıxarılıb. Matçı stadiondan izləmək istəyən azarkeşlər biletləri iki nöqtədən – “İnter Arena” və “Dalğa Arena”dan əldə edə bilərlər. Ümumilikdə 5000-ə yaxın bilet satışa çıxarılıb. Maraqlıdı ki, bütün biletlərin qiyməti eyni, həm də münasibdi. Tərəfdarlar biletləri cəmi 2 manata ala bilərlər.
Klubdan aldığımız məlumata görə, azarkeşlərin “Dalğa Arena”ya getməsi üçün xüsusi avtobuslar da ayrılacaq. O cümlədən oyunu işıqlandırmağa gedəcək media mənsubları da avtobusla Mərdəkana aparılacaq.
Ötən sayımızda oyunu idarə edəcək hakimlərin adlarını da sizlərə təqdim etmişdik. Görüşü ukraynalı hakimlər briqadası idarə edəcək. Baş hakim Nikolay Balakinə həmyerliləri Vladimir Volodin və Aleksandr Korneyko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək. Moldovalı Siriqu Lisniş UEFA nümayəndəsi, polşalı Robert Malek isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena”da keçiriləcək və saat 21.00-da başlayacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk oyunda bakılılar 3:0 hesabıyla qələbə qazanıb.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz