05 iy 18:27aktual

Lüksemburqlu jurnalist oyunun canlı yayınlanmamasının səbəbini dedi

Lüksemburqlu jurnalist oyunun canlı yayınlanmamasının səbəbini dedi
Elvinger: “Omar Ər Rafikin gedişi “Differdanj”a ciddi zərbə oldu”

Cümə axşamı Avroliqada mübarizə aparan təmsilçilərimizdən ikisi cavab oyununa çıxacaq. Serbiyada üç cavabsız qolla qələbə qazanan “İnter”in Bakıda “Mladost”a yerini göstərəcəyi sirr deyil. Həm təcrübə, həm də ilk görüşdə qeydə alınan nəticə paytaxt təmsilçisini ümidləndirir. Müəyyən mənada “Zirə”nin işi çətindi. Düzdü, ilk oyunda 2:0-lıq üstünlük əldə olunub. Lakin rəqibin evdə mübarizə aparacağını nəzərə alsaq, bu hesabdan ehtiyatlanmağa dəyər. Meydan sahibləri erkən qol vursa, “Zirə”nin işi çətin olacaq. Bir sözlə, Lüksemburqdakı matçın gərgin keçəcəyi şübhə doğurmur. Və belə bir oyunun canlı yayınlanmaması acı məqamdı. Yerli telekanallar qarşılaşmanı canlı göstərmədiyindən, bizimkilər matçı efirə daşıya bilməyəcək. Belədə ümid qalır “Zirə”nin “yutub” kanalına.
Lüksemburqlu təcrübəli həmkarımız Dan Elvingerlə söhbətdə həm canlı yayın məsələsinə aydınlıq gətirməyə, həm də bəzi suallara cavab tapmağa çalışdıq.
- “Zirə” rəsmilərindən aldığımız məlumata görə, oyun Lüksemburqda canlı yayınlanmayacaq.
- Elədi.
- Niyə?
- Bu suala telekanal rəhbərliyi daha dolğun cavab verə bilər. Mən sizə eşitdiyimi, bildiyimi deyirəm. Yəqin belə məsləhət görülüb.
- Həmişə belə olub?
- Həmişə deyəndə ki... Bəzən göstərirlər. Bu da nadir hallarda olur. Belə başa düşürəm ki, rəqibin adından və oyunun çəkisindən çox şey asılıdı. Həm də ilk görüşdə qeydə alınan nəticə.
- Yəni “Zirə” ciddi rəqib kimi qəbul olunmur?
- Belə deməyək. Ciddi rəqib olmasaydı, Bakıda 2:0 hesabıyla qələbə qazanmazdılar. Sadəcə, ad söhbəti var. Bildiyimə görə, “Zirə” avrokuboklarda debüt etdi, elədi?
- Bəli.
- Məsələnin kökü budu. Rəqib ad-sana və xüsusi çəkiyə malik olmadığından telekanallar maraq göstərmir. Səmimi danışsaq, ilk görüşdə qeydə alınan nəticədən sonra müəyyən ümidsizlik yaranıb. Məsələn, rəqib hansısa Fransa, Almaniya, İtaliya, ya da Belçika təmsilçisi olsaydı, oyun 100 faiz canlı yayınlanardı. Bunu əminliklə deyirəm.
- Ötən cümə axşamı Lüksemburqda keçirilən “Fola” – “Milsami” matçı da yayınlanmamışdı?
- Xeyr. Sonradan idman verilişlərində kiçik icmallar təqdim olundu. Həm bu oyundan, həm də “Zirə” - “Differdanj” qarşılaşmasından.
- Ölkənizdə idman telekanalı var?
- Sırf idmandan bəhs edən telekanal yoxdu. Burda ən böyük telekanal RTL-di. Yalnız burda idmana geniş yer ayrılır. Futbolla bağlı canlı yayınlar da nadir hallarda baş tutur. Dediyim kimi, həm rəqibin adı cəlbedici olanda, həm də komandamızın növbəti mərhələyə yüksəlmək şansı yüksək olanda.
- İnsanlar narazılıq etmir? Siz jurnalistlər canlı yayın tələb etmirsiz?
- Biz jurnalistlərin işi oyunda yaşananları oxuculara çatdırmaqdı. Bununla bağlı üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq. Telekanal canlı yayın təşkil etmirsə, buna qarışa bilmərik. Müstəqil qurumdu və özlərinin verdiyi qərar var. Sırf idman telekanalı olsa, irad bildirmək olar. İzləyicilərə gəlincə, kimə maraqlıdısa, oyunu stadionda izlməyə üstünlük verir.
- “Zirə” rəhbərliyi istəsə, hansısa şirkətlə anlaşıb oyunun canlı yayınlanmasına nail ola bilər?
- Düzü, televiziya sahəsiylə bağlı geniş məlumatlara sahib deyiləm. Amma indi elə bir dövrdü ki, mümkünsüz heç nə yoxdu. Texnologiyanın inkişaf etdiyi vaxtda hər şey pulun başındadı. Məncə, nəsə etmək olar. Ancaq kənar şirkətlərdən biri ilə müqavilə bağlayıb, sırf bu oyunun yayınına çalışmaq ucuz başa gəlməz. Bir də ki, söhbət Avroliqa qarşılaşmasından gedirsə. Yadıma düşmüşkən, sizə bir söz deyim. Apart-tv.com linki var. Lüksemburq təmsilçilərinin ev oyunlarını çox vaxt internet üzərindən yayınlayırlar. Məncə, onlarla danışmaq, anlaşmaq olar. Ancaq nə qədər mümkün olacağını bilmirəm.
- Futbol ictimaiyyəti oyun haqda nə düşünür?
- Düşünməli bir şey yoxdu. “Differdanj” ilk oyunda qeydə alınan nəticəylə işini çətinə saldı. Rəqib də sıradan komanda deyil. Burda əsas diqqəti müdafiəyə ayırmaqla qol buraxmamağa çalışacaqlar. Təmsilçimiz isə durmadan hücum etməli, qollar vurmalıdı.
- Proqnozun nədi?
- Nəsə demək çətindi. Futboldu, ağlına gəlməyənlər baş verir. Bircə onu deyə bilərəm ki, “Differdanj” üçün mərhələni adlamaq çətin olacaq. Səfərdə ələ düşən imkanlardan birini dəyərləndirmək lazım idi. Ən pis halda oyunun sonlarına yaxın o cür qol buraxmamalıydılar.
- Stadiona nə qədər azarkeş gələcək?
- Məncə, 1000-1500 aralığında. Maksimum 1500 olar.
- İlk oyundakı məğlubiyyətin səbəbləri kimi nələr göstərilir?
- Mərkəz müdafiəçilərinin kobud səhvləri və qol fürsətlərinin qaçırılması. Oyun ərzində “Differdanj”ın 3 real qol imkanı oldu, hamısı da boşa verildi. Bilirsiz, niyə? Çünki Omar Ər Rafik yoxdu artıq. Komandanın yarısı idi. İstənilən vəziyyətdən qol vurmağı bacarırdı. Təsəvvür edin, son 6 mövsümdə “Differdanj”ın heyətində 150-yə yaxın qol vurmuşdu. Mövsüm başa çatan kimi “Düdelanj-91” ilə anlaşdı. Omarın gedişi “Differdanj”a ciddi zərbə oldu. Təsəvvür edin, “Zirə” ilə qarşılaşmada hücumun sivri ucunda yarımmüdafiəçi çıxış edirdi. Halbuki Ər Rafik olsaydı, 3 imkandan ikisi qolla nəticələnərdi. Yəni başlıca problem budu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar