05 iy 15:07aktual

“Zirə” vətəndə son məşqini etdi və getdi

“Zirə” vətəndə son məşqini etdi və getdi
Dünən “Zirə” vətəndə sonuncu məşqə çıxdı. “Qartallar”ı daşıyan təyyarə bu gün erkən saatlarda – 04.00-da Lüksemburqa istiqamət aldı. Əvvəlcədən xəbər verdiyimiz kimi dünənki hazırlıq prosesi “Azərsun Arena”da gerçəkləşdi. Odu ki, komandanın Lüksemburq səfərinə hansı əhval-ruhiyyədə yollandığını görmək üçün Suraxanıdakı stadiona üz tutdum. Məşq saat 18.00-da başlamalıydı. Ancaq...
Qeyd olunan vaxtdan təxminən 10 dəqiqə öncə artıq “Azərsun Arena”da idim. Ötən dəfə “Zirə”nin hazırlıq prosesini izləmək üçün bu arenaya daxil olmaq istəyərkən girişdə bir qədər ləngimişdim. Mühafizəçilər media nümayəndəsini içəri buraxıb-buraxmamaqla bağlı bir neçə yerdən dəqiqləşdirmə aparmış, sonda qapını üzümə açmışdılar. Bu dəfə isə mühafizəçilər bəndənizi tanıyaraq, uzun çək-çevirə ehtiyac duymadılar. Təbii, bu anlayışa görə onlara da təşəkkür düşür.
Məşq prosesi isə bir qədər gec başladı. Səbəb budu ki, hazırlıqdan öncə komandadaxili iclas keçirilib. Toplantının “Differdanj” səfəri ilə bağlı olduğunu təxmin etmək çətin deyil. Hər halda, nəzərdə tutulan vaxtdan təxminən 15 dəqiqə sonra məşq başladı. “Qartallar” bənövşəyi məşq formasında Ayxan Abbasovun və məşqçilər korpusunun göstərişlərini yerinə yetirirdi. Komandada əhval-ruhiyyə qaydasında görünürdü. Heyətdə heç bir zədəlinin olmadığını da qeyd edək. Komandaya bir neçə gün öncə cəlb olunan Yusif Nəbiyev də məqşçilərin sərəncamındaydı. Legionerlərin üz ifadələrindən hansısa narazılıq hiss olunmurdu. Elə yerlilər haqda da eyni sözləri demək olar.
Məşq prosesində xüsusi nələrsə olmadı. Əvvəlcə isinmə hərəkətlərini yerinə yetirən futbolçular bir müddət “kvadrat” oynadı. Daha sonra müxtəlif təmrinlər üzərində işlədilər. Tezliklə uzun və qısa ötürmələr tapşırığı alan oyunçular ara-sıra su fasiləsinə dayanırdı. Havanın yetərincə isti olmasına baxmayaraq, hər kəs verilən tapşırıqları bacardığı qədər yerinə yetirməyə çalışırdı. Təbii, bunun belə olmasında ilk oyunun nəticəsinin də rolu az deyildi. “Dalğa Arena”da reallaşan görüşdə “Differdanj”ı iki cavabsız qolla məğlub edən “Zirə” Lüksemburqa da yüksək əhval-ruhiyyədə yollanır. Bəlkə də ilk görüşdə fərqli nəticə qeydə alınsaydı, “Azərsun Arena”dakı hazırlıq prosesində də fərqli ab-havanın şahidi olardıq...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar