04 iy 01:28aktual

"Zirə" sabah vətəni tərk edir

"Zirə" sabah vətəni tərk edir
"Differdanj"la oyun "yutub" vasitəsilə yayınlanacaq

İyunun 29-da Avroliqada debüt edən "Zirə" qələbə ilə azarkeşlərini sevindirdi. Düzdü, rəqib o qədər də təhlükəli deyildi. Özü də "Differdanj"la qarşılaşmada məhz "qartallar" favorit göstərilirdi. Sadəcə, Lüksemburq təmsilçisinin beynəlxalq oyun təcrübəsinin "Zirə" ilə müqayisədə çox olması rəqibin üstünlüyü sayılırdı. Hər halda, "Dalğa Arena"da baş tutan qarşılaşmada Ayxan Abbasovun komandası inamlı qələbə ilə azarkeşlərini sevindirdi. "Differdanj"la matçda 2 cavabsız qolla qalib gələn qəsəbə təsmilçisi cütün taleyini böyük ölçüdə həll etdi. İyulun 6-da Lüksemburqda keçiriləcək cavab görüşündə "Zirə"nin bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.
Söhbət səfər qarşılaşmasından düşmüşkən, bəzi detalları diqqətinizə çatdıraq. Belə ki, "qartallar" sabah səhər saatlarında Bakını tərk edəcək. Bu gün isə Abbasov komandasına vətəndə sonuncu məşqi keçəcək. Həmin hazırlıq prosesi saat 18.00-da "Azərsun Arena"da gerçəkləşəcək. "Qartallar"ın "Differdanj"la səfər matçında dəstəksiz qalmayacağını da vurğulayaq. Yox, klub özü ilə azarkeş aparmır. Sadəcə, xaricdə yaşayan, oxuyan azərbaycanlıların yaratdığı "Milli dəstə" fanklubu "Zirə"ni irəli səsləyəcək. Artıq qəsəbə təmsilçisinin sözügedən azarkeş qrupunun istəyinə uyğun 50 bilet sifariş etdiyini də xatırladaq.
Azərbaycanlı futbolsevərlər üçün isə sevindirici olmayan bilgini ötən sayımızda diqqətinizə çatdırmışdıq. Belə ki, "Differdanj" - "Zirə" oyununun yayınlanmayacağı söhbət mövzusu idi. Bu komandaların ilk görüşünü ekranlara daşıyan "CBC Sport"dan məsələyə münasibət öyrənməyi lazım bildik. Adı çəkilən telekanalın baş redaktoru Şəmsəddin Abbasov durumu belə izah etdi: "Zirə"nin səfər oyununu yayınlamayacağıq. Çünki həmin oyunu heç kim çəkməyəcək. Belə bir durumda da qarşılaşmanı göstərmək mümkünsüzdü".
Qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu da oyunun hansısa telekanal vasitəsi ilə göstərilməyəcəyini söylədi. Amma Himayətoğlu başqa bir variantın olduğunu da söylədi: "Televiziyada yayın olmayacaq. Lüksemburqda oyunu çəkmirlər. Bu üzdən qarşılaşma göstərilməyəcək. Klubla da danışmışdıq. Onlar bildirmişdi ki, yayın məsələsində maraqlı deyillər. Hələ ilk oyundan öncə qarşı tərəfə demişdik ki, biz burdan sizə kömək edək, siz də cavab görüşündə yardımçı olun. Belə deyim, üzərimizə düşən işi həll etməyə hazır olduğumuzu bildirmişdik. Ancaq onlar dediyim kimi, ümumiyyətlə, bu məsələdə maraqlı olmadılar. "Differdanj"ın oyunlarının yayın hüququna sahib şirkətlə də danışdıq. Lakin onlar da bildirdilər ki, Lüksemburqda həmin qarşılaşmanın yayını maraqlı deyil. Ona görə də görüş televiziya vasitəsilə yayınlanmayacaq. Ancaq əlimizi yanımıza salmamışıq. Çalışacağıq ki, "yutub" kanalında oyunu göstərək. İnşallah, bu yolla matçı göstərəcəyik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar