03 iy 22:26aktual

Elçin Cəfərov maliyyə problemlərinin olduğunu təsdiqlədi

Elçin Cəfərov maliyyə problemlərinin olduğunu təsdiqlədi
Fərid Mansurov: “Federasiya tərəfindən bu işə can yandırsalar, daha yaxşı olar”

Artıq bir neçə gündü Toğrul Əsgərovun Türkmənistan yığmasına keçidi gündəmdədi. Mövzunu diqqət mərkəzində saxlamağımız əbəs deyil. Axı bu hadisə baş versə, Azərbaycan idman tarixində bir ilk olacaq. Çünki indiyədək heç bir olimpiya çempionumuz yığmanı atıb, başqa ölkəni təmsil etməyib. Ağır atlet Nicat Rəhimov Qazaxıstana getdikdən sonra bu uğura imza atıb. Yəni daha öncə millidə böyüklər arasında analoji uğura nail olmamışdı. Etiraf edək ki, hər nə qədər bəzi addımlarıyla vaxtaşırı tənqid hədəfinə çevrilsə də, Əsgərov qeyri-adi, fenomenal idmançıdı. Bəlkə də Olimpiadada bir dəfə təsadüfən uğur qazana bilərsən. Amma ən böyük idman yarışında iki dəfə fəxri kürsüyə qalxırsansa, deməli, sən həqiqətən güclü idmançısan. Hələ ki bu məsələ ilə bağlı nə güləşçi danışıb, nə də Güləş Federasiyası (AGF) rəsmi açıqlama verib. Sanki tərəflər gözləmə mövqeyi tutub.
Dünən əvvəlcə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurovun məsələ ilə bağlı fikirlərini öyrəndik: “Bu haqda onu deyə bilərəm ki, hər halda, federasiya tərəfindən bu işə can yandırsalar, daha yaxşı olar. Çünki Toğrul Əsgərov Avropa və olimpiya çempionudu. Bu adamın zədəsi var. Federasiyada onunla maraqlanan olmur ki, vəziyyətini öyrənsin? Mənə çatan məlumata görə, Əsgərov küskünlüyünü bu şəkildə bildirib. Amma inanıram ki, Toğrul heç yerə gedən deyil. Azərbaycanı qoyub başqa ölkəyə getməz. Elə şey etməz. Sadəcə, manevr edib ki, federasiya onunla maraqlansın. AGF də bunu nəzərə almalıdı”.
AGF-nin vitse-prezidenti Elçin Cəfərov isə bunları dedi: “Toğrulun zədəsi var və onu müalicə etdirməlidi. O, yenə yarışlara qatılacaqsa, əməliyyat olunmalıdı. Əsgərov kimi bir idmançını yetişdirməyə uzun illər və maliyyə sərf olunub. Toğrul bizim olimpiya çempionumuzdu. İki dəfə Olimpiadada fəxri kürsüyə qalxıb. Qəhrəmanlığa layiq idmançıdı. Toğrulun problemi varsa da, bunu bu səviyyədə həll etmirlər. Məsələni bu dərəcədə şişirtməyə ehtiyac yoxdu. Nə olub ki? Baxanda, diqqət, qayğı göstərəndə yaxşı olur, bir az maaşda gecikmə olanda, maliyyə problemi yarananda pis? Bu, düzgün yanaşma deyil. Toğrulun üzərində hamının əziyyəti var. O, güləşimiz üçün önəmli simadı. Əsgərov nə birinci, nə də axırıncı idmançıdı ki, ağır zədə ilə üzləşir. Bütün idmançılar zədə probleminə düçar ola bilər. Şəxsi fikrim belədi ki, əməliyyat olunub, qısa zamanda məşqlərə başlamalıdı. Xırda problemlər, əməkhaqqının gecikməsi hər yerdə olur. Yenə deyirəm, bunu bu dərəcədə şişirtməyi doğru saymıram. Amma hərənin öz fikri var. Mən belə, Toğrul isə fərqli düşünə bilər. Lap ən pis ehtimalı fikirləşək. Əsgərov getsə, necə güləşəcək? Heç 2 illik gözləmə müddətini saymıram. Türkmənistan Azərbaycan deyil ki. Hamı sonadək əvvəlki formada olmur. Toğrula indi cansağlığı lazımdı. İlk növbədə zədəsini müalicə eləsin, qalan məsələlər haqda sonra danışmaq olar. İnsanın sağlamlığı hər şeydən önəmlidi. Ancaq mənə elə gəlir ki, Toğrul karyerasını ölkəmizdə davam etdirəcək, uğurlarımız üçün əlindən gələni edəcək”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar