03 iy 21:08aktual

Kamran Quliyev “Sumqayıt”ın Avroliqaya vəsiqə qazanacağına inanır

Kamran Quliyev “Sumqayıt”ın Avroliqaya vəsiqə qazanacağına inanır
“Komandaya təcrübəli və daha keyfiyyətli oyunçular gəlib”

“Sumqayıt” – “Səbail” oyunu başa çatandan sonra meydan sahiblərinin prezidenti Kamran Quliyevə yaxınlaşıb, rəhbərlik etdiyi komandanın mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyunu ilə bağlı fikirlərini öyrəndik.
- "Sumqayıt" yeni mövsüm ilk oyununa çıxdı və "Səbail"lə 2:2 hesablı bərabərə qaldı. Komandanızın oyununu necə dəyərləndirirsiz?
- Uşaqlar təzyiq altında oynadılar. Gündə iki dəfə məşq edirlər, futbolçularımız istirahətdən sonra yavaş-yavaş özlərinə gəlirlər. Oyundan da göründü ki, komandaya təcrübəli və daha keyfiyyətli oyunçular gəlib. Ancaq ən əsası gənc Səbuhini meydanda gördük. Neçə ildi ki, biz onun və onun kimi başqa istedadlı gənclərimizin yetişməsini gözləyirik. Səmimi deyirəm, məncə, gənc futbolçular özlərini pis göstərmədilər. "Qəbələ"dən gələn Ramil Həsənov da dublla yadda qaldı. İkinci hissədə daha istəkli oyun gördüm. Düzdü, indidən nəsə demək də düz deyil. Ancaq görünür ki, komandaya yeni qoşulanların ustalıq səviyyəsi yüksəkdi.
- Transfer baxımından "Sumqayıt" ən çox transfer edən komandalardandı. Deyəsən, siyasətinizi dəyişib bundan sonra özünü sübut etmiş təcrübəli oyunçularla oynayacaqsız. Premyer-liqadakı hədəf nədi?
- Daha yüksək yerlər uğrunda oynamaq. Keçən il biz avrokubokların biraddımlığındaydıq. Bəlkə bu il daha yaxşı alındı. Görək sonu necə olacaq.
– Belə çıxır ki, bu il prezidenti olduğunuz komanda ən azı dördüncü yer üçün oynayacaq?
- Biz Avropa Liqasına düşəcək gücdəyik. Amma yeni mövsüm başlasın və üç-dörd turdan sonra nəyə qadir olduğumuzu daha yaxşı biləcəyik. Yəni əsas odu, bu gün nəsə görünür.
- Qarşıdakı mövsüm klub üçün avrokuboklar yolunda son şans ola bilər?
- Biz istəyirik ki, "Sumqayıt" avrokuboklarda oynasın. Ancaq başqa komandalar da bunu istəyir.
- Gəlin etiraf edək ki, "Sumqayıt"ın yeddi illik tarixində belə güclü heyət olmayıb...
- Adlara nəzər salsaq, hardasa sizin fikirlərinizlə razıyam. Ancaq gəlin indidən tələsik qərar verməyək. Futbolçu adına görə yox, komandaya verdiyi faydasına görə seçilməlidi. Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyubov, Tural Axundov - bu oyunçular hamısı sabiq klublarında sözlərini deyiblər. Adını sadaladığımız oyunçular Azərbaycan futbolunda özlərini təsdiq ediblər. Ötən il komandaya dəvət olunanlar da özlərini yaxşı tərəfdən göstərib.
- Bu gün meydana çıxanlar arasında iki yeni sima gördük. Əldə etdiymiz məlumata görə, onlardan biri "Zenit"dən baxışa gəlib. O biri də Rusiya futbol məktəbi keçib. Onların sərgilədiyi oyunla bağlı fikrinizi bilmək istərdik.
- Məncə, baxışda olan oyunçuların adlarını çəkmək düzgün deyil. Gəlin, onlara hələ mesaj yollamayaq. Adlarını çəksək, bəlkə arxayınlaşarlar. Öncə özlərini göstərsinlər, sonra onlar haqda ətraflı danışarıq.
- Bəzilərinin fikirincə, bu yay heyətini yetərincə gücləndirən “Sumqayıt”ın büdcəsində artım var. Söylənilənlər düzdü, yoxsa elə ötən mövsüm olduğu kimi 1,5 milyon manat büdcə ilə yola cıxacaqsız?
- Büdcədə heç bir dəyişiklik yoxdu. Komandaya yeni qoşulan futbolçuların maaşları büdcəmizə elə də təsir göstərməyəcək.
- Sizə elə gəlmir ki, Azərbaycan futbolunda maaşları aşağı salan məhz "Sumqayıt" oldu? Yəni məhdud büdcə ilə normal futbol sərgiləməyiniz başqa klublara da təsir etdi.
- Buna "hə" desəm, futbolçular məni istəməyəcəklər. "Yox" da desəm, yalan olacaq. "Sumqayıt"da ümumi vəziyyət elədi ki, komandaya yeni gələn futbolçular 3-4 il əvvəl biz indi təklif etdiyimiz maaşla razılaşmazdılar. Sadəcə, düzgün siyasət, ötən mövsüm "Sumqayıt"ın özünü yaxşı tərəfdən göstərməsi öz sözünü deyir. Ən əsası, bizdə vəziyyət sabitdi. Bu il də çalışacağıq belə olsun. Təbii ki, buna görə klubun sponsoruna da təşəkkür edirik. Qarşıdakı mövsümdə də hər şey sabit olarsa, sonda yaxşı nəticələr qazana bilərik.
- Stadionla bağlı nə planlarınız var? Ola bilər ki, yeni mövsümdə “Mehdi Hüseynzadə”nin xidmətindən yararlanasız?
- Xeyr, qarşıdakı mövsümdə də "Kapital Bank Arena”da oynayacağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar