02 iy 19:09aktual

Emin Süel “Qarabağ”dan ayrılır

Emin Süel “Qarabağ”dan ayrılır
“Klubun uşaq futbolunun inkişafındakı rolum qarşıdakı illərdə ortaya çıxacaq”

Emin Süel “Qarabağ”dan gedir. Əslində Ağdam klubunun aşağı yaş qrupları üzrə əlaqələndiricisinin yolüstə olduğunu bir neçə gün öncə eşitmişdik. Ancaq klubun mətbuat xidmətindən məlumatın səhih olmadığını, türkiyəli mütəxəssisin iyunun 30-da Bakıya qayıdacağını bildirmişdilər. Mövzunu bağlamaq olardı, ancaq Süel dörd gün öncə ona ünvanladığımız mesaja dünən cavab verdi. Yanlış duymamışıq: gedir…
- Emin bəy, “Qarabağ”dan ayrıldığınız doğrudu?
- Hələ ayrılmamışam. Müqaviləmin müddəti sentyabrda bitir.
- Belə demək olar ki, sentyabrda yeni anlaşmaya imza atmayacaqsız?
- Türkiyəyə dönməyim lazım gəlir. Universitet işlərimdə problem yaranıb. Bildiyiniz kimi, mən paralel olaraq, Aksaray Universitetində çalışıram. İş elə gətirib ki, mütləq dönməliyəm. Hazırda Türkiyədəyəm.
- Bakıdan birdəfəlik ayrılmısız?
- Yox, sabah (bu gün) ora qayıdacam. Sonrasına baxarıq. İnşallah, dönüşümə problem yaranmaz.
- Müqavilənizi erkən, rəhbərliklə danışaraq, qarşılıqlı razılıq yolu ilə dayandırmağı planlaşdırırsız?
- Ola bilər.
- Rəhbərliklə danışmısız bu haqda? Yerinizə namizəd axtarırlar?
- Əlbəttə. Hələ ki fikirləşirlər. Namizəd mövzusunda mən də öz fikrimi söylədim. Əlaqələndirici vəzifəsinin kimə tapşırılacağı hələ bəlli deyil.
- “Qarabağ”dakı işinizin alındığını, ideyalarınızın həyata keçdiyini deyə bilərik?
- Bir daha qeyd edim ki, “Qarabağ”dan ayrılmaq istəməzdim. Ancaq universitet işim alınmadı. Yoxsa rəhbərliklə danışığımızda onlar da qalmağımı istədilər, təkid etdilər. Mənim universitetdəki vəzifəm elmi işlə bağlıdı. Bura ilk dəfə birillik müqavilə ilə gəldim. Rəhbərlik sağ olsun, işbirliyimizin müddətini sonradan daha bir il uzatdı. İnanıram ki, bu müddətdə “Qarabağ”a yararlı olmuşam. Klubun uşaq futbolunun inkişafındakı rolum qarşıdakı illərdə ortaya çıxacaq. Ən böyük rolum elmi materiallar toplayıb kluba təqdim etməyimdi. Əslində uşaq futbolunun inkişafında rolumun olub-olmadığını daha yaxşı rəhbərlik, məşqçilər, valideynlər və uşaqlar bilər.
- Bəs hansı problemlərlə üzləşdiz? Daha uğurlu olmağınıza imkan verməyən səbəbləri sadalaya bilərsiz?
- Əvvəla deyim ki, rəhbərlik hər mövzuda mənə yardım etdi. Bu müddətdə işimin irəli getməsinə əngəl görmədim. Mən nə tələb etdimsə, rəhbərlik dəstək verdi, şərait yaratdı. Öz növbəmdə əlimdən gələni etməyə çalışdım. Şükürlər olsun, akademiya olaraq, inkişaf etdiyimizi düşünürəm. İki xarici turnirdə iştirak etdik. Bu, akademiyamız üçün super nailiyyət oldu. Uşaqlara təcrübə qazandırdıq.
- Bu mövsüm çempion olan U-19-dan nə gözləyirsiz? Rəşad Sadıqovun komandası Çempionlar Liqasında başarılı ola biləcək?
- U-19-lar arasında keçirilən Çempionlar Liqası çox çətin turnirdi. “Qarabağ” olaraq, uğur qazanmaq naminə hər şey edəcəyik. Bizi çətin bir iş gözləyir. Yeniyetmələrdən ibarət bu komandamızda mövsümün sonuna yaxın məcburiyyətdən xeyli dəyişiklik etməli olduq. Onu da deyim ki, əsas komanda Avstriyadan təlim-məşq toplanışından qayıdandan sonra U-19-un planları ilə bağlı daha ətraflı danışa bilərik.
- Rəşad Sadıqovun dönməsini gözləyirsiz?
- Həm Rəşadın, həm də Qurban müəllimin. Təbii ki, məşqçinin fikri önəmlidi. Ancaq bizim akademiyada bütün qərarlar Qurban müəllimlə danışaraq verilir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar