02 iy 21:58aktual

UEFA nümayəndəsi “Zirə”nin təşkilatçılığından razı qalıb

UEFA nümayəndəsi “Zirə”nin təşkilatçılığından razı qalıb
Yayını sual altında olan cavab görüşü üçün 50 bilet sifariş olunub

Srağagün Avroliqada debüt edən “Zirə” qələbə qazanmaqla hamını sevindirdi. Düzdü, “kor püşk” “qartallar”ın qarşısına o qədər də güclü rəqib çıxarmamışdı. Lüksemburq təmsilçisi qitəmiqyaslı turnirlərdə yetərincə təcrübəyə malik olsa da, diqqəti çəkən nəticələrlə yadda qalmayıb. Buna baxmayaraq, debüt həyəcanı Bakıətrafı qəsəbə təmsilçisinin əleyhinə işləyə bilərdi. Ancaq Ayxan Abbasovun yetirmələri psixoloji səddi aşmağı bacardılar. Avroliqada ilk oyun futbolçular, məşqçilər korpusu üçün çətin sınaq sayıldığı kimi, klub rəsmiləri də məsul imtahan qarşısında idi. Heç kimə sirr deyil ki, UEFA qitəmiqyaslı turnirlərin təşkili zamanı ev sahibi olan komandaların qarşısına ağır şərtlər qoyur. Bu tələblərdən hansısa yerinə yetirilmədiyi halda isə qitə futbol qurumu həmin kluba sanksiyalar tətbiq edir. Bu üzdən “Differdanj”la qarşılaşma “Zirə” rəhbərliyi üçün də özünütəsdiq anı idi.
Qarşılaşmadan sonra UEFA nümayəndəsinin təşkilatçılıqla bağlı hansı fikirdə olduğunu bilmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “qartallar”ın mətbuat katibi Elman Himayətoğlu ilə söhbətləşdik. 90 dəqiqə boyunca həyəcanlı görünən Elman bəy sonda UEFA nümayəndəsindən təşəkkür eşitdiklərini bildirdi.
- Bildiyiniz kimi, avrokuboklar zamanı UEFA klubların qarşısına müəyyəın tələblər qoyur. Qitəmiqyaslı turnirlərə qatılan hər klub bu öhdəliyi yerinə yetirməlidi. Əks halda, komanda yarışa buraxılmaya bilər. Qarşılaşmadan öncə bizə də nələrin tələb olunduğu bildirilmişdi. Maksimum səy göstərdik ki, heç bir problem yaşanmasın. Oyun başa çatandan sonra matça təyinat alan UEFA nümayəndəsi təşkilatçılıqdan razılıq etdi və təşəkkürünü bildirdi. Protokola da təşkilatçılqıla bağlı heç bir irad yazmadı.
- Oyundan bir gün öncə sosial şəbəkələrdə və bəzi saytlarda 4 min biletin sahibini tapdığı ilə bağlı xəbərlər yayılmışdı. Bu üzdən düşünmək olardı ki, matçın başlamasına qədər qarşılaşmanı canlı izləmək istəyənlərin sayı daha çox olacaq. Ancaq gözləntilər özünü doğrultmadı.
- Əslində biz də daha çox azarkeşin stadiona gələcəyini proqnozlaşdırmışdıq. Təəssüf ki, ehtimallarımız özünü doğrultmadı. Buna baxmayaraq, ilk oyun üçün 4600 azarkeşin gəlməsini normal qarşılayırıq. Ümid edirik ki, komanda mərhələ adlayacağı təqdirdə növbəti matçda tribunalarda daha çox tərəfdar görə biləcəyik.
- Azarkeşlərin stadiona gəlişini təmin etmək üçün avtobuslar ayrılmışdı. Həmin nəqliyyat vasitələrindən istifadə olundu?
- Bəli, hər şey planlaşdırdığımız kimi oldu.
- Matçdan sonra bəzi avtobusların azarkeşləri gözləmədən stadionun ərazisini tərk etməsi ilə bağlı söz-söhbət yayıldı. Deyilənlərə inansaq, bəzi azarkeşlər geri qayıdarkən nəqliyyat problemi ilə üzləşiblər.
- Bu informasıyanın heç bir əsası yoxdu. Azarkeşləri “Dalğa Arena”ya gətirən bütün nəqliyyat vasitələri oyun başa çatandan sonra onları mindikləri yerə qaytarıb. Avtobuslar necə gedə bilərdi ki, onların pulları görüş başa çatandan sonra ödənilib. Bu fakt bir daha göstərir ki, futbolsevərlərin geri dönüşü üçün heç bir çətinlik olmayıb. Pulunu almadan hansı sürücü arenanı tərk edər?
- Oyundan sonra bir xanımın sizə yaxınlaşıb ödəniş etməli olduğunuzla bağlı iradını eşitdik. Söhbət hansı ödənişdən gedirdi?
- Ola bilər, siz nəyisə səhv anlamısız. Orda heç bir irad olmayıb. Həmin xanım keytrinq xidmətindən idi. Qarşılaşma başa çatandan sonra ödəniş etməli olduğumuzu xatırlatdı. Rəhbərlik də tərəddüdsüz öhdəliyi yerinə yetirdi.
- Cavab görüşü üçün Lüksemburqa azarkeş aparmaq fikriniz var?
- Azərbaycandan azarkeş aparılmayacaq. Ancaq Avropada yaşayan həmvətənlərimizdən oyunu canlı izləyənlər olacaq. Bu məqsədlə “Milli Dəstə” artıq bizə müraciət edib. Onların stadiona girişini təmin etmək üçün “Differdanj” rəhbərliyi ilə söhbətimiz olub. Artıq soydaşlarımız üçün 50 bilet sifariş etmişik. Oyun gününə qədər müraciətin sayı artsa, əlavə bilet təşkil edəcəyik.
- Cavab görüşü canlı yayınlanacaq?
- Çox çətin məsələdi. Lüksemburq telekanalları oyunu canlı yayınlamadığına görə bizim üçün də yayın məsələsi problemə çevrilib. Ancaq hələ ümidimizi itirməmişik. Çalışacağıq nəsə edək. Ancaq yenə təkrarlayıram, bu çox çətin məsələdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır Bütün xəbərlər
Ən çox oxunanlar