30 in 20:10aktual

Təcrübəsiz hakimlər inamlı qələbələrə mane olmadı

Təcrübəsiz hakimlər inamlı qələbələrə mane olmadı
Dünən təmsilçilərimiz avrokubok mövsümünə start verdilər. “Zirə” öz meydanında “Differdanj”ı qəbul edirdisə, “İnter” “Mladost”un qonağı idi. Sevindiricidi ki, hər iki komandamız ilk sınaqda qələbə qazanaraq, mərhələ adlamaq yönündə xeyli üstünlük əldə etdilər. Amma bu qələbələrdə hakim əməyinin olmadığını qeyd etməyə dəyər. “Zirə”nin oyununu qazaxıstanlı Daniyar Saxi, “İnter”in serblərlə görüşünü isə rusiyalı Aleksey Matyunin idarə edirdi. Hər iki hakimin işini dəyərləndirməylə yanaşı, mütəxəssis rəyi də öyrəndik.

Daniyar Saxi
Avrokuboklarda ilk oyununa çıxan qazaxıstanlı referinin idarəçiliyini normal qiymətləndirmək olar. Hərçənd, onun və köməkçilərinin bir neçə mübahisəli qərarları oldu. 8-ci dəqiqədə “Differdanj”ın cərimə meydanına havalandırılan top rəqib müdafiəçisinin əlinə dəydi ki, hakim köməkçisinin bayrağına əsasən, fitini səsləndirdi. Həmin epizodda ədalət təmsilçisi doğru qərar verdi. 21-ci dəqiqədə "Zirə"nin hücumu zamanı top hakimə dəydi ki, bu da metodiki səhv sayılır. 25-ci dəqiqədə hakim Belfortu ofsaydda saxladı. Əslində, mübahisəli epizod idi. 43-cü dəqiqədə eyni köməkçi hakim - Alibek Aubakirov daha bir yanlış ofsayd qərarı ilə diqqət çəkdi.
29-cu dəqiqədə Duriç meydanın mərkəzində qaydanı pozsa da, qazaxıstanlı referi üstünlük prinsipinə riayət etdi və hücum başa çatandan sonra "Zirə"nin futbolçusunu sarı vərəqə ilə cəzalandırdı. Bu qərarı müsbət qiymətləndirmək olar. 62-ci dəqiqədə "Differdanj"ın "4 nömrə"si perspektivli hücumun qarşısını aldı. Hakim qayda pozuntusunu qeydə alsa da, nədənsə, vərəqə göstərmədi. Əks halda, hesabında artıq bir "sarı" olan Andre Rodrigez meydandan qovulmalı idi.
Tahir Süleymanov: “Qazaxıstanlı hakimlər briqadasının ciddi səhvi olmadı. Baş hakim 8-ci dəqiqədə rəqibin əllə oyununu köməkçisinin dəstəyilə qeydə aldı ki, qərar doğrudu. 25-dəqiqədə “Zirə”nin hücumunu ofsaydda saxlaması isə səhv idi. Ancaq ümumilikdə birinci hissədə normal hakimlik izlədik. Ümumiyyətlə, aşağı tempdə keçən hissə ərzində idarəçilik çətin deyildi.
Yeri gəlmişkən, ilk qolun vurulduğu epizodda cərimə meydanına ötürmə anının təkrarını göstərmədilər. Ancaq sonluq nümayiş etdirildi. İlk ötürmədə ofsaydın olub-olmaması görünmədi. 63-cü dəqiqədə rəqib futbolçunun kobudluğu sarı vərəqəlik idi. Bu isə avtomatik olaraq, “qırmızı” demək idi”.

Aleksey Matyunin
Rusiyalı referi çox həyəcanlı görünürdü. Sanki onda ciddilik çatmırdı. Bunu hiss edən futbolçular özünəməxsus hiyləgərliklə follar qazanmağa çalışırdılar. Bəzən tərəflər arasında gərginlik də buna görə yaşanırdı. İlk qolun vurulduğu epizodun başlanğıcında rəqib azlıqda qalmalıydı. Hakim Pərdis Fərcad-Azadı təpiklə vurduğuna görə “Mladost”un futbolçusuna qırmızı vərəqə göstərməliydi. 40-cı dəqiqədə serblər növbəti dəfə Matyuninin mərhəmətindən faydalandılar. Miloş Saxara ikinci “sarı” alıb meydandan çıxarılmalı idi. Rus hakim Raufa qarşı kobudluğa görə cərimə zərbəsi təyin etsə də, vərəqəyə ehtiyac duymadı.
Tahir Süleymanov: “Əslində, iki ciddi səhvə yol verdi. Nəticəyə birbaşa təsir edən səhvlər olmasa da. Matyunin oyunu çox aşağı səviyyədə idarə etdi. Rusiya hakimlik məktəbinə yaraşmayan idarəçilik seyr etdik. Halbuki, fit çaldığı oyun Rusiya çempionatı ilə müqayisədə elə də yüksək deyildi. İlk beynəlxalq görüşə təyinat alması da ona bəraət qazandırmır. Hakimlik manerası xoşuma gəlmədi, özünü itirmişdi. Epizodlara gec reaksiya verirdi. Sanki tərəflərdən birinin serb klubu olması rus hakimin beynini qarışdırırdı”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar