29 in 01:16aktual

Ayxan Abbasov ehtiyatlı danışdı

Ayxan Abbasov ehtiyatlı danışdı
"Belə rəqiblərlə görüşlərdə təzyiq olur"
Dünən saat 20.30-da "Dalğa Arena"da "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun "Differdanj"la oyun öncəsi mətbuat konfransı keçirildi. Gənc mütəxəssis ilk olaraq matçla bağlı ümumi fikirlərini dilə gətirdi:
- Futbol üçün darıxmışdıq. Sevindirici haldı ki, ilk olaraq mübarizəyə biz başlayırıq. Çalışdıq ki, ötənilki heyətin əsas üzvlərini saxlayaq. İstdiyimiz transferləri etmişik. Bəzi oyunçular bizə gec qoşuldu. Rəqib barədə ətraflı məlumat toplamışıq. Deyirlər ki, guya mən rəqibdən qorxuram. Amma bu, qorxmaq deyil. Reallığı deyirəm. 2007-ci ildən avrokuboklarda iştirak edirlər, 1-ci mərhələ səddini keçə bilirlər. Əsasən uzun ötürmələrə üstünlük verirlər. Biz bütün bunlara hazırıq. Debüt ilimizdə sınaqdan uğurlu çıxmağa çalışacağıq. Ancaq debüt etməyimiz bəhanə olmamalıdı. Rəqibin adından fərqli olmayaraq, məqsədimiz mərhələ keçmək olacaqdı.
- Rəşad Sadiqovun zədəsinin durumu nə yerdədi?
- Rəşad Türkiyə toplanışında zədə almışdı. Amma indi vəziyyəti yaxşıdı.
- Komandaya psixoloji cəhətdən nəyi aşılayırsız?
- Belə rəqiblərlə görüşlərdə təzyiq olur. Hər kəs bizi favorit sayır. Bu da əlavə təzyiqdi. İstəyimiz qələbə qazanmaqdı. Çalışırıq ki, futbolçularımız nə arxayın olsunlar, nə də “yansınlar”. Çox motivasiya və arxayınlıq baha başa gələ bilər. Çalışacağıq orta mövqedə olaq.
- Anar Nəzirovun kapitan kimi komandanı oyuna kökləyəcəyinə inanırsız?

- Anar ötən mövsüm də bir çox oyunlarda kapitanlıq edib. Millinin üzvüdü, bir neçə iddialı klubda oynayıb. Bizim başqa təcrübəli oyunçularımız da var. Anarın kapitan kimi uğurlu çıxışına da inanıram.
- Start heyətinin neçə faizini müəyyənləşdirmisiz?

- Çalışdıq ki, komandada rəqabəti artıraq. Heyəti öncədən desəm, bu, rəqabətə təsir edər. Heyət hazırdı. 2-3 mövqedə fikirləşirdim. Son yoxlama görüşlərini nəzərdən keçirdik və onlarda da mövqeyimizi qətiləşdirdik. Əsas heyətə layiq futbolçumuz çoxdu. Rəqibə və son duruma görə sabahkı heyətimiz hazırdı.
- Bəs oyun üslubunuzu açıqlaya bilərsiz?
- 5 müdafiəçi ilə oynamaq o demək deyil ki, hücum etmirsən. Məsələn, “Çelsi” bu taktika ilə kifayət qədər uğurlu çıxış edir. Bu, tamam fərqli sistemdi. Bu mövsüm 2 sistemdə oynamağa çalışacağıq. Bu, bəzi matçlarda rəqibə görə dəyişəcək.
- Məşqçi kimi debüt ilinizdə hansı nəticəyə ümid edirsiniz?

- Bacardığımız qədər irəliləməyə çalışacağıq. Böyük fikirlər demək doğru olmaz. Transferlər olsa da, biz yeniyik və buna uyğun addım atmalıyıq. Avropada oynamaq bizim üçün böyük təcrübədi. Bir çox oyunçumuz ilk dəfə bu turnirdə çıxış edəcək. Hardansa başlamaq lazımdı. Amma bu o demək deyil ki, çəkinərək oynayacağıq. Gücümüz çatan qədər irəliləməyə çalışacağıq.
- “Astra” haqda necə, fikirləşmisiz?
- Onların “Vitorul”la oyunlarını izləmişəm. Amma “Astra” haqda qətiyyən düşünmürəm.
- Hansı xəttə oyunçular alınmasını istərdiz?

- İstədiyimiz mövqelərə transferlər etmişik. Hər mövqe üçün 2 oyunçumuz var. Təkcə avrokuboklara deyil, çempionata da hazırlaşırıq. Bu da uzun marafondu. Bəzi oyunçuları qışda da gətirmək istəyirdik. Ancaq həmin vaxt müqavilələri var idi. Onları indi aldıq. Hücum xəttini gücləndirməyə çalışacağıq. Bir nəfər də yerli oyunçu almaq istəyirik.
- İlk oyunu evdə keçirməyiz sizi narahat etmir?

- İlk görüşü səfərdə keçirmək daha yaxşıdı. Amma bizim üçün indi evdə oynamaq daha rahatdı. Qorxaraq, ehtiyatlanaraq oynamayacağıq.
- Belə fikir formalaşıb ki, 8 komandalı çempionat rəqabətsizlik yaradır və inkişafa mane olur. Siz bu haqda nə düşünürsüz?
- Biz də istərdik ki, 10 komanda olsun. Amma rəqabət baxımından razı deyiləm. Düzdü, çempionluq iki komanda arasında oldu. Amma 4-cü yer uğrunda mübarizə son tura qədər davam etdi. 20 komanda olsa belə, o demək deyil ki, çempionluğa 4 komanda oynayacaq. Reallıq budu ki, hazırda 2 komanda çempionluq uğrunda yarışa bilər. İslam Həmrəyliyi Oyunlarına görə, çempionat tez başa çatdı. Bunu da toplanışda aradan qaldırmağa çalışdıq.
- Sabahkı oyunda tribunaların boş olmasından narahat deyilsiz?
- Azarkeşlərlə iş gedir. Düşünürəm ki, sabah yetərincə azarkeş olacaq.
- Qarşınıza konkret hədəf qoyulub?
- Sponsorlar, rəhbərlik ilk gündən iddialıdılar. Müasir futbolun tələblərini yerinə yetirməyə çalışırlar. Onların istəyi meydanda əzmkar futboldu. Konkret hədəf qoyulmayıb.
- Mərhələni adlasaz, dediyiniz hücumçunu alacaqsız?
- Mərhələni adlamasaq belə, onu transfer etməyə çalışacağıq. Çünki biz çempionatı da düşünürük.
- Rəqibin heyətində 4 futbolçunun əsas işində problem yaranması ilə bağlı yayılan xəbərlərin futbolçularınızda arxayınlıq yaratmasından qorxmursuz?

- Bu, çox incə məqamdı. Hansısa hadisə futbolçulara mənfi təsir göstərə bilər. Bilmirəm bu xəbər hardan çıxıb. Onların ötənilki heyətinin 98 faizi Bakıya gəlib. Başqa işdə çalışmaqla bağlı fikir söyləmək istəmirəm. Təmsilçilərimizin Lixtenşteynlə, Lüksemburqla, Farer adaları ilə oyunlara baxsanız, necə çətin qələbə qazandığımızı görərsiz. “Differdanj” peşəkar klubdu.
- Rəqibin ən üstün cəhəti nədi?
- Səbrli oynaması, nizam-intizamlı çıxış etməsi. Ölkə çempionu ilə eyni - 65 xal toplayıblar. Standart vəziyyətlərdə də üstündülər. Əlbəttə ki, zəif cəhətləri də var. Biz bunun üzərində çalışmışıq.
- Həm sizin, həm də komandanın avrokuboklarda debüt matçı olacaq. Hansısa məşqçi ilə məsləhətləşmisiz?

- Bir yerdə oynadığım futbolçu yoldaşlarım, məşqçilərim kömək etməyə hazırdılar. Onlara təşəkkür edirəm. Bilirik ki, sabah meydanda tək “Zirə” olmayacaq, Azərbaycan adına mübarizə aparacağıq. Bilirik ki, kimə müraciət etsək, kömək etməyə hazır olar. Biz tək deyilik, yanımda 3 məşqçi var. Məşqçi öyrənmək üçün səhv etməlidi. Buna baş qoymuşuqsa, çalışacağıq ki, işin altından çıxaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar