28 in 13:57aktual

“İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib

“İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib
Mirhüseyn Seyidov: “Rəhbərlik minimum iki mərhələ keçməyimizi istəyir”

Avroliqada mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “İnter” artıq hazırlığı başa vurmaq üzrədi. Komandanın rəqibi Serbiya “Mladost”udu. İyunun 6-dan 19-na kimi Boluda təlim-məşq toplanışı keçən komanda səfərə yollanana kimi məşqlərini paytaxtda davam etdirir. Transfer qadağası olduğuna görə heyətinə futbolçu cəlb edə bilməyən bakılılar üçün Avroliqada mübarizə aparmağın çətinliyini hər kəs bilir. Bunu komandanın baş məşqçisi Zaur Svanadze də təsdiqləmişdi. Bəs futbolçular nə düşünür? Onlar hazırlıqdan razı qalıbmı? Oyunçular komandanı mübarizəyə neçə faiz hazır sayır? Bu və başqa suallar ətrafında paytaxt klubunun üzvü Mirhüseyn Seyidovla danışdıq.
- Öncə istərdik Türkiyə toplanışı haqda danışasan.
- Biz Bakıda toplaşmışdıq. Burda daha çox fiziki formamızı yaxşılaşdırmaq üçün məşqlər keçdik. Sonra isə Boluya getdik. Orda təlim-məşq toplanışı oldu. Həm məşqçilər korpusu, həm də futbolçular toplanışdan razı qaldı. Hamımız çalışdıq, tər tökdük. Ümid edirəm ki, bu əziyyətin qarşılığını görə biləcəyik. Komandada hər şey yaxşıdı. Vətənə qayıdandan sonra da gündə bir dəfə məşq edirik.
- Boluda 3 oyun keçirdiz. İkisində qalib gəlib, “Zirə”yə uduzduz. Yoxlama oyunlarından razı qaldızmı?
- Bizim üçün nəticə vacib deyildi. Əsas meydanda məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməkdi. Yəni taktiki çalışmalar əsas idi. İlk oyunda qalib gəldik, sonra “Zirə”yə uduzduq. Son qarşılaşmada isə əla oynadıq. Rumıniya klubu üzərində layiqli qələbə qazandıq. Son oyunu qələbə ilə başa vurmaq bizim üçün üstünlükdü. Futbolçularda əlavə ruh yüksəkliyi yaranıb. Yoxlama oyunlarından fərqli, rəsmi matçlarda diqqətli oynamalıyıq. Xüsusilə də Avroliqada. Bu cütün taleyi iki oyundan asılıdı. Səhvlər üzərində işimizi davam etdirməliyik.
- “Zirə”yə Türkiyədə də uduzduz. Belə deyək, bu komanda ilə bacarmırsız. Səbəb nədi?
- Bizim komandalar bir-birini yaxşı tanıyır. İldə 4-5 dəfə qarşılaşırıq. Məşqçilər bir-birinin gedişlərini bilir. Hamı özünü göstərmək istəyir. Həm də yoxlama oyunu idi. Uşaqlarda bir az yorğunluq hiss olunurdu. Qolu da özümüz hədiyyə etdik. “Zirə” ilk dəfə Avroliqada mübarizə aparacaq. Özünü yaxşı tərəfdən göstərmək istəyir. Mənə elə gəlir ki, “Zirə” ötən mövsümdəkindən daha güclüdü. Ümid edirəm ki, onlar Avroliqada uğurlu çıxış edərlər. Həm də çempionata rəng qatarlar.
- Komandaya yeni qoşulan gənc futbolçular var - Murad Qayalı, Cabir Əmirli və Şahin Zəkiyev. Onlar özlərini necə göstərdilər? Komandaya uyğunlaşa biliblərmi?
- Pis deyillər. Məşqlərdə urəkdən çalışırlar. Bilirsiz ki, transfer qadağamız var. Kənardan oyunçu cəlb edə bilmərik. Bu, komandanın xeyrinə olmasa da, gənclərin işinə yarayacaq. Qışa qədər onlar çox vaxt qazanacaqlar. Özlərini sübut etmək fürsətləri olacaq.
- Transfer qadağasından söz düşmüşkən, komandanın güclənməməsi işinizi bir az da çətinləşdirdi…
- Bəli. Çox istərdik komandaya yeni oyunçular cəlb olunsun. Amma bu FİFA-nın qərarıdı. Biz özümüzdən addım ata bilmərik. Amma pozitiv düşünək lazımdı. Bu bir şansdı ki, özümüzü sübut edək. Şükürlər olsun, əsas heyəti düzəltmək olur. Qışdan sonra futbolçu problemi də yoluna qoyulacaq.
- “İnter” avrokuboklara neçə faiz hazırdı?
- 70-80 faiz hazırıq. 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Bəzi çatışmazlıqlar var. Oyuna 3 gün qalıb. Sabah (bu gün) Bakıda bir məşqimiz qalıb. Sonra isə Serbiyaya yollanırıq və oyuna qədər iki dəfə orda məşq edəcəyik. İnanıram ki, tam hazır olarıq.
- Kasad heyətlə mübarizə aparmaq çətindi. Qarşıdakı oyunlarda zədələr, cəzalılar ola bilər.
- Sizinlə tam razıyam. İndiyədək məşqlərdə heç kim zədə almayıb. Biz buna həssas yanaşırıq. Məşqlərdə özümüzü maksimum dərəcədə qorumağa çalışırıq. Ümid edirəm ki, “Mladost”la oyunlarda cəzalı duruma düşən olmayacaq. Yükümüz ağır olsa da, irəli addımlamalıyıq. Əsas birinci mərhələni keçməkdi. Davamı gələcək.
- Maaşınız ödənilib?
- Tam yox. Mayın məvacibini almamışıq. İyun da hələ davam edir. İyulda yeni müqavilələr bağlanacaq. Çox güman, Serbiyadakı oyundan sonra maaşımız veriləcək. Bizi bu narahat eləmir.
- Bəzi futbolçuların müqaviləsinin müddəti bitmək üzrədi. Yeni sözləşmələrin imzalanmaması sizi narahat eləmir? Axı bu “Mladost”la oyuna köklənməyə mane ola bilər.
- Hələ yeni müqavilələrdən xəbər yoxdu. Futbolçularla sözləşmələrin müddəti iyulun 1-də bitir. Yəqin ki, ilk oyundan sonra bu məsələyə aydınlıq gələcək. Biz rəhbərliklə söhbət etmişik. Rəhbərlik futbolçuları buraxan deyil. Çünki transfer qadağası var. Həm də futbolçular gedən deyil. Biz bir-birimizə kişi sözü vermişik. “İnter”lə uğurlar qazanmaq istəyirik. Qarşıda uzun marafon var. Yeni oyunçular cəlb olunana qədər çempionatın yarısında mübarizə aparmalıyıq. Bu heyəti qoruyacaqlarına inanıram. Hazırda ancaq oyunlar haqda düşünürük.
- Müqaviləsinin müddəti uzadılmayanlardan biri də baş məşqçi Zaur Svanadzedi. Onun yerinə Ramiz Məmmədovun gələcəyi deyilir.
- Biz bu xəbərləri mətbuatdan oxuyuruq. Baş məşqçinin kim olacağına futbolçular qərar vermir. Bu işlərə rəhbərlik baxır. İkinci ildi Svanadzenin rəhbərliyi altında oynayırıq. Onun göndərilib-göndərilməyəcəyinə yeni rəhbərlik qərar verəcək.
- Zaur Svanadze ilə davam etmək istərdiz?
- Dəyişiklik olsa, bizim üçün fərq eləməz. Futbolçuların işi meydanda olur. Yaxşı oyun sərgiləyib, komandanın xeyri üçün çalışmalıyıq. İstəyirəm ki, Zaur müəllim qalsın. Sabah rəhbərlik başqa qərar versə, ona da hörmətlə yanaşmalıyıq. Çox güman, Avroliqada yaxşı çıxış etsək, Svanadze qalacaq. İkinci mərhələyə yüksəlsək, ən azı bir mövsüm baş məşqçimiz o olacaq.
- Rəqib “Mladost”du. Oyunlarını izləyib, təhlil etmisiz?
- Bəli, baxmışıq. Yaxşı komandadı. Ordan tanıdığımız futbolçular var. Serb futboluna yaxşı bələdik. Fiziki gücə əsaslanan oyun sərgiləyirlər. Müdafiədə etibarlı oynayırlar. İlk görüş səfərdə olduğundan, müdafiədən oynamağa çalışacağıq. İlk matçda heç nə həll olunmur. Əsas məqsəd səfərdən uğurlu nəticə ilə dönməkdi. Məğlub olsaq belə, qol və ya qollar vurmalıyıq. Bu halda Bakıda cütün taleyini həll edə bilərik.
- Rəqibin avrokubok təcrübəsinin olmaması xeyrinizədimi?
- Təcrübəsi olmasa da, mübarizə aparacaqlar. Hər şey ilkdən başlayır. Onlar irəli getmək istəyir. Elə sürpriz komandalar var ki, hətta qrupa düşür. Təcrübə o qədər də böyük rol oynamayacaq. Hər şey meydandakı mübarizədən asılıdı. Bu cür turnirlərdə təcrübə qrup mərhələsində əsas rol oynayır. Biz gərgin çempionat keçirmişik. Eynilə rəqib də. İşimiz asan olmayacaq.
- Şansları necə dəyərləndirirsən?
- İlk oyun səfərdədi deyə, şanslar 50-nin 50-yədi. Yalnız onu deyə bilərəm ki, ilk oyunda cütün taleyi həll olunmayacaq. Biz səfərə, sadəcə, sərfəli nəticə dalınca gedirik. Bakıda isə məsələni bitirəcəyik.
- Rəhbərlik komandanın qarşısına hansı hədəfi qoyub?
- Minimum iki mərhələ keçməyimizi istəyirlər. Lakin reallığı nəzərə almaq lazımdı. Hər şey deməklə, istəməklə olmur. Meydanda mübarizə aparan bizik. Yük bizim çiyinlərimizdədi. Yeni rəhbərlikdi, komandanın uğur qazanmasını istəyir. Zaur müəllimi çoxdan tanıyırıq. Hələ mən “Neftçi”də oynadığım vaxt o bizə dəstək olurdu. İndi də motivasiya verir. Bəlkə də o bizdən çox istəyir ki, “İnter” mərhələ adlasın.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar