28 in 13:16aktual

AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib

AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib
Ötən saylarımızın birində hakim və hakim-inspektorların qonorarla bağlı problemlə üzləşdiyini xəbər vermişdik. Ciddi maliyyə problemi ilə baş-başa qalan AFFA hələ də son mövsümə görə onlara olan borclarını bağlaya bilməyib. Bu üzdən yaşıl meydanlarda ədaləti qoruyanlar və onların işinə qiymət verənlər hazırda həsrətlə bankomatlardan pul çıxaracaqları günü gözləyirlər.
Sən demə, bu məsələdə referilər və hakim-inspektorlar tək deyil. Belə ki, bizə ötürülən məlumata görə, birinci divizionda çıxış edən və AFFA-dan maliyyəşən klublarda da maaşla bağlı çətinlik yaşanır. Daha dəqiq desək, çempionatın başa çatmasına baxmayaraq, futbolçular pullarını ala bilməyiblər. Xatırladaq ki, ötən mövsüm aşağı dəstədə çempionluğu bayram edən “Turan Tovuz”, “Zaqatala” və “Mil-Muğan” məhz assosiasiyanın hesabına fəaliyyət göstərir. Mənbəmizin sözlərinə görə, adını çəkdiyimiz klubların şərəfini qoruyan futbolçular Ramazan bayramına qədər əməkhaqına qovuşacaqlarını düşünürmüş. Lakin sonradan məlum olub ki, AFFA bayramda da onları sevindirə bilməyəcək. Bu üzdən assosiasiyanın “bulağından su içən” klubların düşərgələrində narazılıq baş qaldırıb.
Söylənilənlərin həqiqəti əks etdirib-etdirmədiynə aydınlıq gətirmək üçün həmin klubların rəhbərliyi ilə danışmağı lazım bildik. Öncə “Mil-Muğan”ın prezidenti Mirheydər Səfiyevlə əlaqə saxladıq. İmişli təmsilçisinin prezidenti deyilənləri təsdiqlədi: “Futbolçular son bir ayın maaşını almayıblar. Yəqin ki, yaxın vaxtlarda bu problem aradan qalxar. Bu çatışmazlıq tək “Mil-Muğan”da yaşansaydı, deyədim ki, bizə qarşı haqsızlıq olur. Bildiyim qədər başqa klublarda vəziyyət bizdə olduğu kimidi. Bunu da anlayışla qarşılamaq lazımdı. Son vaxtlar ölkəmiz bir çox böyük idman yarışlarına evsahibliyi edib. Bugünlərdə isə “Formula 1” kimi böyük xərc tələb edən yarış keçirilir. Bunlar hamısı istər-istəməz təsirini göstərir. AFFA-dan bizə deyiblər ki, bayramdan sonra maaşlar köçürüləcək. O ki qaldı futbolçuların narazılıq etməsinə, bizdə belə hal yaşanmayıb. Düzdü, hərdən zəng vurub maaşın olub-olmadığı ilə maraqlanırlar. Bu da başadüşüləndi”.
Çempion olmasna baxmayaraq, elitaya vəsiqə qazana bilməyən “Turan Tovuz”un futbolçu və məşqçiləri də eyni çətinliklə baş-başa qalıblar. Qərb təmsilçisinin Müşahidə Şurasının sədri Oqtay Abdullayev komandanın son ayın maaşını ala bilmədiyini təsdiqlədi: “Bizdə də mayın maaşı ödənilməyib. AFFA-dan deyiblər ki, bayramdan sonra ödəniş olacaq. Bildiyim qədər adını qeyd etdiyiniz hər 3 klubun maaşı eyni vaxtda hesaba köçürülür. Yəni birinə tez, birinə gec pul vermək söhbəti yoxdu. Komanda üzvlərinə də narahatlığa heç bir əsas olmadığını bildirmişəm. Hamı maaşını son qəpyinə qədər alacaq”.
“Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanov da futbolçuların məzuniyyətə son ayın əməkhaqqını almadan yollandığını söylədi: “Komanda üzvləri mayın maaşını almayıblar. Böyük ehtimalla iyunun sonuna kimi AFFA bu çatışmazlığı aradan qaldıracaq. Bizdə əməkhaqqı kartla verilir. Lap hansısa oyunçu mövsümlərarası fasilədə “Zaqatala”nı tərk etsə belə, kartı özündə olduğundan maaşını çətinlik çəkmədən əldə edəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar