25 in 22:30aktual

Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır

Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır
“Qələbənin bir yolu var...”

“Zirə”nin dünənki məşqindən öncə “qartallar”ın baş məşqçisi Ayxan Abbasovla söhbətləşdik. Gənc mütəxəssis debüt edəcəkləri turnirə hazırlıq, komandasının son durumu haqda danışdı.
- Öncə toplanış haqda yekun fikirlərinizi bilmək maraqlı olardı.
- Bildiyiniz kimi, hazırlığa vətəndə başlayıb, daha sonra Türkiyəyə yollandıq. Qardaş ölkədə reallaşan toplanışda əsas diqqətimizi taktiki-texniki məşqlərə yönəltmişdik. Şükürlər olsun ki, komandada oyundan-oyuna irəliləyişi gördük. Ən əsası odu ki, zədəli futbolçumuz olmadı. Bu təlim-məşq toplanışından maksimum istifadə etməyə çalışdıq. Çünki vaxtımız da azdı. Əlimizdə olan imkandan maksimum yararlandıq. Bir sözlə, toplanış yaxşı keçdi.
- Yoxlama matçlarında nəticə o qədər də önəm daşımır. Bəs siz komandadan sınaq matçlarında istədiyini ala bildiz?
- Bilirsiz, oyun oyundu. Bu dəqiqə yoldaşlıq görüşlərində sırf nəticəni düşünmədik. Ancaq mən hər dəfə futbolçulara deyirəm ki, sınaq matçı olsa belə, mübarizə aparmaq, uduzmamaq lazımdı. Məlum olduğu kimi, yoxlama oyunlarında ayrı-ayrı heyətlərə güvənirdik. Çoxlu dəyişikliklər edirik. Sırf bu baxımdan bütün oyunlarda yaxşı nəticə qazanmaq çətindi. Hər 3 görüşdə, hətta məğlub olduğumuz qarşılaşmada da uşaqlar əzmkarlıq göstərdilər. İstəkli olduqlarını hiss etdirdilər. Bizim də bəzi səhvlərimiz oldu, ancaq onları da görməliydik. Güclü rəqiblə qarşılaşmasaq, bu cür çatışmazlıqları görməzdik. Əslində Rumıniya çempionu (Vitorul) ilə oynamaq bizim üçün bir fürsət idi. Həmin matçda da çatışmazlıqları görə bildik. Bu həftə həmin səhvlər üzərində işləyəcəyik.
- Transfer məsələlərində bir məqam anlaşılmaz oldu. Tutaq ki, Elvin Məmmədovu maliyyə səbəbindən göndərdiyinizi açıqlamışdız, başqaları isə əsas heyət üzvü sayılmırdı. Sadəcə, maraqlıdı, qışda heyətə cəlb olunan Akim Latifunu niyə komandada saxlamadız?
- Klubun özünün iddiası, strategiyası və büdcəsi var. Biz ondan qırağa çıxa bilmərik. Adını çəkdiyiniz futbolçuların ayrılmasının səbəbi maliyyə ilə bağlıdı. Çünki onlar istədiyi pulu biz verə bilmərik. Bizim də məlum büdcəmiz var. Elvinin gedişini qabaqcadan bilirdik və yeni transferlərimiz onun da yerini dolduracaqlar. Sağda isə Akimin yerinə rumın müdafiəçi transfer etdik. Əsas məqsədimiz odu ki, komandada rəqabət olsun. Hansısa mövqenin sırf bir futbolçunun ümidinə qalmasını istəmirik. Fikrimiz rəqabətin olduğu bir komanda formalaşdırmaqdı. Özünüz də bilirsiz ki, çempionat uzun marafondu. Hansısa futbolçu zaman-zaman formadan düşür, yaxud da zədə amili var. Legioner almağımız o demək deyil ki, həmişə o oynayacaq. Premyer-liqada əcnəbilərlə bağlı limiti də unutmamalıyıq. Həmin an hazır olan futbolçu meydanda olacaq. Biz buna çalışırıq.
- Həmin müdafiəçinin komandaya cəlb olunması transfer çalışmalarının bitməsi deməkdi?
- Yox, daha bir futbolçu nəzərimizdədi. Lakin onun transferini hələ ki saxlamışıq. İstədiyimiz futbolçudu, hücmameyillidi. Onu da heyətə qatandan sonra, yəqin ki, transfer çalışmalarını bitirəcəyik.
- Belə çıxır, oyuna 24 saat qalmış sifariş ərizəsinə adını salacağınız futbolçu həmin rumın müdafiəçi olacaq?
- Bəli. Bu oyun üçün onu sifariş edəcəyik. Bilirsiz, əksər çempionlatlar mayın sonunda bitib. Futbolçular istirahət edir, tələsmək istəmir. Odu ki, bu transfer məsələlərində bir qədər çətinlik yaradır. Heyətə cəlb etdiyimiz legionerlərlə isə qışdan bəri danışıq aparırıq. Bu üzdən onların komandaya cəlb edilməsi asan oldu. Onlar “Zirə”ni indi tanımır. Qışda təklif göndərmişdik, futbolçular da araşdırırdılar. Nəhayət, hər üçü ilə müqavilə bağladıq.
- Jozef Bum və Kervens Belfortun Türkiyədə ləngiməsi hazırlıq prosesinə mənfi təsir göstərməyəcək?
- Onlar bu gün axşam (dünən) Bakıya gəlməlidi. Bildiyiniz kimi, viza məsələsinə görə yubandılar. Türkiyədəki hazırlıqlarda onlar da komanda ilə birgə olublar. Sabahdan (bu gündən) isə yenidən kollektivlə məşq edəcəklər.
- Siz “5-li müdafiə” sisteminə üstünlük verirdiz. Amma deyəsən, Türkiyədəki yoxlama oyunlarında sistemi dəyişmisiz...
- Ayrı-ayrı oyunlarda fərqli sistemdə oynadıq. Razıyam ki, qış fasiləsindən sonra yalnız “5-li müdafiə” ilə oynamışıq. Onda vəziyyət fərqli idi. Çempionatın yarısı geridə qalmışdı, biz isə yetərincə xal itirmişdik. Hansısa oyunda risk edə bilmirdik. Bununla belə, 5-3-2 və 5-4-1 sistemləri ilə oynamışıq. Yəni taktiki baxımdan dəyişiklik olurdu. Bu dəfə də fərqli sistemləri yoxlamaq istəyirdik. Həm 4, həm də 5 müdafiəçi ilə oynadıq. İkisi də effekt verdi. Ancaq konkret hansısa düzülüş üzərində dayanacağımızı demək olmaz. Bu rəqibə görə dəyişəcək.
- Belə deyək, Ayxan Abbasov artıq ilk oyun üçün “11-lik” formalaşdırıb.
- İlk oyun üçün 14-15 nəfər arasında seçim edəcəm.
- Artıq “gedənlərin yeri tam doldurulub” demək olar?
- Gedənlər oldu, hansı ki onlar bizim ötənilki uğurumuzda böyük pay sahibi idilər. Bunu danmaq olmaz. Yenə deyirəm, bizdə elə bir mövqe yoxdu ki, kimsə oranı “bron eləsin”. Ona görə də heyət baxımından problem olmayacağını düşünürəm. Düzdü, futbolçuların uyğunlaşması üçün bir az vaxt lazımdı. Ancaq təlim-məşq toplanışında gördük ki, yenilərin uyğunlaşması uzun vaxt almayacaq.
- Bir qədər də “Differdanj”la bağlı danışq. Püşkün nəticəsindən razı qaldız?
- Mən məsələyə belə yanaşıram. Bu gün hansı komandalar avrokuboklara vəsiqə qazanıbsa, deməli, onlar ölkələrində ən yaxşılardı. Fərqi yoxdu, çempiondu, yoxsa gümüş, bürünc medalçı. Hazırda zəif gözü ilə baxdığımız komandalar da futbol oynamağı bacarır. Ən azı düzgün müdafiə olunmağın yolunu bilir. Buna nümunələr kifayət qədərdi. 4-5 il öncə həm ÇL-də, həm də Avroliqada böyükhesablı nəticələr qeydə alınırdı. Bolqarıstan, Rumıniya komandaları təmsilçilərimizə 6-7 top vururdu. İndi isə vəziyyət fərqlidi. “Qarabağ”, “Qəbələ”, “İnter” və “Neftçi” bu cür rəqibləri rahat məğlub edir. Bizdə necə inkişaf gedirsə, futbolda reytinqi yüksək olmayan ölkələrdə də inkişaf gedir. “Differdanj” normal rəqibdi. Kim düşsəydi, biz də eyni əzmkarlıqla hazırlaşacaqdıq. Rəqib deyildiyi qədər zəif komanda deyil. Düzdü, Lüksemburqun adı yuxarıdan aşağı baxmaq kimi fikir formalaşdıra bilər. Ancaq kim 90 dəqiqə onların oyununa baxsa, yaxşı komanda olduğunu təsdiqləyər. Ölkəsinin çempionu ilə eyni xal toplayıb, yalnız top fərqində və şəxsi oyunlarda ondan geri qalıb. Lüksemburq çempionatının bombardiri də “Differdanj”ın heyətindədi. Ən əsası, avrokuboklarda təcrübəsi var. Yanılmıramsa, 30-dan çox beynəlxalq oyun keçiriblər, 10 qələbələri var. “Differdanj”ın “Trabzonspor”la oyunlarına baxmışam. İnandırım ki, rəqibdən ciddi mənada geri qalmırdılar. Bu komanda təsnifat mərhələlərində “Utrext”i, “Olimpiakos”u yolundan kənarlaşdırıb. Pley-offa kimi irəliləyə biliblər. Yaxşı komandadı. Biz də çalışırıq ki, məşqçilər korpusu olaraq rəqibi düzgüm təhlil edək.
- Belə çıxır, artıq “Differdanj” haqda müəyyən bilgilər əldə etmisiz?
- Bəli-bəli. Hardasa 10-a yaxın oyunlarının diski var bizdə. Məşqçilərlə, demək olar, hər gün baxırıq. Sabah (bu gün) da komandaya məlumat verəcəyik. Bu gün hazırlıq mərhələsinin 3-cü hissəsinə start verdik. Artıq hər gün rəqiblə bağlı futbolçulara informasiya verməyi planlaşdırmışıq. Bu komandanın üstün və zəif cəhətlərini özümüz üçün müəyyənləşdirəcəyik.
- “Zirə”nin Avroliqadakı hədəfi nədi?
- Hədəf Avroliqada iştirak etmək idi (gülümsəyir). Bu ilk məqsədimiz idi, ikinci hədəf isə ölkəmizi beynəlxalq arenada yaxşı təmsil etməkdi. Təkcə nəticə yox, yaxşı oyun baxımından da. Ancaq reallıq budu ki, təcrübəsiz komandayıq. İlk dəfə Avroliqada çıxış edəcəyik. Lakin əvvəl-axır hardansa başlamalıyıq, inkişaf etməliyik. Bu gün təcrübəsizliyi əlimizdə bayrağa çevirməməliyik. Eləcə də məğlubiyyətlə öncədən barışmalı deyilik. İnşallah, başlanğıcı burdan edəcəyik.
- Bəs bu mübarizədə klub rəhbərliyinin istəyi, tələbi nədən ibarətdi?
- Rəhbərlik də meydanda əzmkar komanda görmək istəyir. Hamı qələbə qazanmaq istəyir. Bu şübhə doğurmur. İndi desək ki, “udmaq istəmirik”, yalan danışarıq. Biz də qələbə qazanmaq istəyirik. Bacardığımızı ortaya qoyub, qalib gəlməyə çalışacağıq.
- Baş məşqçi kimi ilk dəfə Avroliqada komandaya rəhbərlik edəcəksiz. Sizdə hansısa həyəcan var?
- İstər-istəməz, bir işdə məsuliyyət varsa, orda həyəcan da qaçılmazdı. Amma bu turnirdə futbolçu kimi çıxış etmişəm. Görmüşük ki, bu ölkə çempionatı deyil. Tam fərqli bir mübarizədi. Ona görə də çalışırıq ki, əlimizdən gələni edək. Komandada təcrübəli futbolçular var. Öz təcrübəmizi, gördüklərimizi futbolçulara çatdırmağa çalışırıq. İstəyirik ki, hansısa problem olmasın. Həmişə onu qeyd etmişəm, qələbənin bir yolu var, o da əzmkarlıqdı. Meydançada bunu göstərən qalib gəlir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar