23 in 20:14aktual

“Zirə” biletlərin qiymətini açıqladı

“Zirə” biletlərin qiymətini açıqladı
“Differdanj” Əlcəzair millisinin sabiq forvardı ilə güclənir

Artıq bütün azarkeşlər klublarımızın avrokubok mübarizəsinin startını həyəcanla gözləyir. Qeyd edək ki, Avroliqanın 1-ci təsnifat mərhələsinin ilk oyunları iyunun 29-da keçiriləcək. Həmin gün “İnter” səfərdə Serbiya “Mladost”unun qonağı olacaqsa, “Zirə” doğma meydanda “Differdanj”ı qəbul edəəcək. Əslində “doğma meydan” sözünü işlətmək bir qədər çətindi. Çünki “qartallar”ın Lüksemburq təmsilçisi ilə dueli “Dalğa Arena”da gerçəkləşəcək. Həmin qarşılaşmanın start fiti isə 21.00-da səslənəcək.
Artıq klub jurnalistlərin Avroliqa oyunu üçün qeydiyyatına start verib. Dünən Ayxan Abbasov yetirmələrinə istirahət verib. Bugünkü məşq isə “Azərsun Arena”da keçiriləcək və saat 18.00-da başalayacaq. Sözügedən oyunun biletləri də sifariş edilib. Növbəti həftənin ilk günündən satışa çıxarılacaq biletlərin qiymətləri yerindən asılı olaraq 1, 2, 3 və 5 manat olacaq. Qarşılaşmanı VİP-dən izləmək istəyənlər 30 manatından keçməlidi. Satışın 3 məntəqədə təşkil olunacağı gözlənilir. Klubun mətbuat katibi Elman Himayətoğlu biletlərin böyük ehtimalla Tofiq Bəhramov adına Respublika stadionunun, “Dalğa Arena”nın kassalarında və Zirədə satışa çıxarılacağını söylədi.
Yeri gəlmişkən, “Differdanj” heyətini gücləndirməyə qərar verib. Lüksemburq təmsilçisi hazırkı heyətlə çətinlik çəkəcəcəyini düşünərək, hərəkətə keçib. Klub rəhbərliyi vaxtilə “Maynts-05”də çıxış etmiş Şadli Amrini baxışa dəvət edib. 32 yaşlı hücumçu bir neçə gündü “Differdanj”ın düşərgəsindədi. Əlcəzair yığmasının sabiq üzvü ilə bağlı yekun qərar həftəsonu veriləcək. Bununla belə, baş məşqçi Paskal Karzaniyanın təcrübəli futbolçunu komandasında görmək istədiyi, tərəflərin həftəsonu 1 illik müqaviləyə qol çəkəcəyi gözlənilir. Klub rəsmiləri Şadlinin “Zirə” ilə Bakıdakı oyunda iştirak etmək ehtimalını nəzərə alaraq, onun pasportunu indidən götürüblər və viza üçün müraciət ediblər. Hücumçu ilə bağlı yekun qərar müsbət olsa, Amrinin adı “Differdanj”ın Avroliqanın 1-ci təsnifat mərhələsi üçün müəyyən edilən iştirak ərizəsinə salınacaq. Qeyd edək ki, son olaraq Almaniyanın regional liqasında “Homburq”un formasını geyinmiş Şadli Əlcəzair millisində 10 oyun keçirib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar