23 in 20:06aktual

Avroliqanın debütantı mübarizəyə hazırdı

Avroliqanın debütantı mübarizəyə hazırdı
“Differdanj”dan çəkinmək üçün əsas yoxdu

İyunun 19-da avrokubokların püşkü atıldı. Ölkəmizi Avroliqada təmsil edəcək “Zirə”nin ilk mərhələdəki rəqibi “Differdanj” oldu. Lüksemburq təmsilçisi ilə ilk oyun bu ayın 29-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra rəqib meydanında gerçəkləşəcək. Artıq “qartallar” bütün diqqətini adıçəkilən rəqiblə duellərə yönəldib. Əslində “Zirə” 2015/16 mövsümündə də avrokuboklara vəsiqə verən yerlərdən birini tutmuşdu. Lakin qəsəbə təmsilçisinin, belə deyək, Avroliqada iştirak üçün “yaşı çatmadığından” beynəlxalq arenada gücünü sınaya bilmədi. Son “futbol ili”ndə isə komanda premyer-liqada 4-cü yeri tutaraq, yenidən avrokuboklara vəsiqə qazandı. Onu da qeyd edək ki, qışa qədər “Zirə”ni Adil Şükürov çalışdırırdısa, nəticələr ürəkaçan olmadığından, ilk yarı bitən kimi baş məşqçi postunda dəyişiklik edildi. Şükürovun yerinə gələn Ayxan Abbasov isə komandanı qarşıya qoyulan hədəfə çatdıra - avrokuboklara daşıya bildi. Başqa sözlə, Abbasov “qartallar”ın tarixinə komandanı ilk AL oyununa çıxaran çalışdırıcı kimi düşəcək. İndi isə əsas sual budu: komanda avrokuboklara nə dərəcədə hazırdı? 2016/17 mövsümü başa çatandan sonra “Zirə” lazımi səviyyədə hazırlaşa bilib? Doğrudu, bu sualların ən dolğun cavabı məhz “Differdanj”la oyunlarda bilinəcək. Ancaq komandanın transfer çalışmalarına, keçirdiyi yoxlama oyunlarına nəzər salıb, müəyyən fikir yürütmək olar.

Gedənlərin yeri dolduruldu
Hər nə qədər sabitlik komanda üçün üstün cəhət sayılsa da, istər-istəməz, heyətdə dəyişikliklər olur. Əslində göndərilən futbolçuların yarıdan çoxu komandada möhkəmlənə bilməyənlər idi. Tural Cəlilov, Yamin Ağakərimzadə, Amadu Sanqar, Cavid Tağıyev məhz bu səbəbdən “Zirə”dən ayrıldı. Migel Lorentsonun isə icarə müddəti başa çatdığndan, “Setubal”a (Portuqaliya) qayıtdı. “Səbail”lə anlaşan Nurlan Novruzov da son oyunlarda yalnız əvəzetmələr zamanı meydana çıxırdı. Onun “Zirə”dən ayrılacağı gözlənilən idi. Yalnız iki futbolçunun gedişi komandanı zəiflədə bilərdi. Elvin Məmmədov daha yaxşı maliyyə şərtləri irəli sürən “Qəbələ”yə üz tutdu. Ayxan Abbasov “qırmızı-qaralar”ın təklif etdiyi maliyyəni Elvinə verə bilməyəcəklərini demişdi. Bir də Akim Latifunun gedişi gözlənilməz alındı. Halbuki nigeriyalı heç də pis təsir bağışlamırdı və ondan sonra müdafiənin sağ cinahındakı boşluq aradan qaldırılmayıb. Çox güman, Adil Nağıyev bu problemin öhdəsindən gəlməyə çalışacaq. Onu da etiraf etmək lazımdı ki, gedənlərin yeri dolduruldu. Öncə daxili bazarda fəallıq nümayiş etdirən “Zirə” son mövsümü “Kəpəz”də keçirən Nicat Qurbanovla Orxan Əliyevi sıralarına qatdı. Nicat daha öncə də qəsəbə təmsilçisinin şərəfini qorumuşdusa, Orxan “Kəpəz”də son mövsümü heç də pis keçirməmişdi. “Qəbələ”dən ayrılan Rəşad Sadiqov isə təcrübəsi ilə “Zirə”yə faydalı ola bilər. Bundan başqa, legionerlər transfer edildi. Bunlardan biri müdafiəçidisə, ikisi irəli xətt oyunçusudu. Söhbət David Manqa, Kervens Belfort və Jozef Bumdan gedir. Artıq Abbasov yoxlama görüşlərində bu futbolçuları sınaqdan keçirib. Transfer çalışmaları ilə bağlı fikrimizi yekunlaşdırsaq, “Zirə”nin lazımi səviyyədə gücləndiyini deyə bilərik. Eyni zamanda, daha bir əcnəbinin komandaya cəlb olunacağı planlaşdırılır.

Yoxlama oyunları
Mayın sonunda ölkədə bir araya gələn “qartallar” iyunun 10-da Türkiyəyə yollandı. “Zirə”ni Boluda 10 günlük təlim-məşq toplanışı gözləyirdi. Aydın məsələdi ki, xaricdə nəzərdə tutulan hazırlıq prosesində əsas məqsəd komandanın yoxlama oyunlarında gücünü sınamasıdı. Əvvəlcədən nəzərdə tutulduğu kimi, qəsəbə təmsilçisi qardaş ölkədə 3 sınaq görüşündə nəyə qadir olduğunu göstərdi. Öncə onu qeyd edək ki, Abbasovun komandası digər təmsilçimiz “İnter”lə eyni bölgədə toplanışda idi. Daha doğrusu, klublarımız hətta eyni oteldə məskunlaşdı. Bəlkə də “Zirə”nin ilk yoxlama matçının məhz sabiq “bankirlər”ə qarşı keçirməsi elə bir yerdə qalmalarından qaynaqlanan ideya idi. Hər halda, son mövsüm 4 çempionat matçında üz-üzə gələn təmsilçilərimiz Boluda da qüvvəsini sınadı. Avroliqanın ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaq bu iki komandanın duelindən “Zirə” qalib ayrıldı. “Qartallar” iki cavabsız qolla qələbə qazandı. Əslində alışdığı rəqiblə dueldə qəsəbə təmsilçisinin xüsusi nəsə qazandığını söyləmək olmaz. Lakin ilk yoxlama oyunu olduğundan, rəqibin kimliyi ilə bağlı dərinə getmək o qədər də düzgün olmaz. Növbəti sınaq matçında “Kolumbe Lobo” (Kamerun) ilə üz-üzə gələn Abbasovun yetirmələri afrikalılara əməlli-başlı “dərs keçdi”. Rəqibin qapısından 8 top keçirən qartallar kamerunluların sevinməsinə imkan vermədi. Təbii, komanda nə qədər çox fərqlənərsə, qol alışqanlığı artır, futbolçularda inam yaranır. Düşünmək olardı ki, “Kolumbe Lobo” həddən artıq zəif imiş və qəsəbə təsmilçisi bu üzdən böyükhesablı qələbə qazanıb. Ancaq bir məqamı da xatırladaq. “Zirə”dən öncə “İnter” də həmin komanda ilə qarşılaşmış və 1 cavabsız qolla qalib gəlmişdi. Odu ki, Kamerun təsmilçisinin gücünü tam olaraq heçə saymaq doğru yanaşma deyil. Əslində “qartallar”ın gücü son yoxlama oyununda bilincəkdi. Çünki “Zirə” iyunun 20-də Rumıniya çempionu “Vitorul”la üz-üzə gəldi. Maraqlıdı ki, həmin görüşdə qəsəbə təsmilçisi məğlub oldu – 1:2. Ancaq bu yenilgini də müəyyən mənada anlamaq olar. Çünki komanda ilk hissədə əsas heyətlə mübarizə apararaq, fasiləyə 1:0 hesabı ilə öndə yollanmışdı. Hətta hakim zirəlilərin 1 qolunu da qeydə almamışdı. Adəti üzrə fasilədən sonra Abbasov heyətdə bir sıra dəyişikliklərə əl atıb ki, məhz bundan sonra Georgi Hacının yetirmələri matçın axarını öz xeyrinə dəyişə bilib. Beləliklə, “Zirə” Boludakı yoxlama oyunlarını 2 qələbə və 1 məğlubiyyətlə başa vurdu. Bu 3 qarşılaşmada rəqib qapılarından 11 top keçirən “qartallar” 2 dəfə öz qapısında qol gördü. Sınaq matçları ilə bağlı ümumi mənzərə nikbin proqnozlar verməyə imkan verir. Yoxlama oyunlarına əsaslanıb Abbasovun əsas heyəti bu futbolçulardan təşkil edəcəyini proqnozlaşdırmaq mümkündü: Anar Nəzirov, Təmkin Xəlilzadə, Yovan Krneta, Jozef Bum, Adil Nağiyev, Milan Duriç, Viktor İbokoyi, David Manqa, Orxan Əliyev, Kervens Belfort, Riçard Qadze. Yalnız İbokoyinin əvəzinə Rəşad Sadiqov və ya Vüqar Mustafayev də ola bilər. Bundan başqa, sistemin dəyişməsindən asılı olaraq, “11-lik”də daha bir dəyişiklik istisna deyil.

“Zirə” “Differdanj”dan çəkinməməlidi
Yuxarıda qeyd etdiyimiz kimi, “Zirə” avrokuboklarda debüt edəcək. Həm Abbasov, həm də onun yetirmələri belə bir sınaqdan üzüağ çıxmağa çalışacaq. Düzdü, qəsəbə təmsilçisindən fərqli, “Differdanj”ın avrokubok təcrübəsi var. Özü də Lüksemburq təmsilçisi ötən illərdə beynəlxalq arenada bir sıra tanınmış klubları yolundan kənarlaşdırıb. Lakin “Zirə” ölkədaxili yarışlarda sərgilədiyi çıxışı Avroliqada da göstərə bilsə, mərhələni keçməkdə problem yaşamayacaq. Onu da unutmayaq ki, rəqib “cırtdan” ölkə təsmilçisidi. Belə bir komandadan qorxmaq lazım deyil. Abbasovun komandası çempionatda yaxşı təsir bağışlayıb, transferlər edilib, yoxlama oyunlarındakı nəticə qənaətbəxşdi. Deməli, “Zirə”nin “Differdanj”dan çəkinmək üçün əsası yoxdu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar