22 in 19:08aktual

“Mladost”la oyunu böyük ümidlərlə gözləyirik”

“Mladost”la oyunu böyük ümidlərlə gözləyirik”
Svanadze “İnter”lə birillik müqavilə bağlayacaq

Dünənki gün getsin, bir də qayıtmasın! Onsuz da qayıtmayacaq. Əslində dünən səhər ruh yüksəkliyi ilə redaksiyaya getmişdim. Lakin günün sonu heç də ürəyimcə olmadı. Belə ki, səhər zəng edib, “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla danışdım. Ona dedim ki, axşam komandanın məşqinə gəlmək və baş məşqçi Zaur Svanadzedən müsahibə götürmək istəyirəm. Öncə bildirim ki, Səbuhi bəy hər zaman işinə zərgər dəqiqliyi ilə yanaşan adamdı. Səhvlərə çox az yol verir, bəlkə də heç vermir. Məmmədov bildirdi ki, komanda axşam “Neftçi”nin Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında toplaşacaq. Saat 18.10-da orda olmağımı xahiş etdi.
Digər işlərimi yekunlaşdırıb, yollandım həmin ünvana. Özü də Səbuhi bəyin dediyindən yarımsaat tez. Mühafizə xidmətinin işçisi məni görüb qəribə bir hal aldı. “İnter” gəlməlidi, məşqi izləyəcəm” deməyimdən sonra onun reaksiyası belə oldu: “Qardaş, burda məşq olmayacaq, bizə xəbər etməyiblər, gözlə, dəqiqləşdirim”. O kiməsə zəng etdi və cavab gəldi ki, həqiqətən İsmət Qayıbov adına stadionda “İnter”in məşqi planlaşdırılmayıb. Ardınca Səbuhi bəyə zəng etdim. Lakin onun nömrəsinə zəng çatmadı. Yarım saat ərzində üç-dörd dəfə cəhd eləsəm də, yenə nəticə vermədi. Sonra “İnter”in hücumçusu Rauf Əliyevi aradım. O isə dedi ki, axşam məşqi 7-yə işləmiş Bakı Olimpiya Stadionun (BOS) yanındakı meydançada olmalıdı, lakin dəqiq deyil. Bu arada həmkarım, redaksiyada eyni otağı bölüşdüyüm Farizə bildirdim ki, Səbuhi bəylə əlaqə yaratsın. Məmmədov ona bildirib ki, məşq dəqiq “Neftçi”nin bazasındadı. Üstündən 10 dəqiqə keçəndən sonra Rauf yenidən yazdı ki, məşq BOS-un meydançasında olacaq. Özü də cəmi 1 saatlıq.
Kor-peşman yola çıxıb, avtobusa əyləşib metronun Əzizbəyov stansiyasına, ordan da piyada BOS-a yollandım. Saat 19.00-da artıq stadionun yanında idim. BOS-un mühafizəçisinə dedim ki, bəs məşqi izləməyə gəlmişəm, “İnter”in mətbuat xidmətinin rəhbərinin və komandanın baş məşqçisinin xəbəri var. Qardaş dedi ki, mən bunun üçün komandanın əraziyə daxil olduğu 5-ci qapıdan girməliyəm. Nəsə, uzun məsafə qət edib yaxınlaşdım nəzarət-buraxılış məntəqəsinə. Ordan isə məni içəri buraxmaq istəmədilər. Baxmayaraq ki, jurnalist vəsiqəm üstümdə idi. Mühafizə xidmətinin əməkdaşları bildirdilər ki, “İnter” bizi xəbərdar etməyib, ona görə buraxa bilmərik. Nə qədər başa salsam da, bir nəticə vermədi. 15 dəqiqəni də burda itirdim. Yeri gəlmişkən, yoldaykən Səbuhi bəylə əlaqə saxlamaq mümkün oldu. O, anlaşılmazlıq olduğunu, son anda məşq keçəcəkləri yerin dəyişildiyini bildirdi, üzrxahlıq etdi. Onun nəzərinə BOS-un mühafizəçiləri ilə dialoqumu da çatdırdım. Sonra stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Soltanovaya zəng etdim, məsələni başa saldım. Buna baxmayaraq, yenə məni içəri buraxmadılar. Ardınca BOS-un direktoru Cavid Qareyevlə əlaqə saxladım, hətta Səbuhi bəy də ona zəng etdi ki, bəs içəri girməliyəm. Bu icazə mühafizə xidmətinə çatdı və bəndəniz içəri girə bildi. Düz 19.27-də. Bu vaxt isə “İnter”in 1 saatlıq məşqi yekunlaşdı, futbolçular və məşqçilər korpusu avtobusa oturaraq, BOS-u tərk etdi. Mən isə...
Başıma gələnləri belə ətraflı yazmaqda məqsədim heç də əlavə intriqa yaratmaq, hay-həşir salmaq deyil. Sadəcə, zəhmətimin boşa getməsinə təəssüflənirəm. Burda məsuliyyət Səbuhi Məmmədovundu. Onunla da yaxşı münasibətim var, BOS-un rəsmiləri və əməkdaşları ilə də. Lakin unutmaq olmaz ki, həqiqət dostluqdan üstündü. Sağ olsun, sonra zəng edib Zaur Svanadzedən müsahibə götürməyimə imkan yaratdı. Gürcü mütəxəssis özü zəng edərək, anlaşılmazlığa görə üzrxahlıq etdi və müsahibə verdi. Odu ki, yuxarıdakı hadisəni unudub, Svanadze ilə söhbətimizlə tanış olun.
- Öncə istərdik Boludakı təlim-məşq toplanışını dəyərləndirəsiz.
- Təlim-məşq toplanışından çox razı qaldım. Komanda özünü yaxşı tərəfdən göstərdi. Ən sevindirici hal odu ki, toplanış zədələrsiz ötüşdü. Düşərgədə hamı sağlamdı. Ordakı şərait də bizi qane etdi. Üstəlik, hava şəraiti çox yaxşı idi. Qarşıda bir həftəmiz var. Hazırlıqlarımız davam edir. Vaxtdan maksimum yararlanıb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
- 3 yoxlama oyunu keçirdiz, iki qələbə və bir məğlubiyyət qeydə alındı. Oyunlardan razı qaldız?
- Demək olar ki, hə. Yeganə narazı qaldığım məqam yoxlama oyunlarının sayı oldu. Biz 4 oyun planlaşdırmışdıq. Lakin orda rəqib tapmaq mümkün olmadı. Bu bir az məni narahat etdi. Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Əsas uşaqların hazırlığıdı. İstəyimiz komandanı taktiki planda yoxlamaq idi. Biz bunu bacardıq. İlk iki oyundan fərqli, son matçda əla çıxış etdik.
- “Zirə”ni Türkiyədə də məğlub edə bilmədiz.
- Onlar da bizi məğlub edə bilmirlər (gülür) Türkiyədə onlara qolu özümüz hədiyyə etdik. Heç nədən, öz səhvimizdən qol buraxdıq. Düşünmürəm ki, “Zirə”dən zəifik. Gücümüz, demək olar ki, eynidi. Sadəcə, onların xeyli və yaxşı legionerləri var. Bizdə isə cəmi iki legioner oynayır.
- Necə düşünürsüz, “İnter” Avroliqaya hazırdı?
- Tam hazır olduğumuzu deyə bilmərəm. Bunu “Mladost”la oyun göstərəcək. Yaxşı hazırlıq keçmişik. Uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən özlərini yaxşı hiss edirlər. Ciddi problem yoxdu. Uşaqlar özlərinə inanırlar. “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik.
- “Mladost” necə rəqibdi?
- Çox ciddi və çətin. Heç kim bir faktı inkar edə bilməz ki, Serbiya futbol ölkəsidi, orda futbol ənənələri var. Bu üzdən rəqibi yüksək dəyərləndirirəm. Komandanın heyəti yaxşı futbolçulardan qurulub. Bilirsiz ki, Serbiyanın həmişə yaxşı oyunçuları olub. İndi də var.
- Rəqibin oyunlarını izləmisiz?
- Hələlik iki oyunu izləmək imkanım olub. Qarşıdakı günlərdə bir neçə matça da baxacam. Xüsusilə də güclü rəqiblərə qarşı oyunlarına. Baxdığım görüşlərdən birini 5 müdafiəçi ilə oynayıblar. Oyunların çoxunda isə 4 müdafiəçi ilə oynayırlar. Yəni 4-4-2 sxemi ilə. Yenə baxıb, lazımi nəticələr çıxaracağıq.
- “Mladost” ilk dəfə avrokuboklarda çıxış edəcək. Bu amil sizin xeyrinizə işləyə bilər?
- Buna çox inanıram. Çünki bizim avrokubok təcrübəmiz çoxdu. Baxmayaraq ki, ötən mövsüm qitəmiqyaslı turnirlərdə iştirak etmədik. Lakin onlar da rahat meydana çıxmayacaqlar. İlk dəfədi deyə, irəli getmək istəyəcəklər. Bütün güclərini ortaya qoyacaqlar.
- Çox adam düşünür ki, “İnter” bu mərhələni rahat keçməlidi. Siz necə düşünürsüz?
- Rahat? Serbləri asanlıqla keçmək olar? (gülür) Buna inanmayın. Lakin ümid edirəm ki, belə olacaq. Hər şeyə real baxmaq lazımdı. Biz mübarizə aparacağıq.
- Rəhbərlik Avroliqada qarşınıza hansı məqsədi qoyub?
- Bizə heç bir təzyiq olmayıb. Konkret deyilməyib ki, filan mərhələyə qədər irəliləməlisiz. Rəhbərlik hansı vəziyyətdə olduğumuzu yaxşı anlayır, görür. Transferlər edə bilmirik, heyətimiz geniş deyil. Bu üzdən rəhbərliyin təzyiqi ilə qarşılaşmırıq. Bu da komanda üçün yaxşıdı. Futbolçular özlərini yaxşı hiss edirlər. Təzyiq olmayanda komanda əla oynayır, istəyini tam ortaya qoya bilir.
- “Neftçi”yə transfer olunan Səlahət Ağayevi müvəqqəti komandaya götürmüsüz, amma “Qarabağ”a keçən Abbas Hüseynovu yox. Mətbuat yazırdı ki, Abbas da sizə Avroliqada kömək edəcək.
- Biz Abbas üçün “Qarabağ”a müraciət etməmişdik. Bilmirəm, müraciət etsəydik, icazə verərdilər, ya yox. Amma bu söhbət açılmayıb.
- “İnter”lə müqavilənizin müddətinin bitməsinə 10 gündən də az vaxt qalıb. Yeni sözləşmə nə vaxt olacaq?
- Düzünü desəm, bilmirəm. Yaxın günlərdə olmalıdı. Onlar müqaviləni hazırlayırlar. Mən buna görə narahat deyiləm. Bütün diqqətimi komandanın hazırlığına yönəltmişəm. Çox güman, iyulun 1-də yeni müqavilə imzalanacaq.
- Necə düşünürsüz, yeni müqavilə neçə illik olacaq?
- Çətin sualdı. Çox güman, birillik. Dəqiq deyə bilmərəm.
- Yəqin ki, bugünlərdə mətbuatı oxuyursuz. Deyilənə görə, yerinizə artıq namizəd var. Bu, əvəzedici komandaya əlaqələndirici gətirilən Ramiz Məmmədovdu. Bu haqda nə düşünürsüz?
- Onun mənim yerimə gələcəyini düşünmürəm. Kim nə yazır-yazsın. Dediyim kimi, yaxın günlərdə yeni müqavilə imzalanacaq. Mənim karyeram Avroliqadakı nəticələrdən asılı deyil. 3 ildi burdayam. Bu illər ərzində komandanı hər kəs görüb. Nəyisə sübut etməyə ehtiyacımız yoxdu.
- Bəs “Qarabağ”, “Qəbələ” və “Zirə”nin rəqibləri haqda nə düşünürsüz?
- Hamının şansı var. Lakin “Qarabağ”ın şansı daha yüksəkdi. Qurban Qurbanovun yaxşı, güclü komandası var. “Qəbələ” və “Zirə”yə də o qədər çətin rəqiblər düşməyib. Ümid edirəm ki, hamı mərhələni keçər. Azərbaycanın 4 klubundan ən çətin rəqib “İnter”ə düşüb. Yalnız bizim bəxtimiz gətirmədi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar