22 in 18:58aktual

Hakimlərimizdən videotəkrara fərqli yanaşma

Hakimlərimizdən videotəkrara fərqli yanaşma
Fariz Yusifov: “Məncə, bu heç də ürəkaçan bir iş olmayacaq”
Ramil Diniyev: “Əsas məqsəd səhvlərin sayının azaldılmasıdı”


Hazırda davam edən Konfederasiyalar Kubokunda yeni sistemin tətbiqindən xəbərdarsız. Söhbət mübahisəli qol vəziyyətləri zamanı müraciət edilən videotəkrardan gedir. Artıq bir neçə görüşdə hakimlər həmin sistemin köməyindən yararlanıb. Maraqlıdı ki, videoassistent məsələsinə münasibət birmənalı deyil. Onun ən böyük üstünlüyü, heç şübhəsiz, ədalətin yerini tapmasıdı. Yəni hansısa komanda hakim səhvinin qurbanına çevrilmir. Ancaq bəziləri düşünür ki, videotəkrar futbolun təbiiliyinə zərbə vurur. Matçın tempinin aşağı düşməsini də, qol vuran komandanın təxminən 1 dəqiqə gözləyib, kompüterdən gələn cavaba əsasən sevinc yaşamasını da mənfi məqamlar kimi dəyərləndirmək olar. Onu da qeyd edək ki, videoassistentin tərəfdarı olanlar çoxluq təşkil edir. Yeni sistemin müsbət və mənfi tərəfləri ilə bağlı bizim hakimlərin də fikirlərini öyrənməyi lazım bildik.
Fariz Yusifov: “Bilirsiz, mənə xoş olmayan nədi? Hakim oyunu saxlayır, jest edir ki, kimsə mənə nəsə deyəcək. Burda maraqlı məqam var. Qərar səhv olanda, deyək ki, qol ləğv olunur. Bəs hakim düz olanda, niyə ona “sağ ol” demirik, alqışlamırıq? Bax, bu mənə maraqlıdı. Düzdü, qalib tərəf qələbənin sevincini yaşayır. Yenə deyirəm, bu qərarlar bir əks-səda verəcək. Hansısa oyunda daha öncə videotəkrara görə azarkeşlər ayağa qalxmışdı. Bu sistem azarkeşləri də bizim üzərimizə qaldıracaq. Ədalətli qərar? Biz meydana daxil olanda özümüzə söz veririk ki, ədalətli qərar verəcəyik. Futbol dinamik, hərəkətli oyundu. Ancaq videotəkrar sürəti ləngidir. Bizim bəzi klublar bir tərəfdən şikayət edir ki, hakim tez-tez oyunu saxlayır, fit çalır, oynamağa imkan vermir. İndi belə bir durumda hamı gözləsin, qərar nə vaxt veriləcək. Hər kəs dayanıb, qərarı gözləyir. Oyunun tempini öldürürük axı. Məncə, bu heç də ürəkaçan bir iş olmayacaq. Videotəkrarın tərəfdarı olanlar yəqin ki, yaxşı hakimlik etməyiblər. Bu, gələcək üçün yaxşı effekt verməyəcək. Futbolun yarandığı vaxtdan bu günə kimi araşdırın, görün, nə qədər belə şeylər olub. Müəyyən vaxtdan sonra həm klub, həm də azarkeşlər o səhvi qəbul edib. Hücumçu qapıçı ilə üz-üzə olanda fərqlənə, boş qapıya “düşə”, penaltini qola çevirə bilməyəndə bunu səhv adlandırmırlar. Ancaq hakim xırda bir yanlışlığa yol verəndə, onun üstünə, ünvanına nə lazımdısa, deyilir, yazılır. Qərarın həmin an dəyişdirilməsi mənəvi cəhətdən bizə təsir edər. Bir hakim kimi bunu deyirəm. Həmin an düşünərsən ki, birdən növbəti qərarım da səhv olar, məni fitə basarlar. Bunun axırı necə olacaq? Keçirdiyimiz hissləri bizdən başqa heç kim bilə bilməz. Qərara baxılan müddətdə hakimin nə yaşadığını sözlə ifadə etmək çətindi. Yadınızdadısa, stadionlardakı ekranlarda təkrarın nümayiş etdirilməsini ləğv etmişdilər. Bu addım hakimlərin imicinə görə atılmışdı. Yəni azarkeşlər həmin anı görüb, referilərə təsir edə bilərlər. Bu da eyni şeydi. Ola bilər, DÇ-də də bundan yararlansınlar. Amma inanmıram ki, daxili çempionatlarda istifadə etsinlər. Sadəcə, FİFA və UEFA rəhbərliyi yenidi, özlərini göstərmək üçün yenilik etmək istəyirlər. Əsas hədəf isə hakimlər olur”.
Ramil Diniyev: “KK-nın oyunlarını imkan daxilində izləyirəm. Fikrimcə, videotəkrar pis effekt vermir. Bu mənim subyektiv fikrimdi, həmin sistem müəyyən mənada futbolun intriqasına kölgə sala bilər. Razılaşarsız ki, futbolun gözəlliyindən, baxımlılığından danışırıqsa, orda futbolçunun səhvi olduğu kimi, hakimin də səhvi olmalıdı. Bu qaçılmazdı. Son illərdə futbolda sürət və texnika artıb. Həmin sistemin tətbiq edilməsinin əsas məqsəd səhvlərin sayının azaldılmasıdı. Bu baxımdan videoassistentin köməyindən istifadə məqsədəuyğundu. Onun əleyhinə deyiləm. Hələ ki eksperiment kimi ondan yararlanırlar. Məlum deyil ki, DÇ, AÇ, ÇL və Avroliqada videotəkrardan istifadə olunacaqmı? Ancaq indiki halda effekti var. Bir neçə oyunda hakim səhvlərinin qarşısı alındı, mübahisələrə son qoyuldu. Lakin hakimin işinə müdaxilə kimi də qiymətləndirilir. Elə bil insan amili yerini kompüterə verir. Təbii, matçın tempinə təsir edəcək. Deyək ki, uduzan komanda sürəti artırmağa çalışır, belə bir mübahisə yaranır, təxminən 1 dəqiqə vaxt gedir. Birdən iki belə epizod oldu? Sürəti artırıb qol vurmaq istəyən komandanın əleyhinə işləyəcək. Hər halda, söz-söhbətə ordaca son qoyulması yaxşı haldı. Həmin texnologiyadan istifadə etməmişik və ona görə də hakimlərin nə hiss etdiklərini demək çətindi. Onu yaşasaydıq, daha dəqiq fikir söyləmək olardı. Videotəkrar oldu-olmadı, hakim çalışmalıdı psixoloji gərginliyə düşməsin. Bizə də daim deyilir ki, səhv etdinizsə, çalışın onu unudun. Əks halda, onu fikirləşərkən, yeni səhvlərə yol verə bilərsiz. Yəni texnologiya sənin yanlışını üzə çıxardı-çıxarmadı, belə olmalıdı. Bir sözlə, videoassistent hakimin işinə müdaxilə kimi olsa da, hər hansı səhvin, münaqişənin, söz-söhbətin qarşısının alınması baxımından yaxşıdı. FİFA və UEFA-ya rəhbərlik edənlər də uzun müddətdi futbolun içindədi. Onlar da “kiməsə qəsdən kömək edildi” fikrinin yaranmaması üçün bu texnologiyanın tərəfdarıdı. Belə deyək, səhv idi, yerindəcə doğru qərar verildi. Hakimlərin yaxasını təzyiqdən qurtarır. İndi çoxları razıdı, ancaq gələcəkdə necə effekt verəcəyini, hansısa yarışlarda istifadə olunub-olunmayacağını deyə bilmərik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar