21 in 20:38aktual

“Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq

“Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq
Tsetsadze: “Qarabağ”la oynamaq bizim üçün böyük fəxrdi”

Qarşıdakı avrokubok mövsümünün püşkü atıldı. Bununla da rəqiblərin adlarına aydınlıq gəldi. “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia” ilə münasibətlərinə aydınlıq gətirəcək. Həmin komanda ki, ötən yay “Qəbələ”yə rəqib olmuşdu və iki oyunun nəticəsinə görə (5:1, 1:2) Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv mərhələ adlamışdı. Bu dəfə necə alınacağını zaman göstərəcək. Biz isə fürsətdən istifadə edib ötən il “Samtredia” ilə Bakıya səfər etmiş baş məşqçi Giya Tsetsadze ilə söhbətdə püşkün nəticəsi ilə bağlı suallara aydınlıq gətirdik.
- Özünüzü necə hiss edirsiz?
- Normal.
- Normal, yoxsa əla?
- Əlaya doğru normaldı (gülür).
- Püşkün nəticəsi əhvalınızı korlamadı ki?
- Yox, niyə ki?! Onsuz da hansısa rəqiblə oynamalıydıq. Bəxtimizə “Qarabağ” düşdü. Əhvalımı korlayacaq heç nə yoxdu. “Qarabağ” olmasaydı, başqası olacaqdı.
- Rəqib qismində hansı komandanı arzulayırdız?
- Elə komandaların adları vardı ki, seçim etmək mənasız sayılardı. Hər birinin özünə görə ad-sanı, oyun dəst-xətti var. Ölkələrinin çempionu olublarsa, zəiflikdən söhbət gedə bilməz. Aşağı-yuxarı eyni səviyyədədilər. APOEL, “Partizan”, “Zaltsburq”, “Ludoqorets” – hamısı sayılıb-seçilən komandalardı. Ona görə də “Qarabağ”ın adını görəndə xüsusi hiss keçirmədim. Səmimi deyirəm, sakit qarşıladım.
- “Qarabağ” haqda hansı məlumatlara sahibsiz?
- Son iki həftədə potensial rəqiblərin son durumunu bilmək üçün müəyyən nöqtələrə nəzər saldım. Onların arasında “Qarabağ” da vardı. Özüm üçün müəyyən məlumatlar əldə edə bildim. Rəqibin nəyə qadir olduğunu yaxşı bilirəm. Neçə ildi Azərbaycanda və Avropada özünü yaxşı tərəfdən göstərən kollektivdi. Baş məşqçiləri Qurban Qurbanov uzun illərdi komandanın başındadı, istədiyi komandanı formalaşdıra bilib. Ümumi bilgilərim var. Qarşıda müəyyən qədər vaxtımız var. Bu zaman kəsiyində “Qarabağ”ı lap yaxından tanımağa çalışacam. Güclü və zəif cəhətlərini müəyyənləşdirməliyik.
- Köməyinizə “İnStat” və digər sistem proqramları çatacaq, yoxsa Azərbaycanda çalış(an)mış gürcü həmkarlarınız?
- Hər iki vasitədən yararlanmağa çalışacam (gülür).
- Zaur Svanadze, Kaxaber Tsxadadze...
- Onlar mənim yaxın dostlarımdı. Əlbəttə, onlarla da məsləhətləşəcəm, yeni nəsə öyrənməyə çalışacam. Ən əsası, “Qarabağ”ın son oyunlarını izləməliyəm.
- “Beş potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadı" – bu sözlərin müəllifi Qurban Qurbanovdu.
- Mən ilk növbədə komandama hörmətlə yanaşdığına görə Qurbanova təşəkkürümü bildirmək istəyirəm. “Qarabağ”la oynamaq bizim üçün də böyük fəxrdi. Çox sayda legioner və milli üzvlərindən qurulmuş kollektivə qarşı mübarizə aparacağıq. Son illər müntəzəm Avroliqanın qrup mərhələsində çıxış etməklə böyük təcrübə toplayıblar. Və ən vacibi, baxımlı futbola üstünlük verirlər. Fikrimcə, gürcü və azərbaycanlı azarkeşlər üçün bir-birindən maraqlı iki oyun baş tutacaq.
- İlk görüşün Bakıda baş tutması xeyrinizədi?
- Düzünü desəm, belə şeylərə xüsusi önəm verən adam deyiləm. Oyundu, fərqi yoxdu, evdə, ya səfərdə. Onsuz da oynamalıyıq. Ola bilsin, müəyyən mənada təsiri var. Üstünlük odu ki, səfərdə bir qol vurmaqla şanslarımızı yaxşılaşdıra bilərik. Digər tərəfdən, cavab matçında, yəni “doğma divarlar” arasında rəqibi daha yaxından tanımış olacağıq.
- Ötən il “Qəbələ”ni Zestafonidə qəbul etmişdiz. Bu dəfə necə olacaq?
- Ölkənin bir nömrəli arenası sayılan Boris Payçadze adına “Dinamo” stadionunda.
- Bir az da sizin komandadan danışaq. Vəziyyət necədi?
- Heç bir problem yoxdu, əvvəlki xətt üzrə davam edirik. Ötən mövsüm necəydisə, bu il də elə. Düzdü, müəyyən dəyişikliklər olub. Bəzi futbolçular gedib, onları yenilər əvəzləyib. Bir-iki nöqsanlar var ki, “Qarabağ”la oyunlara qədər onları aradan qaldırmalıyıq.
- Heyətə nəzər saldım, legioner yoxdu.
- Hələ ki yoxdu. Oyuna qədər necə olacağını indidən deyə bilmərəm.
- İstəyirsiz?
- Kim istəməz? Bu gün “Barselona” ilə “Real”ın gözü də başqa ölkələrdə top qovan futbolçulardadı. Legionerin ziyanı yoxdu.
- Pulunuz var?
- (qəhqəhə çəkib gülür) Pul var, amma sizdəki qədər deyil. Elə edirik ki, bir ilə çatsın.
- Büdcə nə qədərdi?
- Bunu açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, “Qarabağ”ın büdcəsi qədər geniş deyil.
- Bakıya ötən yay da səfər etmişdiz. “Qəbələ” ilə oynamağınız bu dəfə “Qarabağ”la matçdan əvvəl üstünlük sayılmalıdı. Ən azı səfər ab-havasına bələdsiz, Azərbaycan təmsilçisi ilə oyun təcrübəsinə maliksiz.
- Burda məsələ ikibaşlıdı. Razıyam, ötənilki qarşılaşmalar bizə müəyyən təcrübə qazandırdı. Ötən yay Bakıya ilk səfərimiz idi, bəzi futbolçuların təcrübəsi yox idi, mühitdən xəbərsiz idilər. Bu dəfə nisbətən sərbəst olacaqlar. Amma oyun üslubuna görə “Qarabağ”la “Qəbələ”nin fərqli komandalar olduğunu düşünürəm. Yəni “Qəbələ” ilə üzləşməyimizin oyun planında bizə köməyi dəyməyəcək. İstənilən halda, “Qarabağ”ı təhlil etməli, işimizi buna uyğun qurmalıyıq.
- Növbəti mərhələyə yüksəlmək şanslarını faizlə necə dəyərləndirə bilərsiz?
- İndi heç cür. Bu sualı Bakıdakı oyundan sonra baş tutacaq mətbuat konfransında verərsiz, cavablayaram. İndi şanslardan danışmaq üçün tezdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar