21 in 20:35aktual

“Mladost”un baş məşqçisi püşkdən məmnundu

“Mladost”un baş məşqçisi püşkdən məmnundu
Qurban Qurbanov: “Beş potensial rəqibdən ən çətini düşdü bəxtimizə”

Noyonda baş tutan püşkatma mərasimində klublarımızın rəqiblərinin adlarına aydınlıq gəldi. Bu üzdən komandaların düşərgələrindən səslənən fikirləri dinləmək maraqlı olar.
Qurban Qurbanov: “Beş potensial rəqibdən ən çətini düşdü bəxtimizə. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab görüşündə göstərdiyi futbolu gördük. Xarakterli komandadı. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdü. Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqları aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.
Zaur Svanadze: “Rəqibimizin kim olduğunu bildik. Artıq diqqətimizi ilk oyunun hazırlığına yönəldəcəyik. “Mladost” güclü komandadı. Serbiya futbolu həmişə yaxşı mənada fərqlənib. Rəqib haqda ətraflı məlumat toplayacağıq. Kiminlə düşmək istərdik? Artıq bunun mənası yoxdu. Belə baxanda, böyük fərq etmir. Bəxtimizə hansı komanda düşübsə, ona qarşı da oynamalıyıq. Futbolda istənilən nəticə qeydə alına bilər. Hər komandanın şansı var. İndiki məqamda məni yalnız “Mladost”la oyunlar maraqlandırır. Futbolçularıma inanıram. Bu heyətlə də mübarizə apara, “Mladost” səddini keçə bilərik. Necə olacağını görəcəyik. Amma istənilən rəqibə qarşı oynayıb, uğur qazanmaq olar. Hazırlıqdan çox şey asılıdı. Qarşılaşmaya eyni tempdə hazırlaşmaqda davam edəcəyik”.
Ayxan Abbasov: ”Differdanj” ölkəsinin ən güclü iki klubundan biridi. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xal toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha ətraflı məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk qarşılaşmanın evdə olması bizim üçün üstünlükdü. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi təhlil etmək üçün vaxtımız olacaq. Avroliqada debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki görüşdə yaxşı oynayıb mərhələni keçək".
Roman Qriqorçuk: “Püşkatmanın nəticəsinə həmişə sakit yanaşmışam. Püşk atılanda heç vaxt əsəbləşmirəm. Buna görə də istənilən komandanın bizə rəqib olmasını sakit şəkildə qəbul edirəm. Çünki mənim üçün bütün komandalar güclüdü. Hər bir rəqibə hörmət edirəm. İşimizə daim ciddi yanaşırıq. Əminəm ki, potensial rəqiblərimiz də bu cür davranırlar. İndiki məqamda onlar barədə ətraflı fikir bildirə bilmərəm. Cütün qalibi müəyyənləşəndən sonra konkret danışmaq olar. Yalnız onu deyim ki, mən Gürcüstan və Polşa futbolunun nə demək olduğunu yaxşı anlayıram. Başa düşürəm ki, bu komandaların gücləri və oyun tərzləri fərqlidi. İndiki məqamda hər iki komandanı təhlil etməklə məşqlər keçəcəyik. Rəqibimiz dəqiq bilinəndən sonra isə qarşılaşacağımız komandaya uyğun şəkildə hazırlaşacağıq”.
Roman Axalkatsi, “Simurq”un sabiq gürcü futbolçusu: “Komandaların son illərdəki nəticələrini və hazırki durumunu nəzərə alsaq, “Qarabağ”ın növbəti mərhələyə adlamaq şansı daha çoxdu. Azərbaycan futbolunu izləməyə çalışıram. “Qarabağ” haqda məlumatım var. Bilirəm ki, Avropa səviyyəli, yaxşı komandadı. Müntəzəm avrokuboklarda iştirak edir. Bu mənada “Qarabağ”ı güclü rəqib sayıram. Amma futbolda istənilən komandanın, o cümlədən “Samtredia”nın mərhələ adlamaq şansı var. Gürcüstan təmsilçisi yaxşı taktika, ağıllı strategiya, rəqibi düzgün qiymətləndirmək, bir sözlə, üstün keyfiyyətlərindən istifadə etmək və “Qarabağ”ın zəif cəhətlərini tapmaqla mərhələ keçə bilər. “Samtredia”nın ötən mövsüm “Qəbələ” ilə oyunlarını izləmişdim. Həmin vaxt təmsilçiniz layiqli şəkildə mərhələ adlamışdı. Onlar iki görüşün nəticəsinə əsasən mübarizəni davam etdirən tərəf olmuşdular. Hazırki “Samtredia” fərqlidi, oyunçular dəyişib. İndiki “Samtredia”nın əvvəlkindən güclü və ya zəif olduğunu demək isə çətindi. Komandanın səviyyəsi meydanda bilinəcək. Güclü tərəf mərhələ adlayacaq. SSRİ dövründə Gürcüstan təmsilçilərinin böyük üstünlüyü var idi. Son illərdə isə üstün tərəf Azərbaycan komandalarıdı. “Qarabağ”ı avrokuboklardakı nəticələrinə görə son illərdə Qafqazın ən yaxşı, ən güclü komandası adlandırmaq olar”.
Nenad Milovanoviç, “Mladost”un baş məşqçisi: “Püşkün nəticəsindən razı qaldım. Digər potensial rəqiblərimizi nəzərə alaraq, püşkdən razıyam. Ümidlənməyə haqqımız var. “Mladost” özünü göstərməlidi. Onu deyə bilərəm ki, komandamız mərhələ adlamaq üçün maksimum gücünü göstərəcək. Klubumuzu və Serbiya futbolunu dünyada layiqincə təmsil etmək istəyirik. Bunun üçün gücümüzün yetərli olub-olmadığını görəcəyik”.
Rəşad Sadıqov: "Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim. Bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğu ilə seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib, daha yaxından tanımağa çalışacağıq. Şansları bərabər dəyərləndirirəm. Cavab oyununun səfərdə olması isə rəqib üçün üstünlükdü. “Samtredia”nın daha bir üstünlüyü odu ki, Gürcüstanda hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən qayıdacaq və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdı. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İnşallah, oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".
Rəşad Sadiqov: "Zirə"nin avrokuboklarda debütü olacaq. Komanda olaraq təcrübəsizik, bunu mən deməsəm də, faktlar deyir. Ona görə də rəqiblərdən hansı ilə qarşılaşacağımız xüsusi önəm daşımırdı. Bizdən başqa hamısının özünə görə təcrübəsi var. Bizdə elədi ki, hamı bəxtimizə San Marino, Lüksemburq, Lixtenşteyn kimi ölkələrin təmsilçilərinin düşməsini arzulayır. Ancaq həmin komandaların avrokuboklarda nə ilə yadda qaldıqlarına baxan yoxdu. Məsələn, "Differdanj"in statistikasına baxdıq, "Olimpiakos" və "Utrext" kimi rəqibləri avrokubok mübarizəsindən kənarlaşdırıblar, "Trabzonspor"u keçə bilməsələr də, asan təslim olmayıblar. Avrokuboklarda keçirdikləri 30 oyunun 10-da qələbəyə seviniblər. Belə rəqibə yuxarıdan aşağı baxa bilmərik. İşimizə ciddi yanaşıb, yalnız və yalnız öz oyunumuz haqda düşünməliyik. İnşallah, mərhələni adlayan tərəf olarıq".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar