21 in 17:33aktual

Rəqiblərin tanıtması

Rəqiblərin tanıtması
Rəqiblərin tanıtması
Rəqiblərin tanıtması
Samtredia
Tam adı: FC Samtredia
Ləqəbi: yoxdu
Yaranma tarixi: 1936
Stadionu: “Erosi Mancqaladze” stadionu (15000 yerlik)
Təmsil etdiyi şəhər: Samtredia
Prezidenti: Giya Omanadze
Baş məşqçisi: Giya Tsetsadze
Çıxış etdiyi çempionat: umaglesi liqa
Son mövsüm tutduğu yer: 1
Forma rəngi: ağ-göy (ev), göy-ağ (səfər)
Uğurları: ölkə çempionu (2016)
Avrokuboklardakı göstəricisi
Avroliqa 4 1 0 3 3-9
cəmi 4 1 0 3 3-9
Tarix
Əslində ötən mövsüm bu komanda “Qəbələ” ilə qarşılaşıb. Bu üzdən “Samtredia” azərbaycanlı futbolçulara yad rəqib deyil. Bununla belə, klubun tarixinə bir daha nəzər salaq. “Samtredia” müxtəlif illərdə fərqli adlarda fəaliyyət göstərib: “Lokomotiv”, “Sanavardo”, “Cuba”, “İberiya”. Samtredia şəhərində ilk futbol klubunun əsası 1936-cı ildə qoyulub. Həmin vaxt komanda “Lokomotiv” adı ilə SSRİ çempionatının 2-ci liqasında mübarizə aparırdı. Özü də uzun illər ərzində Gürcüstanı yaxşı tərəfdən təmsil edib. Sovet imperiyası dağılandan sonra isə “ağ-göylər” Gürcüstan çempionatında 3 adda çıxış edib: “Sanavardo”, “İberiya”, “Samtredia”. Lakin bu komandanın hansısa ciddi uğurlarının olduğunu söyləmək olmaz. Ən böyük nailiyyət “İberiya” adı altında 1994/95 mövsümünə təsadüf edir. Həmin il AL-ə vəsiqə qazanan “ağ-göylər” avrokuboklardakı debüt mövsümündə uğurlu ola bilməyib. Daha doğrusu, Samtredia təmsilçisinin bu ilə qədərki yeganə Avropa macərası 2 qarşılaşma ilə yekunlaşıb. Makedoniya “Vardar”ı hər iki matçda gürcüləri məğlub edib (2:0, 1:0). Müxtəlif illərdə “Samtredia”nın heyətindən tanınmış gürcü futbolçular çıxıb. Bunlardan ən populyarı “Samtredia”dan başlayan karyerasını Ukrayna “Dinamo”sunda, İtaliyanın “Milan” və “Cenoa” kimi klublarında davam etdirən Kaxa Kaladzedi. Gürcüstanda uzun müddət titul qazana bilməyən “Samtredia”, nəhayət, 2016-cı ildə bu həsrətə son qoydu. Komanda ölkə çempionu olaraq, ÇL-də mübarizə aparmaq imkanı yaxaladı.

Baş məşçqi, heyət, son mövsümdəki çıxış
“Samtredia”nı 42 yaşlı Giya Tsetsadze çalışdırır. O, 2015-ci ilin iyunundan “göy-ağlar”a rəhbərlik edir. Komandanın heyətinin əsasını gürcü futbolçular təşkil edir. Bundan başqa, Ukrayna pasportu olan iki gürcü oyunçu da “Samtredia”nın şərəfini qoruyur. Hazırda göy-ağ formanı geyən rusiyalı Konstantin Belovun taleyi isə hələ bəlli deyil. Yuxarıda qeyd etdiyimiz kimi, 2016-cı ildə “Samtredia” çempion oldu. Məlum olduğu kimi, Gürcüstan çempionatı hazırda davam edir. “Samtrediya” 17 oyundan sonra 3-cü pillədə qərarlaşıb. Komanda 9 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət fonunda 30 xal toplayıb. Tsetsadzenin yetirmələri sabah çempionatda növbəti oyununu keçirəcək. Rəqib “Dila” olacaq. Qeyd edək ki, “Samtredia” artıq ölkə kubokunda mübarizəni dayandırıb. Komanda 1/8 finalda “Torpedo”ya uduzub (0:2).

Mladost
Tam adı: FK Mladost Luçani
Ləqəbi: yoxdu
Yaranma tarixi: 1952
Stadionu: “Mladost” stadionu (8000 yerlik)
Təmsil etdiyi şəhər: Luçani
Prezidenti: Vladimir Corceviç
Baş məşqçisi: Nenad Milovanoviç
Çıxış etdiyi çempionat: superliqa
Son mövsüm tutduğu yer: 4
Forma rəngi: ağ (ev), göy (səfər)
Uğurları: yoxdu
Avrokuboklarda iştirak etməyib.
Tarix
“Mladost”un əsası 1952-ci ildə qoyulub. Luçani təmsilçisinin 65 yaşı olmasına baxmayaraq, ciddi uğurları yoxdu. Komanda 1994/95 mövsümündə yüksək liqaya vəsiqə qazanıb. Ancaq komanda elitada cəmi bir mövsüm duruş gətirib və yenidən aşağı yuvarlanıb. Nəhayət, 2006/07 mövsümündə “Mladost” yenidən güclülər dəstəsinə qayıdıb. Ancaq bu dəfə də sabitlik nümayiş etdirə bilməyən Luçani təmsilçisi cəmi 1 mövsüm elitada qala bilib və ardınca aşağı liqaya enib. Daha sonra 6 il - 2008-ci ildən 2014-ə qədər 2-ci divizionda mübarizə aparan “İnter”in rəqibi 2013/14 mövsümündə yenidən yüksək liqaya adlayıb. Komanda elitaya vəsiqə qazandığı mövsüm 7-ci, ardınca isə 9-cu pilləni tutub. Nəhayət, ötən mövsüm 4-cü olan “Mladost” tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib. Maraqlıdı ki, rəqibin formasını geymiş futbolçulardan biri də yığmamızın sabiq hücumçusu Murad Hüseynovdu. O, 2009-11-ci illərdə Luçani təmsilçisinin şərəfini qoruyub.
Baş məşçqi, heyət, son mövsümdəki çıxış
“Mladost”u 2014-cü ildən yerli mütəxəssis Nenad Milovanoviç çalışdırır. Onun 47 yaşı var, futbolçu dönəmində müdafiəçi olub. Komandada yerli oyunçular üstünlük təşkil edir. Luçani təmsilçisinin heyətində Bosniya və Hersoqovina, Monteneqro, Kamerun və Nigeriyadan legionerlər var. Acnaq əcnəbilərin sayı bununla məhdudlaşmır. Serbiya klubu bu yay bir neçə yeni transfer reallaşdırıb. Onlar arasında Özbəkistan millisinin hücumçusu Husniddin Qafurov və qanalı forvard Bismark Appya da var. Ötən mövsüm “Mladost”un bombardiri Milan Bojoviç olub. O, meydanda oluğu 26 çempionat matçında 16 dəfə rəqib qapılarına yol tapıb. Məlum olduğu kimi, Serbiya çempionatında 16 komanda iştirak edir. İlk dövrə başa çatandan sonra tutduqları yerdən asılı olaraq elita iştirakçıları “8-lik” sistemi ilə mübarizə aparır. Final mərhələsi də bir dövrədən ibarətdi. “Mladost” ötən mövsüm superliqada 4-cü yeri tutub. Luçaninilər 37 oyunda 18 qələbə, 6 heç-heçə və 13 məğlubiyyət fonunda 36 xal toplayıb. Kubokda isə 1/8 finalda “Rad”ı penalti seriyasında yolundan uzaqlaşdıran “Mladost” növbəti mərhələdə “Srvena Zvezda”ya uduzub (2:4).

Differdanj
Tam adı: Football Club Differdange 03
Ləqəbi: qırmızı-qaralar
Yaranma tarixi: 2003
Stadionu: “Munisipial de la Ville” stadionu (2400 yerlik)
Təmsil etdiyi şəhər: Differdanj
Prezidenti: Fabrisio Bey
Baş məşqçisi: Paskal Karzaniya
Çıxış etdiyi çempionat: milli liqa
Son mövsüm tutduğu yer: 2
Forma rəngi: qırmızı-qara (ev), qara (səfər)
Uğurları: 4 dəfə ölkə kubokunun qalibi (2010, 2011, 2014, 2015)
Avrokuboklardakı göstəricisi
Çempionlar Liqası 2 1 0 1 3-7
Avroliqa 28 6 4 18 23-94
Kuboklar Kuboku 6 0 0 6 2-28
İntertoto kuboku 2 0 0 2 0-5
cəmi 38 7 4 27 28-134
Tarix
“Differdanj”ın yaranma tarixi 2003-cü ildən hesablanır. Klub iki komandanın birləşməsi nəticəsində fəaliyyətə başlayıb. 2003-cü ildə “Red Boys Differdanj”la “AS Differdanj” birləşdi. Həmin vaxt birincilər 2-ci, ikincilər isə 3-cü liqada mübarizə aparırdı. 2003/04 mövsümündən Lüksemburqun 2-ci divizionunda mübarizəyə başlayan “Differdanj” iki il sonra çempion kimi elitaya vəsiqə əldə edib. “Qırmızı-qaralar” 2008/09 və 2014/15 mövsümlərində ölkə çempionatının gümüş medalını qazanıb. Bundan başqa, 4 dəfə də ölkə kubokunun qalibi olub. İki klubun birləşməsindən əvvəl isə “Red Boys Differdanj” 6 dəfə ölkə çempionu olub, 15 dəfə də kuboku qazanıb. Özü də sözügedən klubun əsası 1907-ci ildə qoyulub. Lakin iki klubun birləşməsindən yaranan “Differdanj”ın yaranma tarixi “Red Boys Differdanj”un əsasının qoyulmasından yox, məhz 2003-cü ildən hesablanır. Bu öz yerində. 2007-ci ildə avrokubok macərasına başlayan “qırmızı-qaralar” 2009/10 mövsümündən bəri Avropa arenasında müntəzəm çıxış edir. “Zirə”nin rəqibi hətta bir dəfə Avroliqanın pley-off mərhələsinə qədər irəliləyib. Bu 2011/12 mövsümünə təsadüf edib. Həmin vaxt “Levadiya” və “Olimpiakos”u mübarizədən kənarlaşdıran “Differdanj” yalnız PSJ səddinə ilişib. Növbəti “futbol ili”ndə ikinci mərhələdə “ilişən” Lüksemburq təmsilçisi 2013/14 mövsümündə nəticəsini nisbətən yaxşılaşdırıb. Avroliqanın 3-cü təsnifat mərhələsinə qədər “Laçi” və “Utrext”i keçən “Differdanj” pley-offa adlaya bilməyib. “Tromse” penalti seriyasında “qırmızı-qaralar”dan üstün olub. 2015/16 mövsümündə isə AL-də ilk mərhələni uğurla adlyan lüksemburqluların önünü 2-ci mərhələdə “Trabzonspor” kəsib. Ötən yay isə “Differdanj” ilk mərhələdəcə qitənin ikinci dərəcəli klub turniri ilə vidalaşıb.
Baş məşçqi, heyət, son mövsümdəki çıxış
Komandanı fransız Paskal Karzaniya çalışdırır. O, ötən ilin yayından “Differdanj”ın “sükanı arxasındandı”. Lüksemburq klubunun heyətində yerli futbolçular daha çox olsa da, əcnəbilər də yetərincədi. Legionerlərin əksəriyyəti Fransadandı. Bununla belə, komandada Tunis və Belçikadan da oyunçular var. “Differdanj” son mövsüm ölkə çempionatının gümüş medalçısıdı. Karzaniyanın yetirmələri keçirdiyi 26 oyunda bu nəticələrə imza atıb: 20 qələbə, 5 heç-heçə, 1 məğlubiyyət. Əslində “Differdanj” çempion “F-91 Düdelanj”la eyni – 65 xal toplayıb. Lakin həm top fərqində, həm də şəxsi oyunlardakı nəticələrə əsasən “Zirə”nin rəqibi ikinci olub. Maraqlıdı ki, “Differdanj” ölkə kubokunda ilk iki mərhələni uğurla adlasa da, 1/4 finalda məhz “F-91 Düdelanj”a uduzub (0:3). Komandanın irəli xəttində ən təhlükəli oyunçusu Mərakeş əsilli fransalı Ömər Ər-Rafiqdi. O ötən mövsüm Lüksemburq çempionatında 25 oyunda 26 dəfə fərqlənib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar