18 in 12:57aktual

AFFA-dan Yaşar Çalışıra cavab gəldi

AFFA-dan Yaşar Çalışıra cavab gəldi
Mikayıl Nərimanoğlu: “O kimdi ki, bizə şirkət təklif edir?”

Millinin baş məşqçisi Robert Prosineçkini “Bursaspor”a aparmaq istəyən və yekun nəticədə istəyinə çata bilməyən Yaşar Çalışırın qəzetimizin ötən sayına verdiyi müsahibəni oxuyanlar türkiyəli menecerin çarpıcı açıqlamalarından xəbərdardı. “Bursaspor” Prosineçkiyə görə niyə AFFA-ya rəsmi təklif göndərmədi” sualına cavab tapa bilməyən Çalışır başqa məsələyə toxunmaqla əsəblərini soyutmağa çalışmışdı. Bir faktın üstünü açaraq xorvatı Türkiyəyə buraxmayan AFFA rəsmilərindən qisas almağa çalışmışdı.
Yazını oxumaq imkanı olmayanları öncə müsahibədə səsləndirilən fikirlərlə tanış edək: “AFFA “Nike”la anlaşdı, eləmi? Aprel ayında dünyada kifayət qədər tanınan geyim şirkətini AFFA-ya məsləhət görmüşdüm. Mənə dedilər ki, həmin şirkət AFFA-ya məktub göndərsin, götür-qoy edək. Avropadakı həmin şirkət də məktub göndərdi. Elədisə, AFFA niyə həmin şirkətə cavab vermədi? Niyə “hə”, ya da “yox” demədilər? Peşəkarlıqdan danışırlarsa, “Bursaspor”un rəsmi təklif göndərmədiyini ön plana çıxarırlarsa, kifayət qədər tanınan şirkətin məktubunu veclərinə almadıqlarından niyə danışmırlar? Məktub üç nüsxədə hazırlanmışdı. Biri mənə göndərildi, biri Elxan Məmmədova, biri də Mikayıl Nərimanoğluna. Məktub deyərkən, e-mail nəzərdə tuturam. Prosineçkini buraxmadılar, sağ olsunlar, öz işləridi. Sadəcə, “bizə rəsmi müraciət ünvanlanmayıb” deməsinlər. Mən faktlarla danışıram, lazım olar, dəqiq tarixləri də deyərəm... Martda Almaniya ilə oyundan əvvəl “Kikker” nəşri ilə Bakıya gəlmişdim. Öncə Robert Prosineçkidən reportaj hazırladılar, daha sonra Elxan Məmmədovdan müsahibə götürdülər. İş başa çatandan sonra Elxan bəylə görüşüb bu haqda məlumat verdim. “Umbro” ilə müqavilə müddətinin başa çatdığını deyib, yeni təkliflərə açıq olduğunu söylədi. Mən də haqqında bəhs etdiyim həmin böyük şirkətlə mümkün əməkdaşlıqdan söz açdım. Məmmədov mənə “məktub göndərsinlər, baxaq, ondan sonra qiymət haqda danışarıq” dedi. Almaniyaya qayıtdıqdan sonra şirkət rəhbərliyi ilə əlaqə saxlayıb Elxan Məmmədovun dediklərini diqqətinə çatdırdım. Əslində mənim bu işdə maddi qazancım yox idi. Sadəcə, yaxşılıq etmək, münasibətləri yaxşılaşdırmaq üçün addım atmaq istəyirdim. Aprelin əvvəlində AFFA-ya məktub göndərilsə də, cavab alınmadı. Nəticədə zərbə mənə, mənim adıma dəydi. Sonradan Mikayıl bəy məktub yazıb ki, bəs başqa şirkətlə anlaşdıq. Anlaşın, lap yaxşı, xeyirli olsun. Bu sözləri cavab məktubunda yazmaq olmazdı? “Bursaspor” peşəkar davranmadısa, mən də deyirəm, AFFA peşəkar iş görmür. Söhbət dünyada tanınmış şirkətin göndərdiyi məktubdan gedirsə, qardaşım, sən onlara cavab verməlisən. Ola bilər, şərtlər, qiymətlər, ya başqa nəsə səni qane etməsin. Bu normaldı. Ancaq qarşı tərəfə cavab verməlisən, fikrini bildirməlisən. Onlar nə etdilər? Belə bir məktub olmayıbmış kimi davrandılar, “yox” demədən “Nike”la anlaşdılar. Niyə başqa şirkətlərin təkliflərinə baxmadan “Nike”la anlaşdılar? Burda çox böyük sual var. Elə bu məsələ ilə bağlı da dekabrın 4-dən sonra daha geniş danışacam sizə. Heç kimdən qorxmuram, doğrunun yanında olan insanam. Razıyam, “Bursaspor” rəsmi təklif göndərsəydi, fərqli ola bilərdi. Mövzu qapandı. Robert bundan sonra da peşəkarlıq göstərib işini davam etdirəcək. Amma AFFA-dakılar mənə peşəkarlıqdan bəhs etməsinlər. Bəzi şeyləri hələ açıqlamaq istəmirəm”.
Yaşar bəyin dedikləri həqiqətdisə, onda doğrudan da AFFA bu işdə diqqətsizliyə, başqa cür desək, səhlənkarlığa yol verib. Madam ki, məktubun göndərilməsinin vacibliyi ilə bağlı göstərişi baş katib Elxan Məmmədov verib, deməli, müraciətə baxılmalı, “hə”, ya da “yox” deyilməliydi. Çalışıra təsir edən də assosiasiyanın məktuba belə bir şey olmayıbmış kimi yanaşmasıdı. Heç şübhəsiz, məsələ ilə bağlı qarşı tərəfin də deyəcəkləri var. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Narimanoğluya zəng vurub türkiyəli menecerin iradlarına cavab verməsini xahiş etdik: “Bəli, bir neçə geyim şirkəti ilə danışıq aparmışıq. Və həmin şirkətlərin adlarını etika xatirinə gizli saxlayırıq. Son anda “Umbro” ilə “Nike” arasında qalmışdıq. Bütün tələblərimizə “Nike” cavab verdiyindən, məhz bu şirkətlə müqavilə bağladıq. Ən vacibi geyim dəstlərinin AFFA-ya vaxtında çatdırılması idi. O ki qaldı Yaşar Çalışırın səsləndirdiyi fikirlərə, şəxsən mənə belə bir məktub gəlməyib. Gəlsəydi də, mən ona baxmayacaqdım. Çünki mənə aidiyyatı olan məsələ deyil. Mənim işim mətbuat və ictimaiyyətlə əlaqələri tənzimləməkdi. AFFA yeganə təşkilatlardandı ki, bütün müraciətlərə baxır və cavablayır. Geyim dəstləri ilə bağlı bütün müraciətlərə baxıldıqdan sonra qiymət və başqa cəhətlərinə görə “Nike”la əməkdaşlığa qərar verildi. Bir də ki, niyə mənə hansısa geyim şirkətinin müraciətini göndərməlidi? Qurumun Marketinq Departamenti var, belə məsələlərlə də orda çalışanlar məşğul olur. Zəhmət çəkib lazım olan sahəyə göndərəydi. Onun dediyi şirkətin adı nədi? Niyə ad açıqlamır? Desin, görək hansı şirkətdi. Bəlkə AFFA-dan onun dediyi şirkətə cavab göndərilib, xəbəri yoxdu. Yaşar Çalışırın indiyə qədər danışdıqlarının hamısı gopalogiyadı. Şirkətin adını çəksin, onlara cavab verilib-verilmədiyini deyək. Birincisi, peşəkarlıqdan danışan adam geyim dəstləri ilə bağlı təklif məktubunu mənə niyə göndərtdirir? İkincisi, o kimdi ki, bizə şirkət təklif edir? AFFA-nın Marketinq Departamenti var, yaxşı da işləyir. Üçüncüsü, bizə gopalogiya yox, reallıq lazımdı. Dördüncüsü, onun Prosineçki ilə bağlı apardığı danışıqların nəticəsini gördüz. Azərbaycan millisi indiyə qədər tanınmış şirkətlərlə əməkdaşlıq edib, bu gün də etməkdədi. Geyim dəstlərini hansısa menecer yox, AFFA rəhbərliyi alır”.
İnsaf naminə, qarşı tərəfin, yəni Mikayıl Nərimanoğlunun AFFA-nın adından verdiyi cavabların pis alınmadığını deməliyik. Qurum sözçüsünün toxunduğu məqamlar arasında xüsusilə ikisi diqqəti çəkir. Biri Yaşar Çalışırın həmin şirkətin adını gizli saxlaması, digəri menecer ola-ola AFFA-ya geyim dəstləri təklif et(dir)məsi. Odu ki, Mikayıl bəylə söhbətdən sonra yenidən Çalışırı arayıb, deyilənlərə münasibət öyrəndik: “Mən hələ ki susuram. Hər şeyin öz vaxtı var. Zamanı gələndə daha ətraflı danışacam. Dediyim şirkətlə nə müzakirə aparılıb, nə də cavab verilib. Elektron məktubların hamısı məndə var. Şirkətin adını özləri yaxşı bilir. Mən niyə ad çəkməliyəm? Ad çəkməyimlə özlərinin reklam olunmalarını istəyirlərsə, bunu etməyəcəm... O ki qaldı ikinci məsələyə, mən idman və futbol meneceriyəm. Konkret futbolçu agenti deyiləm və bunu müsahibəmdə də bildirmişdim. İdman menecerinin işi təkcə futbolçu alıb-satmaq deyil. Menecer deyilən şəxs idman sahəsinə aid olan bütün məsələlərə baş vura bilər. Onsuz da mən bu işdə pul qazanmayacaqdım. Mikayıl bəy mənə nələrisə anlatmağa çalışmasın. Sözü varsa, birbaşa özümə zəng vursun, lazım olan cavabı verim”.
Məsələni elə bu yerdə qapanmış saymaq olar. Yaşar bəylə iki gün ərzində olan danışıqlardan AFFA-nın Prosineçkini “Bursaspor”a buraxmamasının ona ciddi təsir etdiyini duymaq çətin deyil. Türkiyə klubuna rəhbərlik edənlərin baş məşqçiyə görə AFFA-ya rəsmi təklif göndərmədən xorvatı “sükan arxasında” görmək istəyi kökündən yanlış idi. Çalışır da bunu yaxşı dərk etdiyindən assosiasiyanı geyim dəsti ilə bağlı olan söhbətdə “vurmaq” niyyəti güdürdü. Narahatlığını, iradlarını başa düşürük. Amma türk menecerin Mikayıl Nərimanoğlunun “ad çəksin” müraciəti qarşısında susmasından sonra hər şey ortaya çıxır. Haqlı olduğunu bilsəydi, 100 faiz ad çəkərdi. Heç şübhəsiz, ortada bizə məlum olmayan nələrsə var. Yaşar bəy də onların aşkara çıxacağından ehtiyatlanaraq şirkətin adını gizli saxlamağı üstün tutur. Bir də ki Yaşar Çalışır Bakıya Prosineçkini “Bursaspor”a aparmağa gəlmişdi, yoxsa geyim dəstləri satmağa? Bu sualdan sonra əlavə nəsə yazmağa ehtiyac qalmır. Adam hər imkanda AFFA-dan nəsə “qoparmağa” çalışıb. Xorvat mütəxəssisi pulsuz aparmağa və geyim dəstlərini satmaqla faizini götürməyə. Heç biri alınmayınca da əməlli-başlı qəzəblənib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar