18 in 12:51aktual

Ruslan Qurbanov azı bir ay oynamayacaq

Ruslan Qurbanov azı bir ay oynamayacaq
“Bakıya qayıtdıqdan sonra sol ayağımda müəyyən ağrılar hiss edirdim”

Millinin Şimali İrlandiyaya məğlubiyyətindən sonra qınağa tuş gələn şəxslərdən biri, bəlkə də birincisi Robert Prosineçki idi. Uduzan komandanın baş məşqçisinin tənqidlə üzləşməsi normaldı. Xorvat çalışdırıcını asıb-kəsənlər təkcə yığmanın meydanı xalsız tərk etməsini əsas gətirmirdi. Onları narahat edən Prosineçkinin oyuna (vaxtında) müdaxilə edə bilməməsiydi. Məsələn, meydanda olduğu vaxt ərzində heç nə ilə yadda qalmayan Dmitri Nazarov 77-ci dəqiqədə yox, daha erkən əvəzlənməliydi. O cümlədən Əfran İsmayılov. Zaman da göstərdi ki, qapanan müdafiəyə qarşı cinahlarda nisbətən bəstəboy və cəld futbolçulara ehtiyac duyulurdu. Əfranı son dəqiqələrdə yox, bir qədər tez çevik Ağabala Ramazanovla əvəzləmək yerinə düşərdi. Həmçinin San Marino və Norveçlə oyunlarda özünü yaxşı tərəfdən göstərən Ruslan Qurbanova da güvənmək olardı. Sən demə, vəziyyət bildiyimiz kimi deyilmiş.
Ruslan hazırda zədədən əziyyət çəkir. Yığmanın toplanışında zədə alan, lakin vaxtında fərqinə varmayan “10 nömrə”nin başı hazırda müalicəyə qarışıb. Hətta buna görə “Qəbələ”nin millidə olan digər üzvləri – Cavid Hüseynov, Araz Abdullayev, Ürfan Abbasov, Elvin Məmmədovla birgə klubun Avstriyadakı təlim-məşq toplanışına yollana bilməyəcək. Deyilənə görə, zədəsi ciddidi və sağalması üçün təxminən bir ay vaxt lazımdı. Bu isə o deməkdi ki, “Qəbələ”nin Avroliqanın 2-ci təsnifat mərhələsində keçirəcəyi oyunları kənardan izləməli olacaq.
Dünən səbəbkarla söhbətdə ətraflı bilgi almağa çalışdıq: “Bəli, hazırda zədəmi sağaltmaqla məşğulam. Zədəm qasıqətrafı nahiyədədi. Toplanış boyunca var gücümlə çalışdım, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdim. Lakin Bakıya qayıtdıqdan sonra sol ayağımda müəyyən ağrılar hiss edirdim. Şimali İrlandiya ilə oyuna, səhv etmirəmsə, iki gün qalmış MRT yoxlamasından keçdim. Cavabdan belə məlum oldu ki, bir müddət dinclik və müalicə lazımdı. Deyilənə görə, müalicə təxminən 2-3 həftə çəkəcək. Bunun üzərinə bərpa dövrünü də gəlsək, hardasa bir ay oynaya bilməyəcəm. Görək, müalicə necə gedəcək. Futbolsuz qalmaq çətindi. Ən qısa zamanda “Qəbələ”yə qoşulmaq üçün əlimdən gələni edəcəm. Avroliqada komandama kömək etmək istəyirəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar